Bakıda kirayə bazarında qiymətlərə təsir edən daha bir - SƏBƏB

Bakıda kirayə mənzil bazarında qiymətlər illərdir ki, yuxarı həddədir. Ucuz ev tapmaq isə həm tələbələr, həm də ailə quran gənclər üçün az qala mümkünsüzə çevrilib. Hər dəfə yeni söküntü anonsu verildikdə əhali arasında "bəlkə bu dəfə qiymətlər azalar" ümidi yaranır, amma nəticə dəyişmir - kirayə bazarında evlər azalır, qiymətlər isə artır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, 2016-cı ildən Bakıda köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntü prosesi davam edir:
"Bu müddət ərzində yüzlərlə bina sökülərək yerində yeni tikililər inşa olunub. Hər belə söküntü zamanı həmin binalardakı kirayə mənzillər bazardan çıxmış olur. Eyni zamanda bu evlərdə yaşayan sakinlər yeni mənzillərə köçənə qədər kirayədə yaşamağa məcbur qalırlar ki, bu da bazarda əlavə tələbat yaradır. Bu proses 2040-cı ilə qədər davam edəcək və bu da ucuz mənzillərin bazarda getdikcə daha da azalmasına səbəb olacaq".
Elnur Fərzəliyev bildirib ki, kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri də mənzilin satış qiymətidir:
"Əmlak bazarında son illərdə ciddi qiymət artımı baş verib və bu da kirayə bazarına öz təsirini göstərir. Yəni əmlakın aylıq kirayə qiyməti onun satış qiymətinin, təxminən, 0.5 faizi nisbətində olur. 5-6 il bundan əvvəl Bakının mərkəzi rayonlarında və yaxud metro stansiyalarına yaxın ərazilərdə birotaqlı ən ucuz "xruşovka" layihəli mənzilin satış qiyməti təxminən 60-70 min manat arasında dəyişirdi. Bunların da kirayə qiyməti təxminən 300-350 manat idi. İndi isə həmin o birotaqlı mənzillər 90-100 min manat və hətta daha baha qiymətə satılır. Bu da kirayə qiymətlərinin artmasına səbəb olur".
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarına ən çox müraciət edənlər də, əziyyət çəkənlər də tələbələrdir:
"Tələbələr ali təhsil müəssisələrinə yaxın yerlərdə kirayə mənzil tapa bilmədiklərinə görə, məcburən Bakıətrafı ərazilərə üz tuturlar. Bu halda isə onlar gün ərzində 2-3 saatlarını yola sərf edirlər. Eyni zamanda, yol xərcləri artır".
E.Fərzəliyev deyib ki, bu problemi köklü şəkildə həll etmək üçün universitetlərin balansında olan ərazilərdə yeni, çoxmənzilli yataqxanaların tikintisi vacibdir:
"Tikintinin maya dəyərini artıran torpaq sahəsidir. Yəni torpaq sahəsinin qiyməti artdıqca tikintinin satış qiyməti də artır. Düşünürəm ki, universitetlərin köhnə yataqxanaları sökülməli və onların yerindən daha müasir və çoxmənzilli - indiki tələbə sayına uyğun yataqxanalar inşa olunmalıdır. Bu, paytaxt ərazisindəki kirayə mənzil bazarındakı problemləri aradan qaldırar, həm də tələbələrin kirayə mənzil problemi həll olunmuş olar. Belə yataqxanalar inşa edilib tələbələrə ayda 70-80 manatlıq ödənişlə təklif olunsa, həm kirayə bazarına təzyiq azalacaq, həm də bu layihələr bir neçə il ərzində öz xərclərini qarşılayaraq universitetlər üçün gəlir mənbəyinə çevrilə bilər. Təəssüf ki, bu istiqamətdə addım atılmır, nəticədə kirayə mənzil bazarında qiymət artır, tələbələr çətin vəziyyətdə qalırlar".
"Tələbə kirayə götürdüyü evdə həm yaşamalı, həm də dərs oxumalıdır. Evlərin qiyməti isə baha olduğuna görə, ikiotaqlı mənzildə 4-5 tələbə qalır. Tələbələr orada yaşamır, sadəcə oradan yatmaq üçün istifadə edirlər. Bu da onların təhsilinə problem yaradır. Normativlərə görə, 16-18 kvadratmetrlik otaqda iki nəfərdən artıq tələbə qala bilməz. Bu, onların həm yaşaması, həm də dərs oxumaları üçün imkan yaradırdı. İndi isə məcburi şəkildə çox sayda tələbə bir evdə yaşayır və bu onların təhsilinə də mane olur", - deyə E.Fərzəliyev qeyd edib.
Ekspert deyib ki, kirayə mənzil bazarında qiymətlərin azalması gözlənilmir:
"Artıq yeni söküntü anonsu da verildi. Həmin ərazilərdə ucuz evlər olurdu. İndi isə onların sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması deməkdir. Eyni zamanda söküntü işləri aparılan ərazilərdə yaşayan sakinlərin böyük hissəsi kirayə çıxmalı olacaq, çünki bəziləri ev tikdirir, bəziləri hələ planlamır. Bu da yenidən kirayə mənzil bazarında ev qıtlığına gətirib çıxaracaq".
- 07.04.2025
- 314
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
203 000Bugün, 12:40Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 85 m² 2/9 mərtəbə -
540 000Bugün, 12:35Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 4.5 sot -
1 500 000Bugün, 12:33Satılır Həyət evi/villa
Xətai r.
8 otaqlı 1000 m² -
1 500Bugün, 12:31Kirayə (aylıq) Yeni Tikili
28 May m., Port Baku, Nəsimi r.
3 otaqlı 110 m² 13/15 mərtəbə -
720 000Bugün, 12:28Satılır Obyekt
Qara Qarayev m., Nizami r.
90 m² -
820 000Bugün, 12:28Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 7 sot -
113 000Bugün, 12:26Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 45 m² 2/9 mərtəbə -
850 000Bugün, 12:25Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 7 sot -
113 000Bugün, 12:25Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
1 otaqlı 38 m² 2/9 mərtəbə -
255 000Bugün, 12:22Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 100 m² 6/16 mərtəbə -
116 000Bugün, 12:20Satılır Həyət evi/villa
Koroğlu m., Kürdəxanı qəs., Sabunçu r.
4 otaqlı 150 m² -
600Bugün, 12:18Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Sevinc k/t, Nizami r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
385 000Bugün, 12:18Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 115 m² 14/17 mərtəbə -
350Bugün, 12:16Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 40 m² 4/8 mərtəbə -
850Bugün, 12:13Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 50 m² 7/15 mərtəbə -
305 000Bugün, 12:11Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3.5 sot -
500 000Bugün, 12:10Satılır Obyekt
Qara Qarayev m., Nizami r.
140 m² -
165 000Bugün, 12:07Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
3 otaqlı 2 sot -
940 000Bugün, 12:00Satılır Obyekt
Sahil m., Səbail r.
42 m² -
320 000Bugün, 11:59Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 120 m² 6/13 mərtəbə -
360 000Bugün, 11:57Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 220 m² -
58 000Bugün, 11:55Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 30 m² 1/3 mərtəbə -
124 000Bugün, 11:49Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 16/16 mərtəbə -
320 000Bugün, 11:47Satılır Obyekt
Sahil m., Səbail r.
20 m² -
370 000Bugün, 11:45Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 160 m² 3/16 mərtəbə -
2 000Bugün, 11:43Kirayə (aylıq) Ofis
Sahil m., Səbail r.
3 otaqlı 100 m² -
335 000Bugün, 11:43Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 68 m² 3/17 mərtəbə -
520Bugün, 11:42Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 55 m² 7/19 mərtəbə -
340 000Bugün, 11:42Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
5 otaqlı 220 m² -
475 000Bugün, 11:41Satılır Obyekt
Sahil m., Səbail r.
70 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

