Zəlzələ binaların tikintisinə və qiymətinə də təsir göstərdi

Son vaxtlar Türkiyədə baş vermiş ardıcıl zəlzələlərdən sonra ölkəmizdə hündürmərtəbəli binaların tikintisinə nəzarət gücləndirilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bu məsələ ilə əlaqəli açıqlama verib.
Onun sözlərinə görə, insanların təşvişə düşməsinə əsas yoxdur, çünki Azərbaycanda inşa olunan çoxmənzilli binaların əksəriyyəti zəlzələyə kifayət qədər davamlıdır:
“Qardaş Türkiyədəki zəlzələdən sonra bir sıra fikirlər ortaya atılıb. Əlbəttə, bunlar psixoloji faktorlardan irəli gəlir. Sözsüz ki, Türkiyədə baş verən zəlzələ Azərbaycan mənzil bazarına təsir edir. Qısamüddətli dövrdə təsirlər davam edəcək.
Məlumat üçün bildirim ki, tikinti üzrə nəzarət artırılıb. Bu da başa düşüləndir. Azərbaycanda bir-iki binada konstruktiv elementlərin sonradan pozulması halları var. İstisna hallarını nəzərə almasaq, deyə bilərik ki, Azərbaycanda tikintilər möhkəmdir. Tikililərin möhkəm olmaması, yaxud yaşamaq üçün əlverişsiz olması ilə bağlı rəsmi qurumların rəy verməsi gözlənilmir. Yəqin ki, belə rəy verilməyəcək. Ölkədəki çoxmənzilli binaların böyük əksəriyyətinin təhlükəli olması ilə bağlı ortaya qoyulan fikirləri, mülahizələri doğru hesab etmirəm. Deyilənlər əsaslandırılmamış, konkret araşdırmaya, monitorinqə söykənməyən dezinformasiyalardır. İnsanları təşvişə salmağa ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycan bazarında yeni tendensiyaları izləyəcəyik”.
Ekspert zəlzələnin mənzil bazarına mənfi təsiri olması haqqında fikirlərə də münasibət bildirib.
“KİV-də və müxtəlif internet resurslarında daşınmaz əmlak bazarı ilə bağlı müəyyən proqnozlar verilir. Mənzillərin satışında problemlərin olduğu və ya olacağı deyilir. Eyni zamanda fikirlər yayılıb ki, guya fərdi yaşayış evlərinin qiymətləri artacaq, mənzillərin qiyməti isə əksinə kəskin azalacaq. Bildirim ki, belə hal yoxdur. Mənzillərin və fərdi yaşayış evlərinin qiymətində mövsümlə əlaqədar olaraq artım müşahidə olunur. Növbəti ayın ilk 10 günündə artımların hansı səviyyədə olduğunu açıqlamaq mümkün olacaq. Bu tendensiyanın Azərbaycanın əmlak bazarını çökdürəcəyi ilə bağlı fikirlərin doğru olmadığını düşünürəm”.
R.Osmanlı, həmçinin vurğulayıb ki, insanların zəlzələ qorxusundan hündürmərtəbəli binalardakı mənzillərini satışa çıxarması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Hazırda ipoteka kreditlərinin çox aktiv verildiyi dövrü yaşayırıq. Bu gün insanlar bazarda almağa mənzil tapmırlar. Satış həcmi məhduddur. Yarım milyonluq, bir milyonluq və daha bahalı mənzilləri olan insanların onu satmağa ehtiyacı yoxdur. Çünki bu insanların onsuz da fərdi yaşayış evləri, bağ evləri var. Müvəqqəti dövr üçün yaşamağa yerləri var. Blogerlər, sosial media istifadəçiləri çağırış edirlər ki, bina evlərində qalmayın. Bu tendensiya az da olsa, müşahidə olunur. Ancaq səsləndirilən fikirlər bütövlükdə əmlak bazarını əhatə etmir. Əksinə son 10 gün ərzində mənzil bazarında çox ciddi artım müşahidə edilməkdədir. Ayın sonunda aparılan təhlillər fevral ayı üzrə müəyyən qədər qiymət artımını söyləməyə imkan verəcək”.
Fed.Az
- 23.02.2023
- 569
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
1 700Bugün, 12:02Kirayə (aylıq) Yeni Tikili
Yasamal qəs., Yasamal r.
3 otaqlı 144 m² 7/27 mərtəbə -
275 000Bugün, 12:00Satılır Köhnə Tikili
Xətai m., Xətai r.
3 otaqlı 85 m² 3/4 mərtəbə -
73 000Bugün, 11:59Satılır Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 90 m² 4/16 mərtəbə -
42 000Bugün, 11:57Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 48 m² 2/5 mərtəbə -
745 000Bugün, 11:55Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 47 m² 17/18 mərtəbə -
400 000Bugün, 11:54Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 145 m² 7/12 mərtəbə -
155 000Bugün, 11:54Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 66 m² 9/9 mərtəbə -
215 000Bugün, 11:54Satılır Yeni Tikili
Yasamal r.
3 otaqlı 84 m² 3/12 mərtəbə -
475 000Bugün, 11:53Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
4 otaqlı 186 m² 17/13 mərtəbə -
1 200Bugün, 11:51Kirayə (aylıq) Köhnə Tikili
Səbail r.
3 otaqlı 100 m² 2/2 mərtəbə -
175 000Bugün, 11:50Satılır Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 65 m² 4/9 mərtəbə -
4 000Bugün, 11:48Kirayə (aylıq) Obyekt
Sabunçu qəs., Sabunçu r.
800 m² -
210 000Bugün, 11:47Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
3 otaqlı 70 m² 7/9 mərtəbə -
700Bugün, 11:45Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 80 m² 4/17 mərtəbə -
315 000Bugün, 11:40Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 98 m² 2/17 mərtəbə -
1 000Bugün, 11:39Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 70 m² 3/20 mərtəbə -
315 000Bugün, 11:39Satılır Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
4 otaqlı 120 m² 2/17 mərtəbə -
115 000Bugün, 11:36Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
4 otaqlı 100 m² -
1 130 000Bugün, 11:34Satılır Obyekt
Nərimanov r.
170 m² -
137 000Bugün, 11:31Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 66 m² 17/17 mərtəbə -
140 000Bugün, 11:31Satılır Həyət evi/villa
Elmlər akademiyası m., Badamdar qəs., Heydər Əliyev park , Səbail r.
3 otaqlı 90 m² -
212 000Bugün, 11:25Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 65 m² 17/17 mərtəbə -
168 000Bugün, 11:20Satılır Obyekt
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
50 m² -
500Bugün, 11:19Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
1 otaqlı 50 m² 8/9 mərtəbə -
136 000Bugün, 11:18Satılır Yeni Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 75 m² 2/7 mərtəbə -
800Bugün, 11:14Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nizami r.
2 otaqlı 80 m² 14/16 mərtəbə -
315 000Bugün, 11:07Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 98 m² 7/17 mərtəbə -
550Bugün, 11:05Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
125 000Bugün, 11:03Satılır Torpaq
Şüvəlan, Xəzər r.
5 sot -
1 900Bugün, 11:00Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 140 m² 4/7 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller