Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Azərbaycanın daşınmaz əmlak bazarında təxminən 3 il bundan əvvəl başlamış qiymət artımı səngimək bilmir. Hətta bazarda aktivliyin aşağı olmasına baxmayaraq bahalaşma davam edir.
Bəs bu tendensiya nə qədər davam edəcək?
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, qiymət artımı təkcə alıcı-satıcı münasibətlərindən deyil, daha ciddi sosial-iqtisadi amillərdən qaynaqlanır: "Bazarda aktivlik zəif olduğu dövrlərdə belə bahalaşmanın davam etməsi bu sahədə yeni iqtisadi trendlərin formalaşdığını göstərir. Əmlakın artıq investisiya vasitəsi kimi dəyərləndirilməsi, tikinti xərclərinin artması, torpaq sahələrinə tələbatın yüksəlməsi və dövlətin həyata keçirdiyi sosial layihələr qiymətlərin aşağı düşməsinə imkan vermir. Əgər bu layihələr davamlı olarsa, bahalaşma bundan sonra da davam edəcək".
Bundan başqa, sədr deyir ki, satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də artmaqdadır: "Təkcə Bakıda 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Bu prosesin davamlı xarakter alması, sakinlərə aylıq kompensasiyalar ödənilməsi kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiyanın yaxın aylarda daha da güclənəcəyi gözlənilir”.
Onun sözlərinə görə, torpaq sahələrinin qiymətində də davamlı artım müşahidə olunur: "Bu artım bir neçə amillə izah olunur. Əvvəla ölkəmizdə əhalinin sayının artması torpağa tələbatı artırır, bu isə qiymətlərə birbaşa təsir edir. Digər tərəfdən tikinti normaları dəyişir. Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən yeni tikinti normativləri tətbiq olunur. Artıq daha böyük sahələr tələb olunur, bu da torpağa tələbatı artırır. Əgər əvvəllər bir layihə üçün 20 sot torpaq kifayət edirdisə, indi həmin layihənin reallaşdırılması üçün 30-40 sot ərazi lazım olur”.
Bundan başqa, o, əlavə edib ki, urbanizasiya - Bakıya köç və infrastrukturun inkişafı torpaq sahələrinin qiymətinə təsir edən digər mühüm amillərdəndir: “Qiymət artımı ərazilər üzrə dəyişkənlik göstərir – infrastrukturun inkişaf etdiyi zonalarda artım daha yüksəkdir. Məsələn, bəzi yerlərdə pay torpaqlarının qiymətində son illərdə 200-250 %-lik artım qeydə alınıb. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir".
Əmlak bazarı üzrə digər ekspert Ramil Osmanlı isə hesab edib ki, hazırda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları ciddi və əhəmiyyətli deyil: “Aşağı seqmentdə – yəni dəyəri təxminən 200-250 min manatdan aşağı olan mənzillərdə qiymət artımına doğru nisbi meyillər var. Bu, son illər bazara xas olan sabit tendensiyadır və uzun müddətdir ki, dəyişmir. Bununla yanaşı, bazarda elə proseslər baş verir ki, bu da daha çox qiymət artımına səbəb olur. Lakin yüksək seqmentdə – təxminən 350-400 min manatdan yuxarı olan əmlaklarda qiymətlər sabit qalır. Hətta bəzi ərazilərdə qiymətlərdə nisbi azalmalar da müşahidə olunur”.
Ekspert əlavə edib ki, hazırda daşınmaz əmlak bazarı ilin I rübü ilə müqayisədə daha sabitdir: “Mövcud proseslər qiymətlərin stabilləşməsinə və bazardakı dinamikanın azalmasına təsir göstərir”.
Bundan başqa, onun sözlərinə görə, kirayə mənzil bazarındakı vəziyyət satış bazarındakı vəziyyətdən fərqlənir: “Satış bazarında təklif çox, tələb isə nisbətən azdır. Bu da qiymətlərin müəyyən qədər enməsinə səbəb olur. Lakin kirayə bazarında tələb yüksək olaraq qalır. Təklifdə olan mənzillərin qiymətlərində isə kəskin artımlar müşahidə olunur. Bunun əsas səbəblərindən biri bazarın yenilənməsidir. Köhnə yaşayış massivləri sökülür, köhnə binalar dövriyyədən çıxarılır. Onların yerində inşa edilən yeni binalarda kirayə qiymətləri daha yüksək olur. Paralel olaraq, bu yeni mənzillərin satış qiymətlərində də artım qeydə alınır ki, bu da kirayə bazarında ucuzlaşmasının qarşısını alır və bahalaşma tendensiyasını gücləndirir”.
- 22.05.2025
- 383
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
650Bugün, 13:16Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 96 m² 9/16 mərtəbə -
900Bugün, 13:15Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 21/21 mərtəbə -
240 000Bugün, 13:13Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Əhmədli, Xətai r.
4 otaqlı 110 m² 8/9 mərtəbə -
355 000Bugün, 13:12Satılır Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 155 m² 11/16 mərtəbə -
62 000Bugün, 13:11Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
1 otaqlı 25 m² 4/9 mərtəbə -
1 100Bugün, 13:10Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 50 m² 3/6 mərtəbə -
450Bugün, 13:08Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 110 m² -
59 000Bugün, 13:07Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 6/6 mərtəbə -
650Bugün, 13:06Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 104 m² 7/15 mərtəbə -
205 000Bugün, 13:02Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 85 m² 8/10 mərtəbə -
205 000Bugün, 13:01Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 125 m² 6/11 mərtəbə -
229 000Bugün, 12:59Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 85 m² 2/5 mərtəbə -
500Bugün, 12:55Kirayə (aylıq) Yeni Tikili
Ucar ş.
1 otaqlı 40 m² 20/20 mərtəbə -
1 200Bugün, 12:53Kirayə (aylıq) Obyekt
Köhnə Günəşli qəs., Xətai r.
230 m² -
600 000Bugün, 12:51Satılır Obyekt
Gənclik m., Nəsimi r.
275 m² -
85 000Bugün, 12:50Satılır Obyekt
Biləcəri qəs., Binəqədi r.
38 m² -
575 000Bugün, 12:49Satılır Torpaq
Şüvəlan, Xəzər r.
23 sot -
93 000Bugün, 12:45Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 65 m² 10/18 mərtəbə -
41 000Bugün, 12:44Satılır Həyət evi/villa
NZS, Xətai r.
2 otaqlı 40 m² -
5 500Bugün, 12:43Kirayə (aylıq) Obyekt
Binəqədi r.
1200 m² -
339 000Bugün, 12:40Satılır Yeni Tikili
Nəsimi m., 6-cı mikrorayon, Binəqədi r.
3 otaqlı 155 m² 10/16 mərtəbə -
140 000Bugün, 12:40Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
71 000Bugün, 12:38Satılır Həyət evi/villa
NZS, Xətai r.
2 otaqlı 53 m² -
4 000Bugün, 12:37Kirayə (aylıq) Ofis
Kubinka, AF Business House, Nəsimi r.
4 otaqlı 160 m² -
590 000Bugün, 12:36Satılır Yeni Tikili
Xətai m., Xətai r.
5 otaqlı 226 m² 11/23 mərtəbə -
225 000Bugün, 12:35Satılır Torpaq
Şüvəlan, Xəzər r.
9 sot -
285 000Bugün, 12:34Satılır Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 100 m² 9/9 mərtəbə -
93 500Bugün, 12:34Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 60 m² 9/10 mərtəbə -
280 000Bugün, 12:33Satılır Həyət evi/villa
NZS, Xətai r.
3 otaqlı 200 m² -
400 000Bugün, 12:32Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Xətai r.
5 otaqlı 225 m² 13/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller