Bakı əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib - ARAŞDIRMA

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub.
bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, seqmentlər üzrə artım templəri fərqli olsa da, ümumi dinamika bazarda sabit bahalaşmanın davam etdiyini göstərir.
"Oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3 % olub", – deyə ekspert vurğulayıb.
V. Orucun sözlərinə görə, yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda - 3 % səviyyəsində qeydə alınıb.
"Nərimanov rayonunda bu göstərici 2,7 %, Nəsimidə 2,5 %, Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib", - deyə o bildirib.
Ekspert qiymətlərin azalacağı ilə bağlı iddiaları əsassız sayır. Onun sözlərinə görə, qiymətlərin enməsi üçün heç bir iqtisadi əsas mövcud deyil: "Azərbaycan iqtisadiyyatı sabitdir, inşaat materiallarının qiyməti ucuzlaşmayıb, manatın alıcılıq qabiliyyəti dəyişməyib və daşınmaz əmlak investisiya baxımından hələ də ən cəlbedici alətlərdən biridir. Bu şəraitdə qiymətlərin düşməsi absurddur".
O əlavə edib ki, Bakıda aparılan söküntü işləri, yeni park və ictimai məkanların salınması, həmin ərazilərdə yeni tikililərin planlaşdırılması mənzilə tələbi artırır. "Son aylarda kirayə mənzillərə tələbin kəskin artması və sahibkarların kirayə biznesinə marağının yüksəlməsi də satış qiymətlərinə təzyiq yaradır. Eyni zamanda, inşaat materiallarının bahalaşması və sərtləşdirilmiş şəhərsalma normaları tikintinin maya dəyərini artırır ki, bu da son qiymətlərə təsir edir".
V. Oruc hesab edir ki, hazırda daşınmaz əmlak bazarında investisiya riski minimumdur və sektor ölkədə ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Pandemiyadan sonra alternativ investisiyaların daha riskli olması da əmlaka marağı artıran əsas faktorlardandır.
Onun fikrincə, hətta 2026-cı ildə gözlənilən müəyyən iqtisadi dəyişikliklərin belə bazara ciddi təsir göstərəcəyi ehtimal olunmur: "Qarabağda genişmiqyaslı infrastruktur işlərinin aparılması, Bakıda iri şəhərsalma layihələrinin icrası və tikinti həcminin artması bazara əlavə dəstək verir. Buna görə də mümkün çətinliklər daşınmaz əmlak qiymətlərinə maksimum minimal təsir göstərə bilər".
Mövcud göstəricilər və bazarın hazırkı dinamikası onu deməyə əsas verir ki, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyur.
Qeyd edək ki, Nazirlər Kabineti bu ilin may ayında "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edib.


- 17.11.2025
- 196
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
270 000Bugün, 14:31Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 106 m² 6/9 mərtəbə -
195 000Bugün, 14:30Satılır Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 77 m² 6/17 mərtəbə -
127 000Bugün, 14:26Satılır Köhnə Tikili
8-ci kilometr, Nizami r.
2 otaqlı 45 m² 2/9 mərtəbə -
400Bugün, 14:25Kirayə (aylıq) Həyət evi/villa
Həzi Aslanov m., Ağ şəhər, Xətai r.
3 otaqlı 100 m² -
750Bugün, 14:20Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 55 m² 15/23 mərtəbə -
700Bugün, 14:19Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., Binəqədi r.
2 otaqlı 78 m² 4/17 mərtəbə -
550Bugün, 14:18Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
1 otaqlı 40 m² 3/5 mərtəbə -
600Bugün, 14:18Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 60 m² 2/19 mərtəbə -
150Bugün, 14:11Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 11/16 mərtəbə -
1 000Bugün, 14:05Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
650Bugün, 14:03Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
1 500Bugün, 13:58Kirayə (aylıq) Obyekt
8-ci kilometr, Nizami r.
70 m² -
1 200Bugün, 13:58Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
3 otaqlı 145 m² 9/22 mərtəbə -
188 000Bugün, 13:53Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
1 800 000Bugün, 13:52Satılır Torpaq
Sumqayıt ş.
1.4 sot -
850Bugün, 13:51Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 50 m² 9/18 mərtəbə -
2 500Bugün, 13:49Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 125 m² 6/6 mərtəbə -
2 500Bugün, 13:48Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
38 m² -
64 000Bugün, 13:47Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 100 m² -
400Bugün, 13:46Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
1 otaqlı 38 m² 8/9 mərtəbə -
500Bugün, 13:43Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 65 m² 5/9 mərtəbə -
450Bugün, 13:40Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
1 otaqlı 20 m² -
500Bugün, 13:37Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
1 otaqlı 30 m² 9/20 mərtəbə -
550Bugün, 13:33Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 50 m² 2/13 mərtəbə -
65 000Bugün, 13:32Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 40 m² 1/3 mərtəbə -
150Bugün, 13:27Kirayə (aylıq) Köhnə Tikili
Bərdə ş.
2 otaqlı 80 m² 1/1 mərtəbə -
1 000Bugün, 13:27Kirayə (aylıq) Yeni Tikili
Olimpik Star, Nərimanov r.
2 otaqlı 70 m² 12/17 mərtəbə -
500Bugün, 13:26Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 80 m² 2/6 mərtəbə -
2 800Bugün, 13:24Kirayə (aylıq) Obyekt
Nərimanov r.
360 m² -
650Bugün, 13:16Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 96 m² 9/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

