Yeddi-doqquz mərtəbəli binalar söküləcək? - Açıqlama

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər.
Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:
“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.
V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:
“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.
Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:
“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır:
“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.
E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil:
“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.
Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır:
“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
- 26.01.2024
- 2348
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Bugün, 20:16Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
40 m² -
600Bugün, 20:13Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 7-ci mikrorayon, Şahənşah saray, Binəqədi r.
3 otaqlı 68 m² 2/5 mərtəbə -
400Bugün, 20:04Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
1 otaqlı 25 m² -
125 000Bugün, 19:57Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 70 m² 2/8 mərtəbə -
14 000Bugün, 19:55Satılır Torpaq
Binə qəs., Xəzər r.
4 sot -
550Bugün, 19:54Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 64 m² 10/11 mərtəbə -
195 000Bugün, 19:51Satılır Yeni Tikili
20 Yanvar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 106 m² 3/16 mərtəbə -
2 000Bugün, 19:50Kirayə (aylıq) Bağ evi
Novxanı, Abşeron r.
4 otaqlı 16 sot -
500Bugün, 19:49Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 4/11 mərtəbə -
500Bugün, 19:48Kirayə (aylıq) Obyekt
Saray, Gənclik Mall, Abşeron r.
50 m² -
1 700Bugün, 19:46Kirayə (aylıq) Obyekt
Nərimanov r.
60 m² -
175 000Bugün, 19:46Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 82 m² 10/11 mərtəbə -
515 000Bugün, 19:38Satılır Yeni Tikili
Koala parkı, Nəsimi r.
3 otaqlı 125 m² 7/17 mərtəbə -
1 150Bugün, 19:15Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 130 m² 15/17 mərtəbə -
2 300 000Bugün, 19:08Satılır Obyekt
Məhəmmədli, Abşeron r.
1420 m² -
1 200Bugün, 19:06Kirayə (aylıq) Ofis
İçərişəhər m., Beşmərtəbə, Səbail r.
4 otaqlı 100 m² -
254 996Bugün, 19:00Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 65 m² 5/9 mərtəbə -
690 000Bugün, 18:54Satılır Obyekt
Memar Əcəmi m., Nəsimi r.
350 m² -
228 000Bugün, 18:53Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 74 m² 13/16 mərtəbə -
110 000Bugün, 18:51Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 72 m² 1/6 mərtəbə -
90 000Bugün, 18:49Satılır Həyət evi/villa
Sumqayıt ş.
6 otaqlı 240 m² -
75 000Bugün, 18:49Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 80 m² -
188 000Bugün, 18:47Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 80 m² 15/19 mərtəbə -
300Bugün, 18:46Kirayə (aylıq) Həyət evi/villa
Abşeron r.
1 otaqlı 30 m² -
750Bugün, 18:45Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 75 m² 4/12 mərtəbə -
115 000Bugün, 18:44Satılır Yeni Tikili
Abşeron r.
2 otaqlı 45 m² 5/16 mərtəbə -
570Bugün, 18:39Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 60 m² 4/17 mərtəbə -
178 000Bugün, 18:37Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 48 m² 3/5 mərtəbə -
7 500Bugün, 18:36Kirayə (aylıq) Həyət evi/villa
Novxanı, Abşeron r.
9 otaqlı 2000 m² -
257 000Bugün, 18:35Satılır Yeni Tikili
20 Yanvar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 117 m² 11/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller