Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR
2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
“İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
“Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:
“Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.
R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.
“Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, - deyə o fikrini tamamlayıb.
- 17.06.2025
- 442
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
218 000Bugün, 13:57Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 60 m² 12/17 mərtəbə -
399 000Bugün, 13:54Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 110 m² 10/14 mərtəbə -
165 000Bugün, 13:45Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
1 000Bugün, 13:43Kirayə (aylıq) Yeni Tikili
28 May m., H. Əliyev ad. Saray, Nəsimi r.
2 otaqlı 100 m² 4/15 mərtəbə -
700Bugün, 13:42Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 65 m² 4/9 mərtəbə -
12 150Bugün, 13:41Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 90 m² 17/18 mərtəbə -
139 000Bugün, 13:33Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
360 000Bugün, 13:32Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
4 otaqlı 145 m² 3/15 mərtəbə -
189 000Bugün, 13:30Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 55 m² 5/5 mərtəbə -
84 500Bugün, 13:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 50 m² 7/11 mərtəbə -
195 000Bugün, 13:26Satılır Yeni Tikili
Nizami r.
2 otaqlı 71 m² 7/17 mərtəbə -
174 000Bugün, 13:25Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 59 m² 11/17 mərtəbə -
18 000Bugün, 13:23Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 76 m² 3/14 mərtəbə -
28 000Bugün, 13:22Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 69 m² 12/14 mərtəbə -
1 590Bugün, 13:16Kirayə (aylıq) Ofis
Səbail r.
4 otaqlı 85 m² -
460 000Bugün, 13:15Satılır Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 168 m² 17/21 mərtəbə -
379 000Bugün, 13:13Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 135 m² 15/17 mərtəbə -
600 000Bugün, 13:06Satılır Yeni Tikili
Koroğlu m., Nizami r.
4 otaqlı 202 m² 4/17 mərtəbə -
65 000Bugün, 13:05Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 36 m² 9/11 mərtəbə -
6 500Bugün, 13:04Kirayə (aylıq) Obyekt
8 Noyabr m., Nəsimi r.
200 m² -
62 000Bugün, 13:02Satılır Həyət evi/villa
Koroğlu m., Zabrat qəs., Sabunçu r.
4 otaqlı 125 m² -
208 000Bugün, 13:02Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 81 m² 13/17 mərtəbə -
500Bugün, 12:59Kirayə (aylıq) Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 60 m² 2/5 mərtəbə -
240 000Bugün, 12:57Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 74 m² 8/22 mərtəbə -
500Bugün, 12:50Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 75 m² 3/10 mərtəbə -
142 000Bugün, 12:49Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 56 m² 16/20 mərtəbə -
155 000Bugün, 12:40Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 70 m² 5/9 mərtəbə -
170 000Bugün, 12:35Satılır Yeni Tikili
Nardaran qəs., Sea Breeze, Sabunçu r.
1 otaqlı 57.4 m² 4/7 mərtəbə -
140 000Bugün, 12:33Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
35 000Bugün, 12:24Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 91 m² 4/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller