Dubayda mülklər ucuzlaşır - Ekspertlər azərbaycanlılara nə tövsiyə edir?

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr Azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, - deyə E.Azadov əlavə edib. (Trend)
- 30.03.2026
- 107
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
86 000Bugün, 21:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 5/6 mərtəbə -
117 000Bugün, 20:51Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 30 m² 5/5 mərtəbə -
1 600Bugün, 20:43Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
5 otaqlı 220 m² -
550 000Bugün, 20:19Satılır Obyekt
Yasamal r.
197 m² -
350Bugün, 20:01Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 35 m² -
400Bugün, 19:51Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
1 otaqlı 35 m² 2/3 mərtəbə -
175 000Bugün, 19:28Satılır Yeni Tikili
Səbail r.
2 otaqlı 71 m² 16/16 mərtəbə -
135 000Bugün, 19:15Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 56 m² 15/15 mərtəbə -
275 000Bugün, 19:13Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 130 m² 25/27 mərtəbə -
94 000Bugün, 19:12Satılır Köhnə Tikili
Hövsan qəs., Suraxanı r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
750Bugün, 19:02Kirayə (aylıq) Köhnə Tikili
Binəqədi r.
2 otaqlı 60 m² 3/4 mərtəbə -
700Bugün, 19:01Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 2/16 mərtəbə -
230 000Bugün, 18:58Satılır Köhnə Tikili
Nizami m., Beşmərtəbə, Yasamal r.
2 otaqlı 45 m² 3/5 mərtəbə -
119 500Bugün, 18:47Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 64 m² 8/9 mərtəbə -
139 000Bugün, 18:45Satılır Yeni Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 54 m² 4/12 mərtəbə -
850 000Bugün, 18:38Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal qəs., İctimai telekanalı, Yasamal r.
5 otaqlı 350 m² -
78 000Bugün, 18:37Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 58 m² 5/6 mərtəbə -
9 000Bugün, 18:35Kirayə (aylıq) Obyekt
Masazır, Abşeron r.
940 m² -
88 000Bugün, 18:21Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
3 otaqlı 70 m² -
2 000Bugün, 18:20Kirayə (aylıq) Həyət evi/villa
Badamdar qəs., Səbail r.
6 otaqlı 350 m² -
300Bugün, 18:16Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Əhmədli, Xətai r.
45 m² -
35 500Bugün, 18:14Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 58 m² 13/14 mərtəbə -
55 000Bugün, 18:04Satılır Obyekt
Sumqayıt ş.
5300 m² -
65 000Bugün, 18:03Satılır Həyət evi/villa
Lökbatan qəs., 28 Mall, Qaradağ r.
2 otaqlı 70 m² -
500Bugün, 18:01Kirayə (aylıq) Həyət evi/villa
Quba ş.
2 otaqlı 42 m² -
9 000Bugün, 17:58Satılır Torpaq
Savalan qəs., Sabunçu r.
3 sot -
265 000Bugün, 17:56Satılır Köhnə Tikili
Nizami r.
5 otaqlı 120 m² 7/9 mərtəbə -
206 000Bugün, 17:55Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 100 m² 2/9 mərtəbə -
1 100Bugün, 17:54Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 80 m² 11/20 mərtəbə -
10 600Bugün, 17:53Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
16 otaqlı 530 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

