Yeddi-doqquz mərtəbəli binalar söküləcək? - Açıqlama

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər.
Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:
“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.
V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:
“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.
Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:
“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır:
“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.
E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil:
“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.
Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır:
“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
- 26.01.2024
- 2268
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
1 000 000Bugün, 20:52Satılır Torpaq
Qəbələ ş.
39 sot -
400Bugün, 20:46Kirayə (aylıq) Həyət evi/villa
İçərişəhər m., Bayıl qəs., Səbail r.
3 otaqlı 70 m² -
600Bugün, 20:45Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 50 m² 17/20 mərtəbə -
50Bugün, 20:24Kirayə (günlük) Yeni Tikili
28 May m., 28 Mall, Səbail r.
2 otaqlı 52 m² 3/5 mərtəbə -
650Bugün, 20:17Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
4 otaqlı 100 m² 4/9 mərtəbə -
3 600Bugün, 20:12Kirayə (aylıq) Obyekt
Xətai r.
250 m² -
2 200Bugün, 20:09Kirayə (aylıq) Obyekt
Gənclik m., Binəqədi r.
100 m² -
650Bugün, 20:02Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 50 m² 9/17 mərtəbə -
600Bugün, 19:55Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 65 m² 1/9 mərtəbə -
700Bugün, 19:54Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Azərbaycan kinoteatrı, Səbail r.
2 otaqlı 80 m² 5/5 mərtəbə -
55 000Bugün, 19:54Satılır Qaraj
Neftçilər m., 8-ci kilometr, Nizami r.
39.5 m² -
648Bugün, 19:46Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 48 m² 5/17 mərtəbə -
1 500Bugün, 19:42Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 198 m² 14/15 mərtəbə -
600Bugün, 19:28Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 58 m² 5/14 mərtəbə -
798Bugün, 19:18Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 5/15 mərtəbə -
108 000Bugün, 19:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 3/6 mərtəbə -
750Bugün, 18:58Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
3 otaqlı 67 m² 1/5 mərtəbə -
2 500Bugün, 18:55Kirayə (aylıq) Obyekt
Ağ şəhər, Xətai r.
145 m² -
6 500 000Bugün, 18:54Satılır Obyekt
Ağ şəhər, Xətai r.
485 m² -
3 000Bugün, 18:54Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
60 m² -
650 000Bugün, 18:52Satılır Yeni Tikili
Sahil m., Port Baku, Nəsimi r.
3 otaqlı 102 m² 6/20 mərtəbə -
790Bugün, 18:50Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 110 m² 1/16 mərtəbə -
290 000Bugün, 18:47Satılır Yeni Tikili
Nizami m., Yasamal r.
1 otaqlı 72 m² 10/16 mərtəbə -
1 700 000Bugün, 18:42Satılır Yeni Tikili
Xətai r.
3 otaqlı 155 m² 17/25 mərtəbə -
270 000Bugün, 18:41Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 60 m² 15/17 mərtəbə -
600Bugün, 18:39Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 55 m² 4/4 mərtəbə -
180 000Bugün, 18:36Satılır Köhnə Tikili
Nəsimi r.
4 otaqlı 70 m² 5/9 mərtəbə -
900Bugün, 18:32Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 80 m² 13/16 mərtəbə -
357 000Bugün, 18:31Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 68 m² 12/20 mərtəbə -
450Bugün, 18:22Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
1 otaqlı 30 m² 1/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller