Yaxın 10 il ərzində bu yerlərdə torpaq tapılmayacaq: Bakının ən ideal əraziləri - ADLAR

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu, uzun illərdir, ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb. Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı ərazisi ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:
"İsətər həyət evi olsun, istərsə də bina evi əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsəl üçün Xırdalan ərazisi 5 il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək günün pik vaxtlarında 2 saatdan uzun çəkir. İndi həmin əraziyə yaxın duran yoxdur. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar".
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir. Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibidirsə, həmin yerlər qiymət baxımından da baha olur: "Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.
Hazırda Nardaranda Ləiş bağları, Türkan, Mehdiabad qəsəbəsi və Abşeron şəhərinin bir çox ərazisində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır".
Elnur Azadov əlavə edib ki, ötən ilin oktyabr ayının 1-də paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı ilə bağlı yeni qərar qəbul olundu. Sənədsiz evlərlə bağlı qəbul olunan bu dəyişiklik birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq və bu məsələ hazırda özünü doğruldub. Keçən ilə nisbətən bu ildən ölkənin daşınmaz əmlak bazarında başlayan artım hələ də davam edir və bir neçə ay beləcə davam edəcək.
- 28.02.2024
- 324
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
2 000Bugün, 11:36Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
15 m² -
144 000Bugün, 11:34Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
2 otaqlı 80 m² 6/11 mərtəbə -
80 000Bugün, 11:32Satılır Həyət evi/villa
Dübəndi, Xəzər r.
5 otaqlı 160 m² -
600Bugün, 11:31Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 75 m² 4/9 mərtəbə -
550Bugün, 11:25Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 65 m² 7/9 mərtəbə -
130 000Bugün, 11:24Satılır Yeni Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 75 m² 5/9 mərtəbə -
200 000Bugün, 11:22Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 5/9 mərtəbə -
600Bugün, 11:20Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 60 m² 6/9 mərtəbə -
550Bugün, 11:19Kirayə (aylıq) Həyət evi/villa
20-ci sahə, Səbail r.
3 otaqlı 65 m² -
599Bugün, 11:19Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 80 m² 16/18 mərtəbə -
65 000Bugün, 11:18Satılır Yeni Tikili
Yasamal r.
2 otaqlı 72 m² 16/16 mərtəbə -
650 000Bugün, 11:18Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
7 otaqlı 500 m² -
74 000Bugün, 11:15Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 6/6 mərtəbə -
286 000Bugün, 11:13Satılır Yeni Tikili
8 Noyabr m., Yasamal r.
2 otaqlı 106 m² 12/27 mərtəbə -
750Bugün, 11:12Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 42 m² 8/19 mərtəbə -
600Bugün, 11:11Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 65 m² 6/9 mərtəbə -
370Bugün, 11:09Kirayə (aylıq) Obyekt
Neftçilər m., 8-ci kilometr, Nizami r.
35 m² -
89 900Bugün, 11:06Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 108 m² 15/18 mərtəbə -
70 000Bugün, 11:04Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 54.1 m² 6/6 mərtəbə -
800Bugün, 11:01Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 70 m² 15/18 mərtəbə -
165 000Bugün, 11:00Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 56 m² 17/17 mərtəbə -
155 000Bugün, 10:57Satılır Həyət evi/villa
Goradil, Abşeron r.
4 otaqlı 200 m² -
279 000Bugün, 10:57Satılır Yeni Tikili
20 Yanvar m., 3-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 92 m² 9/14 mərtəbə -
182 000Bugün, 10:52Satılır Köhnə Tikili
Əhmədli m., kənd Əhmədli, Xətai r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
185 000Bugün, 10:51Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 70 m² 5/9 mərtəbə -
330 000Bugün, 10:42Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 96 m² 4/8 mərtəbə -
124 500Bugün, 10:38Satılır Köhnə Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 75 m² 1/5 mərtəbə -
35 000Bugün, 10:35Satılır Obyekt
Lökbatan qəs., Qaradağ r.
16 m² -
601Bugün, 10:30Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 58 m² 6/9 mərtəbə -
24 999Bugün, 10:25Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 130 m² 5/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

