Zəlzələ binaların tikintisinə və qiymətinə də təsir göstərdi
Son vaxtlar Türkiyədə baş vermiş ardıcıl zəlzələlərdən sonra ölkəmizdə hündürmərtəbəli binaların tikintisinə nəzarət gücləndirilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bu məsələ ilə əlaqəli açıqlama verib.
Onun sözlərinə görə, insanların təşvişə düşməsinə əsas yoxdur, çünki Azərbaycanda inşa olunan çoxmənzilli binaların əksəriyyəti zəlzələyə kifayət qədər davamlıdır:
“Qardaş Türkiyədəki zəlzələdən sonra bir sıra fikirlər ortaya atılıb. Əlbəttə, bunlar psixoloji faktorlardan irəli gəlir. Sözsüz ki, Türkiyədə baş verən zəlzələ Azərbaycan mənzil bazarına təsir edir. Qısamüddətli dövrdə təsirlər davam edəcək.
Məlumat üçün bildirim ki, tikinti üzrə nəzarət artırılıb. Bu da başa düşüləndir. Azərbaycanda bir-iki binada konstruktiv elementlərin sonradan pozulması halları var. İstisna hallarını nəzərə almasaq, deyə bilərik ki, Azərbaycanda tikintilər möhkəmdir. Tikililərin möhkəm olmaması, yaxud yaşamaq üçün əlverişsiz olması ilə bağlı rəsmi qurumların rəy verməsi gözlənilmir. Yəqin ki, belə rəy verilməyəcək. Ölkədəki çoxmənzilli binaların böyük əksəriyyətinin təhlükəli olması ilə bağlı ortaya qoyulan fikirləri, mülahizələri doğru hesab etmirəm. Deyilənlər əsaslandırılmamış, konkret araşdırmaya, monitorinqə söykənməyən dezinformasiyalardır. İnsanları təşvişə salmağa ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycan bazarında yeni tendensiyaları izləyəcəyik”.
Ekspert zəlzələnin mənzil bazarına mənfi təsiri olması haqqında fikirlərə də münasibət bildirib.
“KİV-də və müxtəlif internet resurslarında daşınmaz əmlak bazarı ilə bağlı müəyyən proqnozlar verilir. Mənzillərin satışında problemlərin olduğu və ya olacağı deyilir. Eyni zamanda fikirlər yayılıb ki, guya fərdi yaşayış evlərinin qiymətləri artacaq, mənzillərin qiyməti isə əksinə kəskin azalacaq. Bildirim ki, belə hal yoxdur. Mənzillərin və fərdi yaşayış evlərinin qiymətində mövsümlə əlaqədar olaraq artım müşahidə olunur. Növbəti ayın ilk 10 günündə artımların hansı səviyyədə olduğunu açıqlamaq mümkün olacaq. Bu tendensiyanın Azərbaycanın əmlak bazarını çökdürəcəyi ilə bağlı fikirlərin doğru olmadığını düşünürəm”.
R.Osmanlı, həmçinin vurğulayıb ki, insanların zəlzələ qorxusundan hündürmərtəbəli binalardakı mənzillərini satışa çıxarması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Hazırda ipoteka kreditlərinin çox aktiv verildiyi dövrü yaşayırıq. Bu gün insanlar bazarda almağa mənzil tapmırlar. Satış həcmi məhduddur. Yarım milyonluq, bir milyonluq və daha bahalı mənzilləri olan insanların onu satmağa ehtiyacı yoxdur. Çünki bu insanların onsuz da fərdi yaşayış evləri, bağ evləri var. Müvəqqəti dövr üçün yaşamağa yerləri var. Blogerlər, sosial media istifadəçiləri çağırış edirlər ki, bina evlərində qalmayın. Bu tendensiya az da olsa, müşahidə olunur. Ancaq səsləndirilən fikirlər bütövlükdə əmlak bazarını əhatə etmir. Əksinə son 10 gün ərzində mənzil bazarında çox ciddi artım müşahidə edilməkdədir. Ayın sonunda aparılan təhlillər fevral ayı üzrə müəyyən qədər qiymət artımını söyləməyə imkan verəcək”.
Fed.Az
- 23.02.2023
- 568
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
2 000 000Dünən, 23:55Satılır Torpaq
Koroğlu m., Yeni Suraxanı qəs., Suraxanı r.
400 sot -
68 000Dünən, 23:54Satılır Torpaq
Novxanı, Abşeron r.
3.6 sot -
225 000Dünən, 23:45Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 1/9 mərtəbə -
55 000Dünən, 23:23Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 15/18 mərtəbə -
62 000Dünən, 23:20Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 38 m² 16/18 mərtəbə -
55 000Dünən, 23:05Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 15/18 mərtəbə -
62 000Dünən, 23:04Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 32 m² 16/18 mərtəbə -
7 500Dünən, 23:03Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
620 m² -
60Dünən, 22:44Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
3 otaqlı 135 m² -
600Dünən, 22:38Kirayə (aylıq) Obyekt
Hökməli, Abşeron r.
130 m² -
21 000Dünən, 22:35Satılır Həyət evi/villa
İçərişəhər m., Səbail r.
1 otaqlı 8 m² -
3 500Dünən, 22:15Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
6 otaqlı 250 m² -
470 000Dünən, 21:45Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
4 otaqlı 195 m² 10/18 mərtəbə -
335 000Dünən, 21:32Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
4 otaqlı 133 m² 3/11 mərtəbə -
90 000Dünən, 21:30Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 68 m² 2/5 mərtəbə -
720 000Dünən, 21:17Satılır Torpaq
İmişli ş.
15000 sot -
153 000Dünən, 21:09Satılır Yeni Tikili
Gənclik m., Ayna Sultanova heykəli, Nərimanov r.
2 otaqlı 65 m² 17/17 mərtəbə -
850Dünən, 21:07Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Böyükşor qəs., Bravo Koroğlu, Nərimanov r.
3 otaqlı 70 m² 4/16 mərtəbə -
600Dünən, 21:06Kirayə (aylıq) Köhnə Tikili
Yasamal r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
550Dünən, 20:40Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Səbail r.
2 otaqlı 55 m² 2/2 mərtəbə -
600Dünən, 20:32Kirayə (aylıq) Köhnə Tikili
Yasamal qəs., Baku Mall, Yasamal r.
2 otaqlı 50 m² 2/5 mərtəbə -
117 000Dünən, 19:54Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 30 m² 4/5 mərtəbə -
44 500Dünən, 19:51Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 55 m² -
259 000Dünən, 19:44Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
4 otaqlı 120 m² 6/9 mərtəbə -
344 000Dünən, 19:43Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 112 m² 8/15 mərtəbə -
2 996Dünən, 19:40Kirayə (aylıq) Obyekt
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
180 m² -
570 000Dünən, 19:40Satılır Obyekt
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
550 m² -
250 000Dünən, 19:25Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 90 m² 2/4 mərtəbə -
270 000Dünən, 19:22Satılır Yeni Tikili
Şərq Bazarı, Nərimanov r.
3 otaqlı 80 m² 15/12 mərtəbə -
270 000Dünən, 19:16Satılır Torpaq
Saray, Qafqaz Universiteti, Abşeron r.
51 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
