Bakının bütün rayonlarında mənzillər avqustda bahalaşıb
Bu ilin avqust ayında Bakının bütün rayonlarında daşınmaz əmlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, bahalaşma həm mənzilləri və fərdi yaşayış evlərini, həm torpaq sahələrini, həm də qeyri-yaşayış obyektlərini əhatə edib. Artım templəri seqmentlər üzrə fərqlənsə də, ümumi tendensiya sabit bahalaşmanı göstərir.
Köhnə tikili mənzillər: Səbail rayonu bahalaşmada liderdir
V.Oruc deyir ki, son bir ildə paytaxtın mərkəzi rayonlarındakı köhnə tikililərdə qiymət artımı yeni tikililərdəki qiymət artımını geridə qoyub. Onun sözlərinə görə, Səbail rayonunda 25,2 %, Yasamal rayonunda 24,5 %, Nəsimi rayonunda isə 19,6 % bahalaşma qeydə alınıb. Bu, insanların mənzillərin yeni və yaxud köhnə olmasına baxmayaraq mərkəzdə yaşamağa meylinin güclənməsindən xəbər verir. Digər rayonlarda isə qiymət artımı nisbətən az olub. Nərimanov rayonunda 17,2 %, Xətai rayonunda 13 %, Sabunçu rayonunda 12,4 %, Nizami rayonunda 10 %, Xəzər rayonunda 9 %, Binəqədi rayonunda 8,5 %, Suraxanı rayonunda 7 %, Qaradağ rayonunda 6,5 %, Pirallahı rayonunda isə cəmi 1,4 % bahalaşma qeydə alınıb.
Yeni tikili mənzillər: Xətai rayonu bahalaşmada öndə gedir
İl ərzində Bakıda yeni tikili mənzillərin qiymətlərində ən yüksək artım Xətai rayonunda qeydə alınıb – 24 %. Bahalaşma Yasamal rayonunda 23 %, Səbail rayonunda 22 %, Nərimanov rayonunda 20,2 %, Nəsimi rayonunda 19,5 %, Nizami rayonunda 17,1 %, Sabunçu rayonunda 12,5 %,Binəqədi rayonunda 12 %, Suraxanı rayonunda 10 %, Xəzər rayonunda 8,5 %, Pirallahı rayonunda 7,4 %, Qaradağ rayonunda isə 6 % olub.
Fərdi yaşayış evləri: Ən kəskin bahalaşma Səbail rayonunda olub
Hesabat dövründə paytaxtda fərdi evlərin qiymətlərində ən çox artım Səbail rayonunda baş verib - 26,5 %. Bahalaşma Yasamal rayonunda 23 %, Nizami rayonunda 18 %, Nərimanov rayonunda 17,8 %, Xəzər rayonunda 16,5 %, Nəsimi rayonunda 15,2 %, Sabunçu rayonunda 14,8 %, Binəqədi rayonunda 13 %, Suraxanı rayonunda 12,4 %, Pirallahı rayonunda 10 %, Xətai rayonunda 9,9 %, Qaradağ rayonunda isə 9 % olub.
Torpaq sahələri: Mərkəzdə bahalaşma sürətlənib
Avqustda Bakının mərkəzində torpaq sahələrinin bahalaşması sürətlənib. Ən yüksək qiymət artımı Səbail (27,8 %), Yasamal (24,7 %) və Nəsimi (22 %) rayonlarında müşahidə olunub. Bu, şəhərin mərkəzi ərazilərində torpaq təklifinin məhdudluğu və investisiya maraqlarının yüksəkliyi ilə bağlıdır. Bahalaşma Nizami rayonunda 20 %, Nərimanov rayonunda 17,5 %, Xəzər rayonunda 18 %, Xətai rayonunda 14,5 %. Binəqədi rayonunda 13,2 %, Sabunçu rayonunda 10,1 %, Suraxanı rayonunda 9,6 %, Pirallahı rayonunda 7 %, Qaradağ rayonunda isə 6,5 % olub.
Qeyri-yaşayış obyektləri: Ticarət və biznes sahələrinə maraq artır
Ay ərzində qeyri-yaşayış sahələri də paytaxtın mərkəzi rayonlarda daha çox bahalaşıb. Belə ki, Nərimanov rayonunda 22 %, Nəsimi rayonunda 21 %, Səbail rayonunda 19,5 %, Yasamal rayonunda isə 19 % qiymət artımı baş verib. Bu, biznes mərkəzlərinə yaxınlıq, xidmət sektorunun inkişafı və kommersiya obyektlərinə artan tələblə əlaqələndirilir. Mərkəzdən kənar rayonlarda bahalaşma templəri bir qədər zəif olub. Sabunçu rayonunda 12,4 %, Xətai rayonunda 12,1 %, Nizami rayonunda 11,9 %, Xəzər rayonunda 10,5 %, Binəqədi rayonunda 10,3 %, Suraxanı rayonunda 8,5 %, Qaradağ rayonunda 7 %, Pirallahı rayonunda isə 5,4 % qiymət artımı olub.
Təklif azalır, tələbat artır
V.Orucun sözlərinə görə, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir".
AQC sədri hesab edir ki, bu dinamika yaxın illərdə də davam edə bilər: " Ən çox investisiya mərkəz rayonlara yönəldiyi üçün gələcəkdə də mərkəz və kənar ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi mümkündür".
Beləliklə, Bakı daşınmaz əmlak bazarında son bir ildə bütün seqmentlər üzrə iki rəqəmli artım qeydə alınıb. Orta hesabla yeni tikili mənzillər 15,6 %, köhnə tikili mənzillər 11,4 %, fərdi yaşayış evləri 14 %, torpaq sahələri 17 %, qeyri-yaşayış obyektləri isə 13,5 % bahalaşıb.
- 03.09.2025
- 549
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
190 000Bugün, 17:02Satılır Həyət evi/villa
Köhnə Günəşli qəs., Xətai r.
7 otaqlı 240 m² -
31 000Bugün, 17:01Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 74 m² 10/14 mərtəbə -
36 500Bugün, 16:59Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 74 m² 11/12 mərtəbə -
1 100Bugün, 16:54Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Səbail r.
2 otaqlı 65 m² 2/2 mərtəbə -
599Bugün, 16:51Kirayə (aylıq) Yeni Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 60 m² 2/14 mərtəbə -
295 000Bugün, 16:41Satılır Yeni Tikili
Avtovağzal m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 147 m² 16/17 mərtəbə -
215 000Bugün, 16:40Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
4 otaqlı 100 m² 8/9 mərtəbə -
101 000Bugün, 16:34Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 10/10 mərtəbə -
650Bugün, 16:32Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
25 m² -
368 000Bugün, 16:29Satılır Yeni Tikili
Binəqədi r.
4 otaqlı 200 m² 16/18 mərtəbə -
1 013Bugün, 16:24Kirayə (aylıq) Obyekt
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
150 m² -
650Bugün, 16:23Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 75 m² 3/5 mərtəbə -
900Bugün, 16:22Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 85 m² 17/18 mərtəbə -
549Bugün, 16:20Kirayə (aylıq) Köhnə Tikili
Nərimanov r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
185 000Bugün, 16:20Satılır Köhnə Tikili
Nəsimi m., Binəqədi r.
2 otaqlı 55 m² 3/9 mərtəbə -
500Bugün, 16:16Kirayə (aylıq) Köhnə Tikili
Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 50 m² 1/5 mərtəbə -
375 000Bugün, 16:12Satılır Həyət evi/villa
Mehdiabad, Abşeron r.
6 otaqlı 450 m² -
350Bugün, 16:08Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 44 m² 8/8 mərtəbə -
65 000Bugün, 16:07Satılır Yeni Tikili
Dərnəgül m., Elit ticarət mərkəzi, Binəqədi r.
2 otaqlı 68 m² 4/14 mərtəbə -
1 500Bugün, 16:04Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nərimanov r.
3 otaqlı 135 m² 3/18 mərtəbə -
57 000Bugün, 15:55Satılır Yeni Tikili
7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 107 m² 4/16 mərtəbə -
78 000Bugün, 15:52Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 40 m² 4/9 mərtəbə -
116 900Bugün, 15:50Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 37 m² 7/9 mərtəbə -
284 997Bugün, 15:48Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 195 m² -
750Bugün, 15:47Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
2 otaqlı 45 m² 6/14 mərtəbə -
140 000Bugün, 15:46Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 46 m² 4/7 mərtəbə -
195 000Bugün, 15:45Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 86 m² 2/17 mərtəbə -
800Bugün, 15:45Kirayə (aylıq) Ofis
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 80 m² -
187 000Bugün, 15:44Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 110 m² 2/4 mərtəbə -
97 000Bugün, 15:44Satılır Köhnə Tikili
Sumqayıt ş.
2 otaqlı 47 m² 4/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller