Bakıda mənzil qiymətləri yenidən bahalaşır

Bakıda mənzil qiymətləri yenidən bahalaşır

2026-cı ildə Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, əvvəlki aylarla müqayisədə daha stabil və balanslı dinamika müşahidə olunub. Qiymətləndiricilər tərəfindən açıqlanan son statistik göstəricilər paytaxtda mənzil qiymətləri, yeni tikili bazarı, köhnə tikililər, həyət evləri, torpaq və kommersiya obyektləri üzrə vəziyyətin dəyişdiyini göstərir.                             

Ekspertlərin hesablamalarına əsasən, Bakı daşınmaz əmlak bazarı artıq sürətli spekulyativ artım mərhələsindən çıxaraq daha sabit inkişaf mərhələsinə daxil olub. AQP Ümumi Daşınmaz Əmlak Bazarı İndeksi 2025-ci ilin dekabr ayı ilə müqayisədə 101.8 səviyyəsində formalaşıb ki, bu da bazarda ümumi qiymət artımının davam etdiyini təsdiqləyir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) məlumat verilib.


Ən yüksək mənzil qiymətləri ənənəvi olaraq Nərimanov, Nəsimi, Yasamal və Ağ Şəhər ərazilərində qeydə alınıb. Yeni tikili mənzillər üzrə indeks baza dövrü ilə müqayisədə 102.6 səviyyəsinə yüksəlib ki, bu da orta hesabla 2.6 faiz qiymət artımı deməkdir. Bununla yanaşı, kütləvi yaşayış binalarında bahalaşma tempi zəifləyib. Ekspertlər hesab edir ki, bazarda artıq daha balanslı qiymət formalaşması müşahidə olunur və alıcılar əvvəlki dövrlərlə müqayisədə daha seçici davranırlar.

2026-cı ildə həyət evləri bazarında da artım davam edib. Bu seqment üzrə indeks 102.5 səviyyəsində qərarlaşıb və bazarda təxminən 2.5 faiz bahalaşma qeydə alınıb. Ən yüksək qiymətlər yenə də Nərimanov, Səbail və Xətai rayonlarında müşahidə olunur. Ekspertlər bildirirlər ki, həyət evləri bazarında əsas qiymət formalaşdırıcı amil tikili deyil, torpaq sahəsinin yerləşdiyi ərazidir. Son aylarda fərdi yaşayış evlərinə marağın artması bazarın likvidliyini yüksək səviyyədə saxlayır.

  • 29.05.2026
  • 33
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller