Evlərin kirayə ilə satışında – Kirayə pulu ödəməyənlərlə bağlı – DƏYİŞİKLİK – FƏRMAN

Azərbaycanda dövlət tərəfindən mənzillərin kirayə üsulu ilə satışı qaydalarında dəyişiklik var.
Bu barədə prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası»nda bəzi dəyişikliklər edilib.
Birinci yeniliyə əsasən kirayə ev almaq üçün müraciət edən şəxslər mənzillərdən birini seçməli olmayacaqlar. İndiyədək olan qaydalara görə, kirayə ev almaq üçün müraciət edən öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməli idi – indi bu tələb olunmayacaq.
Əvvəllər müraciət qəbul edildikdən sonra Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilirdi.
İndi bu müddət hər biri 7 gün olmaqla 2 yerə bölünüb.
Yeni qaydaya əsasən, Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən sonra müraciət edən şəxs 7 iş günü müddətində yaşayış sahəsini seçir. Yaşayış sahəsi seçildikdən sonra 7 iş günü ərzində fond həmin kirayə müqaviləsini rəsmiləşdirir.
Ən maraqlı yenilik, kirayə pulu verməyənlərə aiddir. Qaydalara görə, indiyədək fond bununla bağlı məhkəməyə müraciət edib kirayə müqaviləsini ləğv edə bilərdi.
İndi isə bu məsələ bir qədər dəyişdirilib – daha dəqiqi kirayəçinin xeyrinə yumşaldılıb. Belə ki, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda, əgər kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda – məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda – barışıq sazişi bağlamaqla) davam etdirir.
- 10.06.2024
- 442
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Dünən, 23:28Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 100 m² -
2 000Dünən, 23:15Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 110 m² 4/19 mərtəbə -
69 000Dünən, 23:12Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
3 otaqlı 85 m² -
420Dünən, 23:12Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 62 m² 11/14 mərtəbə -
200Dünən, 22:58Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
5 otaqlı -
1 200Dünən, 22:58Kirayə (aylıq) Obyekt
28 May m., Kimyaçılar şəhərciyi, Nəsimi r.
26 m² -
86 500Dünən, 22:51Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 42 m² 11/13 mərtəbə -
69 000Dünən, 22:49Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
3 otaqlı 83 m² -
145 000Dünən, 22:36Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 4/12 mərtəbə -
245 000Dünən, 22:24Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 45 m² 10/17 mərtəbə -
46 500Dünən, 22:19Satılır Həyət evi/villa
Xaçmaz / Xudat ş.
5 otaqlı 100 m² -
145 000Dünən, 22:18Satılır Köhnə Tikili
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
2 otaqlı 65 m² 5/7 mərtəbə -
61 000Dünən, 22:01Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 37 m² 2/6 mərtəbə -
390 000Dünən, 21:41Satılır Yeni Tikili
İnşaatçılar m., Qələbə dairəsi, Yasamal r.
3 otaqlı 136 m² 8/22 mərtəbə -
170 000Dünən, 21:28Satılır Həyət evi/villa
Quba ş.
10 otaqlı 230 m² -
93 000Dünən, 21:25Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 67 m² 1/11 mərtəbə -
149 000Dünən, 21:22Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 80 m² 10/15 mərtəbə -
800Dünən, 21:00Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 80 m² 12/12 mərtəbə -
1 300Dünən, 20:54Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
135 m² -
225 000Dünən, 20:44Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 66 m² 4/17 mərtəbə -
108 000Dünən, 20:25Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 14/16 mərtəbə -
1 000Dünən, 20:21Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
20 m² -
2 100 000Dünən, 20:16Satılır Həyət evi/villa
Qara Qarayev m., Nizami r.
8 otaqlı 850 m² -
83 000Dünən, 20:06Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 3/15 mərtəbə -
430Dünən, 19:59Kirayə (aylıq) Həyət evi/villa
Ramana qəs., Sabunçu r.
3 otaqlı 100 m² -
74 000Dünən, 19:55Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 75 m² -
400Dünən, 19:53Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 65 m² 1/14 mərtəbə -
128 000Dünən, 19:42Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 80 m² 8/11 mərtəbə -
1 999Dünən, 19:33Kirayə (aylıq) Obyekt
Səbail r.
45 m² -
425 000Dünən, 19:27Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 156 m² 7/8 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

