Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA

Azərbaycanın daşınmaz əmlak bazarında təxminən 3 il bundan əvvəl başlamış qiymət artımı səngimək bilmir. Hətta bazarda aktivliyin aşağı olmasına baxmayaraq bahalaşma davam edir.
Bəs bu tendensiya nə qədər davam edəcək?
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, qiymət artımı təkcə alıcı-satıcı münasibətlərindən deyil, daha ciddi sosial-iqtisadi amillərdən qaynaqlanır: "Bazarda aktivlik zəif olduğu dövrlərdə belə bahalaşmanın davam etməsi bu sahədə yeni iqtisadi trendlərin formalaşdığını göstərir. Əmlakın artıq investisiya vasitəsi kimi dəyərləndirilməsi, tikinti xərclərinin artması, torpaq sahələrinə tələbatın yüksəlməsi və dövlətin həyata keçirdiyi sosial layihələr qiymətlərin aşağı düşməsinə imkan vermir. Əgər bu layihələr davamlı olarsa, bahalaşma bundan sonra da davam edəcək".
Bundan başqa, sədr deyir ki, satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də artmaqdadır: "Təkcə Bakıda 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Bu prosesin davamlı xarakter alması, sakinlərə aylıq kompensasiyalar ödənilməsi kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiyanın yaxın aylarda daha da güclənəcəyi gözlənilir”.
Onun sözlərinə görə, torpaq sahələrinin qiymətində də davamlı artım müşahidə olunur: "Bu artım bir neçə amillə izah olunur. Əvvəla ölkəmizdə əhalinin sayının artması torpağa tələbatı artırır, bu isə qiymətlərə birbaşa təsir edir. Digər tərəfdən tikinti normaları dəyişir. Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən yeni tikinti normativləri tətbiq olunur. Artıq daha böyük sahələr tələb olunur, bu da torpağa tələbatı artırır. Əgər əvvəllər bir layihə üçün 20 sot torpaq kifayət edirdisə, indi həmin layihənin reallaşdırılması üçün 30-40 sot ərazi lazım olur”.
Bundan başqa, o, əlavə edib ki, urbanizasiya - Bakıya köç və infrastrukturun inkişafı torpaq sahələrinin qiymətinə təsir edən digər mühüm amillərdəndir: “Qiymət artımı ərazilər üzrə dəyişkənlik göstərir – infrastrukturun inkişaf etdiyi zonalarda artım daha yüksəkdir. Məsələn, bəzi yerlərdə pay torpaqlarının qiymətində son illərdə 200-250 %-lik artım qeydə alınıb. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir".
Əmlak bazarı üzrə digər ekspert Ramil Osmanlı isə hesab edib ki, hazırda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları ciddi və əhəmiyyətli deyil: “Aşağı seqmentdə – yəni dəyəri təxminən 200-250 min manatdan aşağı olan mənzillərdə qiymət artımına doğru nisbi meyillər var. Bu, son illər bazara xas olan sabit tendensiyadır və uzun müddətdir ki, dəyişmir. Bununla yanaşı, bazarda elə proseslər baş verir ki, bu da daha çox qiymət artımına səbəb olur. Lakin yüksək seqmentdə – təxminən 350-400 min manatdan yuxarı olan əmlaklarda qiymətlər sabit qalır. Hətta bəzi ərazilərdə qiymətlərdə nisbi azalmalar da müşahidə olunur”.
Ekspert əlavə edib ki, hazırda daşınmaz əmlak bazarı ilin I rübü ilə müqayisədə daha sabitdir: “Mövcud proseslər qiymətlərin stabilləşməsinə və bazardakı dinamikanın azalmasına təsir göstərir”.
Bundan başqa, onun sözlərinə görə, kirayə mənzil bazarındakı vəziyyət satış bazarındakı vəziyyətdən fərqlənir: “Satış bazarında təklif çox, tələb isə nisbətən azdır. Bu da qiymətlərin müəyyən qədər enməsinə səbəb olur. Lakin kirayə bazarında tələb yüksək olaraq qalır. Təklifdə olan mənzillərin qiymətlərində isə kəskin artımlar müşahidə olunur. Bunun əsas səbəblərindən biri bazarın yenilənməsidir. Köhnə yaşayış massivləri sökülür, köhnə binalar dövriyyədən çıxarılır. Onların yerində inşa edilən yeni binalarda kirayə qiymətləri daha yüksək olur. Paralel olaraq, bu yeni mənzillərin satış qiymətlərində də artım qeydə alınır ki, bu da kirayə bazarında ucuzlaşmasının qarşısını alır və bahalaşma tendensiyasını gücləndirir”.
- 22.05.2025
- 359
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
180 000Dünən, 17:29Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Baku Mall, Yasamal r.
2 otaqlı 50 m² 12/19 mərtəbə -
60 000Dünən, 21:46Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 35 m² 4/6 mərtəbə -
4 120Dünən, 21:39Kirayə (aylıq) Obyekt
Xətai r.
2500 m² -
1 700Dünən, 21:18Kirayə (aylıq) Ofis
Xətai r.
2 otaqlı 82 m² -
1 500Dünən, 21:09Kirayə (aylıq) Obyekt
Xətai r.
300 m² -
195 000Dünən, 21:08Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 73 m² 4/5 mərtəbə -
1 250Dünən, 21:05Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
3 otaqlı 70 m² -
112 000Dünən, 21:01Satılır Obyekt
Memar Əcəmi m., Nəsimi r.
30 m² -
4 999Dünən, 20:54Kirayə (aylıq) Obyekt
Səbail r.
245 m² -
550Dünən, 20:53Kirayə (aylıq) Köhnə Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 45 m² 1/5 mərtəbə -
400Dünən, 20:48Kirayə (aylıq) Obyekt
Xətai r.
40 m² -
500Dünən, 20:37Kirayə (aylıq) Obyekt
Nəsimi r.
72 m² -
218 000Dünən, 20:31Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 60 m² 12/16 mərtəbə -
690Dünən, 20:28Kirayə (aylıq) Ofis
İçərişəhər m., Səbail r.
3 otaqlı 72 m² -
294 000Dünən, 20:17Satılır Yeni Tikili
Badamdar qəs., Səbail r.
3 otaqlı 100 m² 5/17 mərtəbə -
500Dünən, 20:16Kirayə (aylıq) Köhnə Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 85 m² 6/9 mərtəbə -
2 100Dünən, 20:10Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 130 m² 3/7 mərtəbə -
329 000Dünən, 20:09Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 68 m² 6/17 mərtəbə -
800Dünən, 20:06Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., AZTV telekanalı, Səbail r.
3 otaqlı 75 m² 5/10 mərtəbə -
500Dünən, 20:04Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 81 m² 2/5 mərtəbə -
750Dünən, 20:03Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 75 m² 7/8 mərtəbə -
1 000Dünən, 19:51Kirayə (aylıq) Obyekt
Yasamal r.
72 m² -
359 000Dünən, 19:36Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 70 m² 12/20 mərtəbə -
2 450Dünən, 19:10Kirayə (aylıq) Obyekt
Yasamal r.
90 m² -
27 500Dünən, 19:07Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 39.71 m² 13/16 mərtəbə -
123 000Dünən, 19:06Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 48 m² 1/9 mərtəbə -
850Dünən, 18:58Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 72 m² 7/16 mərtəbə -
36 380Dünən, 18:56Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 52.12 m² 14/16 mərtəbə -
165 000Dünən, 18:53Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 7/9 mərtəbə -
145 000Dünən, 18:51Satılır Köhnə Tikili
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 45 m² 2/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
