Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
“İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
“Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:
“Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.
R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.
“Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, - deyə o fikrini tamamlayıb.
- 17.06.2025
- 454
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
212 500Dünən, 22:55Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 70 m² 8/14 mərtəbə -
215 000Dünən, 22:47Satılır Həyət evi/villa
Mehdiabad, Abşeron r.
14 otaqlı 400 m² -
1 300Dünən, 22:44Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
5 otaqlı 200 m² 5/7 mərtəbə -
265 000Dünən, 22:24Satılır Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
3 otaqlı 98 m² 6/13 mərtəbə -
320 000Dünən, 22:23Satılır Yeni Tikili
Xətai m., Xətai r.
5 otaqlı 170 m² 17/18 mərtəbə -
3 500Dünən, 21:52Kirayə (aylıq) Obyekt
Yeni Günəşli qəs., Fəridə şadlıq sarayı, Suraxanı r.
600 m² -
270 000Dünən, 21:51Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 100 m² 7/9 mərtəbə -
250 000Dünən, 21:43Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
4 otaqlı 120 m² 3/9 mərtəbə -
500Dünən, 21:27Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
20 m² -
145 000Dünən, 21:18Satılır Torpaq
Maştağa qəs., Sabunçu r.
18 sot -
700 000Dünən, 21:10Satılır Həyət evi/villa
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
4 otaqlı 360 m² -
219 000Dünən, 21:04Satılır Köhnə Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 68 m² 2/9 mərtəbə -
39 000Dünən, 20:59Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 50 m² -
240 000Dünən, 20:54Satılır Obyekt
Neftçilər m., 8-ci kilometr, Nizami r.
35 m² -
153 000Dünən, 20:46Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 57 m² 3/9 mərtəbə -
370 000Dünən, 20:41Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nərimanov r.
3 otaqlı 165 m² 15/21 mərtəbə -
137 000Dünən, 20:40Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 90 m² 10/11 mərtəbə -
650Dünən, 20:34Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 51 m² 15/17 mərtəbə -
360 000Dünən, 20:32Satılır Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
3 otaqlı 105 m² 13/17 mərtəbə -
75 000Dünən, 20:24Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 120 m² -
93 000Dünən, 20:21Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 100 m² -
71 000Dünən, 20:19Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 120 m² -
354 000Dünən, 20:19Satılır Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
2 otaqlı 98 m² 5/17 mərtəbə -
750Dünən, 20:16Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
2 otaqlı 50 m² 6/15 mərtəbə -
43 000Dünən, 20:11Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 80 m² -
84 000Dünən, 20:08Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 220 m² -
375 000Dünən, 20:03Satılır Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
3 otaqlı 105 m² 15/17 mərtəbə -
450Dünən, 20:02Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 5-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
199 000Dünən, 19:47Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 55 m² 6/16 mərtəbə -
450 000Dünən, 19:44Satılır Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
3 otaqlı 154 m² 9/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
