Bakı əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib - ARAŞDIRMA

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub.
bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, seqmentlər üzrə artım templəri fərqli olsa da, ümumi dinamika bazarda sabit bahalaşmanın davam etdiyini göstərir.
"Oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3 % olub", – deyə ekspert vurğulayıb.
V. Orucun sözlərinə görə, yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda - 3 % səviyyəsində qeydə alınıb.
"Nərimanov rayonunda bu göstərici 2,7 %, Nəsimidə 2,5 %, Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib", - deyə o bildirib.
Ekspert qiymətlərin azalacağı ilə bağlı iddiaları əsassız sayır. Onun sözlərinə görə, qiymətlərin enməsi üçün heç bir iqtisadi əsas mövcud deyil: "Azərbaycan iqtisadiyyatı sabitdir, inşaat materiallarının qiyməti ucuzlaşmayıb, manatın alıcılıq qabiliyyəti dəyişməyib və daşınmaz əmlak investisiya baxımından hələ də ən cəlbedici alətlərdən biridir. Bu şəraitdə qiymətlərin düşməsi absurddur".
O əlavə edib ki, Bakıda aparılan söküntü işləri, yeni park və ictimai məkanların salınması, həmin ərazilərdə yeni tikililərin planlaşdırılması mənzilə tələbi artırır. "Son aylarda kirayə mənzillərə tələbin kəskin artması və sahibkarların kirayə biznesinə marağının yüksəlməsi də satış qiymətlərinə təzyiq yaradır. Eyni zamanda, inşaat materiallarının bahalaşması və sərtləşdirilmiş şəhərsalma normaları tikintinin maya dəyərini artırır ki, bu da son qiymətlərə təsir edir".
V. Oruc hesab edir ki, hazırda daşınmaz əmlak bazarında investisiya riski minimumdur və sektor ölkədə ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Pandemiyadan sonra alternativ investisiyaların daha riskli olması da əmlaka marağı artıran əsas faktorlardandır.
Onun fikrincə, hətta 2026-cı ildə gözlənilən müəyyən iqtisadi dəyişikliklərin belə bazara ciddi təsir göstərəcəyi ehtimal olunmur: "Qarabağda genişmiqyaslı infrastruktur işlərinin aparılması, Bakıda iri şəhərsalma layihələrinin icrası və tikinti həcminin artması bazara əlavə dəstək verir. Buna görə də mümkün çətinliklər daşınmaz əmlak qiymətlərinə maksimum minimal təsir göstərə bilər".
Mövcud göstəricilər və bazarın hazırkı dinamikası onu deməyə əsas verir ki, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyur.
Qeyd edək ki, Nazirlər Kabineti bu ilin may ayında "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edib.


- 17.11.2025
- 195
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
121 000Dünən, 22:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 120 m² 5/6 mərtəbə -
530Dünən, 22:03Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 75 m² 5/11 mərtəbə -
85 000Dünən, 21:43Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 51 m² 1/6 mərtəbə -
215 000Dünən, 21:42Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 65 m² 2/9 mərtəbə -
60 000Dünən, 20:56Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 100 m² -
170 000Dünən, 20:43Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 8/16 mərtəbə -
68 000Dünən, 20:41Satılır Həyət evi/villa
Ağ şəhər, Xətai r.
2 otaqlı 40 m² -
183 000Dünən, 20:34Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
4 otaqlı 127 m² 10/14 mərtəbə -
400Dünən, 20:32Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
2 otaqlı 78 m² 4/10 mərtəbə -
3 000Dünən, 20:10Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
4 otaqlı 160 m² -
68 000Dünən, 20:08Satılır Yeni Tikili
Ceyranbatan qəs., Abşeron r.
2 otaqlı 51 m² 8/10 mərtəbə -
250 000Dünən, 20:07Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
4 otaqlı 100 m² 5/5 mərtəbə -
46 500Dünən, 19:56Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 70 m² -
44 500Dünən, 19:54Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 55 m² -
22 000Dünən, 19:44Satılır Torpaq
Yaşıl dərə r., Sumqayıt ş.
6 sot -
2 800Dünən, 19:34Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
38 m² -
100Dünən, 19:27Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
4 otaqlı -
1 900Dünən, 19:24Kirayə (aylıq) Obyekt
20-ci sahə, Səbail r.
150 m² -
1 200Dünən, 19:20Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
135 000Dünən, 19:18Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 58 m² 7/10 mərtəbə -
1 400Dünən, 19:14Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
150 m² -
1 000Dünən, 19:12Kirayə (aylıq) Ofis
Gənclik m., Nərimanov r.
2 otaqlı 65 m² -
500Dünən, 19:11Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Xətai r.
73 m² -
91 000Dünən, 19:10Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 12/15 mərtəbə -
2 500Dünən, 19:00Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
100 m² -
1 000 000Dünən, 18:55Satılır Obyekt
Buzovna, Xəzər r.
1800 m² -
52 000Dünən, 18:54Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 50 m² -
550Dünən, 18:53Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 43 m² 4/5 mərtəbə -
900Dünən, 18:52Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 21/21 mərtəbə -
900Dünən, 18:49Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 77 m² 13/18 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

