Dubayda mülklər ucuzlaşır - Ekspertlər azərbaycanlılara nə tövsiyə edir?
Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr Azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, - deyə E.Azadov əlavə edib. (Trend)
- 30.03.2026
- 111
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
170 000Dünən, 23:53Satılır Həyət evi/villa
Həzi Aslanov m., Xətai r.
4 otaqlı 96 m² -
48 000Dünən, 23:31Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 90 m² -
85 000Dünən, 23:26Satılır Həyət evi/villa
Siyazən ş.
4 otaqlı 100 m² -
22 500Dünən, 23:25Satılır Torpaq
Xocaəsən m., Xocəsən qəs., Binəqədi r.
1.5 sot -
400Dünən, 23:17Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
1 otaqlı 25 m² -
1 200Dünən, 22:46Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Bulvar, Səbail r.
3 otaqlı 80 m² 8/9 mərtəbə -
157 000Dünən, 22:38Satılır Həyət evi/villa
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 160 m² -
152 000Dünən, 22:35Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 90 m² 7/15 mərtəbə -
850Dünən, 22:14Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 120 m² 11/18 mərtəbə -
295 000Dünən, 21:53Satılır Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 75 m² 2/6 mərtəbə -
225 000Dünən, 21:48Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 137 m² 8/16 mərtəbə -
363 000Dünən, 21:45Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 101 m² 6/14 mərtəbə -
630Dünən, 21:17Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 61 m² 7/9 mərtəbə -
1 300Dünən, 21:10Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 120 m² 15/17 mərtəbə -
1 600Dünən, 21:09Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 70 m² 12/16 mərtəbə -
54 500Dünən, 20:56Satılır Yeni Tikili
10-cu mikrorayon r., Sumqayıt ş.
2 otaqlı 53.5 m² 15/15 mərtəbə -
700Dünən, 20:36Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 80 m² 1/5 mərtəbə -
400Dünən, 20:32Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 52 m² 1/4 mərtəbə -
57 500Dünən, 20:25Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 58 m² 7/10 mərtəbə -
500Dünən, 20:20Kirayə (aylıq) Yeni Tikili
Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 130 m² 6/9 mərtəbə -
97 000Dünən, 20:13Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 73 m² 5/6 mərtəbə -
57 000Dünən, 19:59Satılır Yeni Tikili
Sumqayıt ş.
3 otaqlı 126 m² 8/8 mərtəbə -
650Dünən, 19:59Kirayə (aylıq) Köhnə Tikili
Xətai m., Xətai r.
2 otaqlı 65 m² 6/7 mərtəbə -
280Dünən, 19:56Kirayə (aylıq) Həyət evi/villa
Gənclik m., Xutor qəsəbəsi, Binəqədi r.
1 otaqlı 36 m² -
200 000Dünən, 19:54Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
400Dünən, 19:45Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 5/8 mərtəbə -
52 500Dünən, 19:43Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 70 m² 8/8 mərtəbə -
325 000Dünən, 19:43Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 106 m² 12/14 mərtəbə -
50 000Dünən, 19:37Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 58 m² 11/14 mərtəbə -
1 000Dünən, 19:28Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 78 m² 6/18 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller