Bakı əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib - ARAŞDIRMA
Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub.
bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, seqmentlər üzrə artım templəri fərqli olsa da, ümumi dinamika bazarda sabit bahalaşmanın davam etdiyini göstərir.
"Oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3 % olub", – deyə ekspert vurğulayıb.
V. Orucun sözlərinə görə, yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda - 3 % səviyyəsində qeydə alınıb.
"Nərimanov rayonunda bu göstərici 2,7 %, Nəsimidə 2,5 %, Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib", - deyə o bildirib.
Ekspert qiymətlərin azalacağı ilə bağlı iddiaları əsassız sayır. Onun sözlərinə görə, qiymətlərin enməsi üçün heç bir iqtisadi əsas mövcud deyil: "Azərbaycan iqtisadiyyatı sabitdir, inşaat materiallarının qiyməti ucuzlaşmayıb, manatın alıcılıq qabiliyyəti dəyişməyib və daşınmaz əmlak investisiya baxımından hələ də ən cəlbedici alətlərdən biridir. Bu şəraitdə qiymətlərin düşməsi absurddur".
O əlavə edib ki, Bakıda aparılan söküntü işləri, yeni park və ictimai məkanların salınması, həmin ərazilərdə yeni tikililərin planlaşdırılması mənzilə tələbi artırır. "Son aylarda kirayə mənzillərə tələbin kəskin artması və sahibkarların kirayə biznesinə marağının yüksəlməsi də satış qiymətlərinə təzyiq yaradır. Eyni zamanda, inşaat materiallarının bahalaşması və sərtləşdirilmiş şəhərsalma normaları tikintinin maya dəyərini artırır ki, bu da son qiymətlərə təsir edir".
V. Oruc hesab edir ki, hazırda daşınmaz əmlak bazarında investisiya riski minimumdur və sektor ölkədə ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Pandemiyadan sonra alternativ investisiyaların daha riskli olması da əmlaka marağı artıran əsas faktorlardandır.
Onun fikrincə, hətta 2026-cı ildə gözlənilən müəyyən iqtisadi dəyişikliklərin belə bazara ciddi təsir göstərəcəyi ehtimal olunmur: "Qarabağda genişmiqyaslı infrastruktur işlərinin aparılması, Bakıda iri şəhərsalma layihələrinin icrası və tikinti həcminin artması bazara əlavə dəstək verir. Buna görə də mümkün çətinliklər daşınmaz əmlak qiymətlərinə maksimum minimal təsir göstərə bilər".
Mövcud göstəricilər və bazarın hazırkı dinamikası onu deməyə əsas verir ki, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyur.
Qeyd edək ki, Nazirlər Kabineti bu ilin may ayında "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edib.


- 17.11.2025
- 197
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
600 000Bugün, 17:46Satılır Yeni Tikili
Nəsimi r.
2 otaqlı 97 m² 3/11 mərtəbə -
480 000Bugün, 17:42Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 150 m² 3/10 mərtəbə -
650Bugün, 17:40Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 70 m² 8/14 mərtəbə -
800Bugün, 17:37Kirayə (aylıq) Köhnə Tikili
Səbail r.
2 otaqlı 80 m² 5/5 mərtəbə -
5 500Bugün, 17:35Kirayə (aylıq) Obyekt
Binə qəs., Xəzər r.
1100 m² -
1 250Bugün, 17:32Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
4 otaqlı 150 m² 2/3 mərtəbə -
133 700Bugün, 17:32Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 80 m² 16/17 mərtəbə -
365 000Bugün, 17:28Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 118 m² 11/17 mərtəbə -
23 000Bugün, 17:24Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 60 m² 5/14 mərtəbə -
185 000Bugün, 17:22Satılır Həyət evi/villa
Suraxanı r.
7 otaqlı 220 m² -
2 900Bugün, 17:21Kirayə (aylıq) Obyekt
28 May m., Nərimanov r.
115 m² -
800Bugün, 17:19Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 80 m² 1/1 mərtəbə -
319 000Bugün, 17:19Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 82 m² 3/15 mərtəbə -
195 000Bugün, 17:19Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 78 m² 17/18 mərtəbə -
700Bugün, 17:18Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 103 m² 1/16 mərtəbə -
7 000Bugün, 17:17Kirayə (aylıq) Obyekt
Badamdar qəs., Səbail r.
700 m² -
900Bugün, 17:17Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
4 otaqlı 205 m² 4/9 mərtəbə -
750 000Bugün, 17:14Satılır Həyət evi/villa
Suraxanı r.
6 otaqlı 400 m² -
177 000Bugün, 17:12Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 75 m² 4/5 mərtəbə -
149 000Bugün, 17:11Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 55 m² 14/20 mərtəbə -
45 000Bugün, 17:10Satılır Yeni Tikili
Zabrat qəs., Sabunçu r.
2 otaqlı 74 m² 8/10 mərtəbə -
1 125Bugün, 17:09Kirayə (aylıq) Yeni Tikili
Nizami r.
3 otaqlı 150 m² 8/9 mərtəbə -
98 000Bugün, 17:09Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
4 otaqlı 100 m² -
900Bugün, 17:06Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
65 m² -
1 200Bugün, 17:06Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 15 m² -
23 000Bugün, 17:05Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 60 m² 5/14 mərtəbə -
208 000Bugün, 17:05Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
5 otaqlı 200 m² -
750Bugün, 17:03Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 75 m² 11/16 mərtəbə -
350 000Bugün, 17:03Satılır Obyekt
İçərişəhər m., Səbail r.
180 m² -
179 000Bugün, 17:01Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 56 m² 11/12 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller