Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
Dövlət növbəti dəfə ucuz mənzillər satır - AYLIQ ÖDƏNİŞ 128 MANATDAN BAŞLAYIR

Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan Yaşayış Kompleksinin birinci mərhələsində, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Gəncə Yaşayış Kompleksində və Sumqayıt layihəsində mənzillərin güzəştlə satışı barədə elan dərc edib.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379, Gəncə Yaşayış Kompleksi üzrə 34, Sumqayıt layihəsi üzrə 1 mənzil olmaqla, ümumilikdə 432 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzilin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Sumqayıt layihəsi üzrə:
3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti (ilkin ödəniş 10%, müddət 30 il, kredit faizi illik 4%) vəsaiti hesabına aldıqda:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
aylıq ödəniş 1 otaqlı mənzil üçün 141-142 manat, 2 otaqlı mənzil üçün 183-213 manat, 3 otaqlı mənzil üçün 246-266 manat təşkil edir.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
aylıq ödəniş studio tipli üçün 147 manat, 2 otaqlı mənzil üçün 211 manat, 3 otaqlı mənzil üçün 266-281 manat, 4 otaqlı mənzil üçün 361-419 manat təşkil edir.
Gəncə Yaşayış Kompleksi üzrə:
aylıq ödəniş studio mənzil üçün 128 manat, 2 otaqlı mənzil üçün 206 -208 manat, 3 otaqlı mənzil üçün 265-278 manat, 4 otaqlı mənzil üçün 351-353 manat təşkil edir.
Sumqayıt layihəsi üzrə aylıq ödəniş 3 otaqlı mənzil üçün 272 manatdır.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
- 15.11.2023
- 645
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
68 000Dünən, 23:49Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 51.4 m² 14/17 mərtəbə -
299 000Dünən, 23:45Satılır Xarici Əmlak
Türkiyə
4 otaqlı 120 m² -
700Dünən, 23:42Kirayə (aylıq) Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Heydər Əliyev park , Binəqədi r.
20 m² -
110 000Dünən, 23:41Satılır Köhnə Tikili
Hövsan qəs., Suraxanı r.
2 otaqlı 58 m² 2/5 mərtəbə -
60Dünən, 23:35Kirayə (günlük) Köhnə Tikili
İçərişəhər m., Səbail r.
1 otaqlı 17 m² 3/3 mərtəbə -
92 000Dünən, 23:11Satılır Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 115 m² -
35 000Dünən, 22:53Satılır Köhnə Tikili
Nizami m., Yasamal r.
1 otaqlı 15 m² 4/4 mərtəbə -
252 000Dünən, 22:49Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 80 m² 3/5 mərtəbə -
58 000Dünən, 22:44Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 53 m² -
50Dünən, 22:42Kirayə (günlük) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 100 m² 7/17 mərtəbə -
58 000Dünən, 22:41Satılır Həyət evi/villa
Xocaəsən m., Masazır, Abşeron r.
2 otaqlı 53 m² -
600Dünən, 22:00Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Badamdar qəs., Səbail r.
1 otaqlı 42 m² 3/6 mərtəbə -
80 000Dünən, 21:40Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 50 m² 5/6 mərtəbə -
130 000Dünən, 21:32Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
4 otaqlı 130 m² -
50Dünən, 21:30Kirayə (günlük) Bağ evi
Qusar ş.
3 otaqlı 300 sot -
220 000Dünən, 21:18Satılır Obyekt
İsmayıllı ş.
300 m² -
1 000Dünən, 21:12Kirayə (aylıq) Yeni Tikili
İçərişəhər m., Bayıl qəs., Səbail r.
3 otaqlı 150 m² 9/20 mərtəbə -
46 000Dünən, 20:58Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 95 m² 11/14 mərtəbə -
1 000Dünən, 20:47Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 100 m² 16/23 mərtəbə -
82 500Dünən, 20:40Satılır Torpaq
Qəbələ ş.
3.3 sot -
35 000Dünən, 20:22Satılır Torpaq
Quba ş.
14 sot -
110 000Dünən, 20:11Satılır Həyət evi/villa
Azadlıq m., Biləcəri qəs., Binəqədi r.
6 otaqlı 200 m² -
80Dünən, 20:08Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
599Dünən, 19:59Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 52 m² 2/20 mərtəbə -
280 000Dünən, 19:36Satılır Yeni Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Şəhidlər xiyabanı, Səbail r.
3 otaqlı 90 m² 12/16 mərtəbə -
285 000Dünən, 19:34Satılır Yeni Tikili
8 Noyabr m., Papanin, Nəsimi r.
3 otaqlı 114 m² 6/17 mərtəbə -
600Dünən, 19:17Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 57 m² 10/16 mərtəbə -
1 300Dünən, 19:08Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nizami r.
3 otaqlı 170 m² 19/19 mərtəbə -
125 000Dünən, 19:08Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 90 m² 2/18 mərtəbə -
126 000Dünən, 19:03Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 26 m² 2/3 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller