Bakı əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib - ARAŞDIRMA
Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub.
bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, seqmentlər üzrə artım templəri fərqli olsa da, ümumi dinamika bazarda sabit bahalaşmanın davam etdiyini göstərir.
"Oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3 % olub", – deyə ekspert vurğulayıb.
V. Orucun sözlərinə görə, yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda - 3 % səviyyəsində qeydə alınıb.
"Nərimanov rayonunda bu göstərici 2,7 %, Nəsimidə 2,5 %, Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib", - deyə o bildirib.
Ekspert qiymətlərin azalacağı ilə bağlı iddiaları əsassız sayır. Onun sözlərinə görə, qiymətlərin enməsi üçün heç bir iqtisadi əsas mövcud deyil: "Azərbaycan iqtisadiyyatı sabitdir, inşaat materiallarının qiyməti ucuzlaşmayıb, manatın alıcılıq qabiliyyəti dəyişməyib və daşınmaz əmlak investisiya baxımından hələ də ən cəlbedici alətlərdən biridir. Bu şəraitdə qiymətlərin düşməsi absurddur".
O əlavə edib ki, Bakıda aparılan söküntü işləri, yeni park və ictimai məkanların salınması, həmin ərazilərdə yeni tikililərin planlaşdırılması mənzilə tələbi artırır. "Son aylarda kirayə mənzillərə tələbin kəskin artması və sahibkarların kirayə biznesinə marağının yüksəlməsi də satış qiymətlərinə təzyiq yaradır. Eyni zamanda, inşaat materiallarının bahalaşması və sərtləşdirilmiş şəhərsalma normaları tikintinin maya dəyərini artırır ki, bu da son qiymətlərə təsir edir".
V. Oruc hesab edir ki, hazırda daşınmaz əmlak bazarında investisiya riski minimumdur və sektor ölkədə ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Pandemiyadan sonra alternativ investisiyaların daha riskli olması da əmlaka marağı artıran əsas faktorlardandır.
Onun fikrincə, hətta 2026-cı ildə gözlənilən müəyyən iqtisadi dəyişikliklərin belə bazara ciddi təsir göstərəcəyi ehtimal olunmur: "Qarabağda genişmiqyaslı infrastruktur işlərinin aparılması, Bakıda iri şəhərsalma layihələrinin icrası və tikinti həcminin artması bazara əlavə dəstək verir. Buna görə də mümkün çətinliklər daşınmaz əmlak qiymətlərinə maksimum minimal təsir göstərə bilər".
Mövcud göstəricilər və bazarın hazırkı dinamikası onu deməyə əsas verir ki, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyur.
Qeyd edək ki, Nazirlər Kabineti bu ilin may ayında "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edib.


- 17.11.2025
- 241
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
305 000Bugün, 15:54Satılır Yeni Tikili
Gənclik m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 120 m² 9/17 mərtəbə -
4 500Bugün, 15:51Kirayə (aylıq) Obyekt
Qobu, Sədərək ticarət mərkəzi, Abşeron r.
750 m² -
260 000Bugün, 15:39Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 65 m² 4/4 mərtəbə -
240 000Bugün, 15:37Satılır Torpaq
Şüvəlan, Xəzər r.
12 sot -
1 700Bugün, 15:35Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
17 m² -
516 000Bugün, 15:34Satılır Həyət evi/villa
Bilgəh qəs., Sabunçu r.
7 otaqlı 260 m² -
200 000Bugün, 15:30Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 78 m² 11/12 mərtəbə -
425 000Bugün, 15:22Satılır Torpaq
Xəzər r.
16 sot -
225 000Bugün, 15:20Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
4 otaqlı 100 m² 3/5 mərtəbə -
332 000Bugün, 15:16Satılır Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 122 m² 5/16 mərtəbə -
207 000Bugün, 15:11Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 55 m² 4/5 mərtəbə -
999Bugün, 15:09Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 85 m² 10/18 mərtəbə -
800Bugün, 15:08Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 50 m² 8/18 mərtəbə -
640Bugün, 15:07Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 83 m² 11/12 mərtəbə -
410 000Bugün, 15:04Satılır Torpaq
Səbail r.
9 sot -
900Bugün, 15:03Kirayə (aylıq) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 80 m² 3/5 mərtəbə -
250Bugün, 15:02Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 40 m² 2/5 mərtəbə -
94 000Bugün, 15:02Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 54 m² 3/5 mərtəbə -
56 000Bugün, 15:01Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 29 m² 16/18 mərtəbə -
135 000Bugün, 15:01Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Gənclik Mall, Yasamal r.
3 otaqlı 60 m² 20/20 mərtəbə -
112 000Bugün, 15:00Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 67 m² 2/5 mərtəbə -
600Bugün, 14:59Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 83 m² 11/12 mərtəbə -
207 000Bugün, 14:59Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
4 otaqlı 80 m² 2/9 mərtəbə -
400Bugün, 14:56Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 5/7 mərtəbə -
420Bugün, 14:52Kirayə (aylıq) Yeni Tikili
Hövsan qəs., Suraxanı r.
2 otaqlı 55 m² 3/7 mərtəbə -
700Bugün, 14:50Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Səbail r.
3 otaqlı 100 m² 3/3 mərtəbə -
950Bugün, 14:48Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 85 m² 8/9 mərtəbə -
349 900Bugün, 14:47Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 117 m² 17/17 mərtəbə -
169 999Bugün, 14:45Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
3 otaqlı 135 m² -
500Bugün, 14:42Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Gənclik Mall, Suraxanı r.
3 otaqlı 75 m² 1/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller