Zaur Mikayılov: “Bir çox yerlərdə məcburi köçürmələr olacaq”

Zaur Mikayılov: “Bir çox yerlərdə məcburi köçürmələr olacaq”

“Su təsərrüfatı sistemlərində mühafizə zonalarının təhlükəsizliyinin gücləndirilməsi və istismarın təkmilləşdirilməsi çox vacibdir. Bir az əvvəl qeyd etdiyimiz kimi, bir çox yerlərdə mühafizə zonalarında tikilmiş binaların, evlərin həm bizim sistemlərə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri var”.

Bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

“Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq.

Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması ilə əlaqədar Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla bəzi qaydalar artıq qüvvəyə minir. Bununla əlaqədar biz bəzi işləri də bu ayın sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik və bu da bizim işimizin daha da inkişaf etməsinə yol açacaq”, - Z.Mikayılov əlavə edib.

  • 14.01.2026
  • 54
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller