Yaxın 10 il ərzində bu yerlərdə torpaq tapılmayacaq: Bakının ən ideal əraziləri - ADLAR

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu, uzun illərdir, ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb. Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı ərazisi ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
"İsətər həyət evi olsun, istərsə də bina evi əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsəl üçün Xırdalan ərazisi 5 il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək günün pik vaxtlarında 2 saatdan uzun çəkir. İndi həmin əraziyə yaxın duran yoxdur. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar".
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir. Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibidirsə, həmin yerlər qiymət baxımından da baha olur: "Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaranda Ləiş bağları, Türkan, Mehdiabad qəsəbəsi və Abşeron şəhərinin bir çox ərazisində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır".
Elnur Azadov əlavə edib ki, ötən ilin oktyabr ayının 1-də paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı ilə bağlı yeni qərar qəbul olundu. Sənədsiz evlərlə bağlı qəbul olunan bu dəyişiklik birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq və bu məsələ hazırda özünü doğruldub. Keçən ilə nisbətən bu ildən ölkənin daşınmaz əmlak bazarında başlayan artım hələ də davam edir və bir neçə ay beləcə davam edəcək.
- 28.02.2024
- 330
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
250Bugün, 09:32Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
5 otaqlı -
400Bugün, 09:29Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
5 otaqlı -
200Bugün, 09:26Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
5 otaqlı -
150Bugün, 09:22Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Dalğa Plaza, Nizami r.
1 otaqlı 35 m² 4/5 mərtəbə -
700Bugün, 09:12Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 65 m² -
138 000Bugün, 08:36Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 200 m² -
700Bugün, 08:27Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 90 m² 4/5 mərtəbə -
100Bugün, 04:30Kirayə (aylıq) Həyət evi/villa
Bayıl qəs., Səbail r.
3 otaqlı 60 m² -
3 000Bugün, 01:48Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
9 otaqlı 300 m² -
400Bugün, 01:22Kirayə (aylıq) Köhnə Tikili
Xutor qəsəbəsi, Binəqədi r.
2 otaqlı 50 m² 3/3 mərtəbə -
450 000Bugün, 01:02Satılır Həyət evi/villa
Qala, Aviasiya Akademiyası Universiteti, Xəzər r.
6 otaqlı 172 m² -
1 000Bugün, 00:36Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Absheron Marriott otel, Nərimanov r.
2 otaqlı 65 m² 9/16 mərtəbə -
5 000Bugün, 00:20Satılır Torpaq
Qusar ş.
20 sot -
151 000Bugün, 00:15Satılır Yeni Tikili
Bülbülə qəs., Suraxanı r.
2 otaqlı 92 m² 4/8 mərtəbə -
126 000Bugün, 00:14Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 60 m² 8/9 mərtəbə -
15 000Dünən, 23:47Satılır Qaraj
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
20 m² -
34 000Dünən, 23:38Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 81 m² 1/14 mərtəbə -
125 000Dünən, 23:36Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., ADA universiteti, Yasamal r.
1 otaqlı 44 m² 8/9 mərtəbə -
195 000Dünən, 23:27Satılır Həyət evi/villa
Xırdalan ş.
6 otaqlı 200 m² -
82 000Dünən, 23:22Satılır Həyət evi/villa
Fatmayi, Abşeron r.
5 otaqlı 260 m² -
500Dünən, 23:20Kirayə (aylıq) Həyət evi/villa
Ağ şəhər, Xətai r.
3 otaqlı 100 m² -
600Dünən, 22:58Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi qəs., Banu Çiçək ş/s, Binəqədi r.
185 m² -
155 000Dünən, 22:46Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 73 m² 2/11 mərtəbə -
850Dünən, 22:28Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 65 m² 2/16 mərtəbə -
360 000Dünən, 22:08Satılır Torpaq
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
6 sot -
699Dünən, 22:02Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
1 otaqlı 62 m² 6/15 mərtəbə -
675 000Dünən, 22:01Satılır Obyekt
Binəqədi r.
250 m² -
750 000Dünən, 22:01Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
5 otaqlı 270 m² 7/17 mərtəbə -
460 000Dünən, 22:01Satılır Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
4 otaqlı 184 m² 12/17 mərtəbə -
360 000Dünən, 21:50Satılır Torpaq
Neftçilər m., 8-ci kilometr, Nizami r.
6 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
