Yeddi-doqquz mərtəbəli binalar söküləcək? - Açıqlama
Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər.
Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:
“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.
V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:
“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.
Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:
“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır:
“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.
E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil:
“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.
Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır:
“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
- 26.01.2024
- 2265
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
70 000Bugün, 00:17Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 40 m² 4/8 mərtəbə -
120 000Bugün, 00:16Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 180 m² -
160Dünən, 23:58Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi m., Kubinka, Nəsimi r.
3 otaqlı 75 m² 2/5 mərtəbə -
620Dünən, 23:35Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 80 m² 9/20 mərtəbə -
155 000Dünən, 23:32Satılır Həyət evi/villa
Yeni Ramana, Sabunçu r.
6 otaqlı 180 m² -
2 500Dünən, 22:56Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
110 m² -
120 000Dünən, 22:52Satılır Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 50 m² 3/4 mərtəbə -
70 000Dünən, 22:17Satılır Həyət evi/villa
Hökməli, Abşeron r.
7 otaqlı 120 m² -
150Dünən, 21:52Kirayə (günlük) Bağ evi
Qala, Xəzər r.
3 otaqlı 2 sot -
650Dünən, 21:34Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
3 otaqlı 50 m² 2/5 mərtəbə -
10 000Dünən, 20:47Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Nəsimi r.
390 m² -
239 000Dünən, 20:37Satılır Obyekt
İçərişəhər m., Gənclik Mall, Səbail r.
65 m² -
105 000Dünən, 20:34Satılır Obyekt
9-cu mikrorayon, Binəqədi r.
40 m² -
600Dünən, 20:25Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 60 m² 4/9 mərtəbə -
105 000Dünən, 20:20Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 86 m² 5/6 mərtəbə -
1 800Dünən, 20:19Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
80 m² -
1 600Dünən, 20:17Kirayə (aylıq) Yeni Tikili
Türkiyə səfirliyi, Nəsimi r.
4 otaqlı 160 m² 6/16 mərtəbə -
700Dünən, 20:05Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 56 m² 9/20 mərtəbə -
700Dünən, 20:00Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 66 m² 7/20 mərtəbə -
5 000Dünən, 19:57Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
280 m² -
800Dünən, 19:51Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 100 m² 3/15 mərtəbə -
700Dünən, 19:47Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 57 m² 6/19 mərtəbə -
3 000Dünən, 19:45Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi r.
200 m² -
650Dünən, 19:43Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 53 m² 10/20 mərtəbə -
27 500Dünən, 19:38Satılır Yeni Tikili
Saray, Abşeron r.
3 otaqlı 68 m² 14/14 mərtəbə -
142 000Dünən, 19:31Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 90 m² 2/7 mərtəbə -
700Dünən, 19:30Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 59 m² 11/20 mərtəbə -
800Dünən, 19:22Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 15/20 mərtəbə -
800Dünən, 19:19Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 55 m² 18/20 mərtəbə -
380Dünən, 19:18Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 11/11 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller