Türkiyədə zəlzələdə dağılan binalar doğrudanmı standarta uyğun tikilib?

Türkiyədə baş verən son zəlzələlər zamanı bir çox binanın dağılmasına əsas səbəb kimi ölkədə tikinti qaydalarına ciddi əməl olunmaması göstərilir və bu, insanların qəzəbini getdikcə artırır.
Arenda.az FED.az-a istinadən xəbər verir ki, "BBC New Azərbaycanca" son təbii fəlakət nəticəsində təzə tikilən binalarda baş vermiş dağıntı nümunələrini araşdırıb.
Malatyada olan bir binanın (aşağıdakı şəkildə) tikintisi ötən il tamamlanıb və sosial mediada yayılan binanın reklamında tikilinin “zəlzələyə davamlılıqla bağlı son qaydalara uyğun inşa edildiyi” deyilir.
Reklam mətnində həmçinin tikinti zamanı “ən yüksək keyfiyyətli materiallardan istifadə edildiyi” qeyd olunub.
Hazırda bu reklamın onlayn resurslarda nümunəsi qalmasa da, bəzi insanlar həmin binanın şəkil və videolarını çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Reklamda göstərilən binanın parametrləri tikinti şirkətinin veb saytındakı bina ilə üst-üstə düşür.
Liman şəhəri sayılan İskenderunda yeni tikilən başqa bir binanın tamamilə dağıldığını göstərən şəkillər də var.
Bu binanı inşa edən tikinti şirkəti binanın 2019-cu ildə təhvil verildiyini göstərən şəkil paylaşıb.
BBC dağılan binanın (sağda) şirkət tərəfindən çəkilən binanın (solda) ərazisinə uyğun gəldiyini təsdiqləyib.
Bununla bağlı şərh almaq üçün tikinti şirkəti ilə əlaqə saxlasaq da, hələlik cavab almaq mümkün olmayıb.
Seysmoloji Xidmətin rəhbəri: "Tikinti şirkətlərini və məsul şəxsləri - BAŞA SALA BİLMİRƏM"
Antakyada yerləşən və açılışı 2019-cu ildə reallaşan digər bir binanın da tamamilə dağıldığını göstərən şəklin gerçək olduğu BBC tərəfindən təsdiqlənib.
Biz 2019-cu ilin noyabrında açılış mərasimi keçirilən həmin yaşayış kompleksinin videosunu tapdıq və həmin görüntülərdə tikinti şirkətinin sahibi bildirir ki, “The Guclu Bahce City layihəsi həm ərazi, həm də tikinti keyfiyyətinə görə digərlərindən xüsusilə fərqlənir”.

Zəlzələnin güclü olduğuna baxmayaraq, ekspertlər hesab edir ki, binalar qanunauyğun şəkildə inşa edilsəydi, dağılmazdı.
“Bu zəlzələnin maksimum gücü dağıdıcı xarakterdə olsa da, yaxşı inşa edilmiş binanı yxmaq əzmində deyil”, - College London universitetinin fövqəladə halların planlaşdırlması və idarəsi üzrə professoru David Alexander bildirib.
“Bir çox yerlərdə təkanların səviyyəsi zəlzələnin maksimum həddindən (7.7) aşağı olub. Beləliklə, minlərlə binanın dağılmasından çıxaracağımız nəticə budur ki, həmin tikililərin demək olar, heç biri tikinti məcəlləsinin tələblərinə uyğun inşa edilməyib”, - professor əlavə edib.
Tikinti qaydalarına əməl olunmaması
2018-ci ildə yaşanan fəlakətlərdən sonra Türkiyədə tikinti qaydaları sərtləşdirilib.
Daha ciddi təhlükəsizlik standartları ilk dəfə 1999-cu ildə ölkənin şimal-qərbində yerləşən İzmit şəhərində 17 min insanın həyatına son qoyan zəlzələdən sonra qəbul edilib.
Sonuncu qaydalar zəlzələyə meyilli ərazilərdə aparılan tikinti işləri zamanı yüksək keyfiyyətli armaturlardan istifadəni tələb edir. Bundan əlavə, həmin qaydalarda zəlzələnin yaratdığı təsirin sütun və dirəklər arasında bərabər bölünməsi üçün də zəruri tədbirlərin görülməli olduğu vurğulanıb.
Lakin tikinti zamanı bu qaydalara az əməl edilib.
“Problemin bir hissəsi ondan ibarətdir ki, mövcud binaların zəlzələyə dayanıqlığı işi zəif aparılıb və tikinti standartlarına da demək olar ki məhəl qoyulmayıb”, - Professor Alexander qeyd edib.
Zəlzələyə meyilli ərazidə yerləşən digər ölkə - Yaponiyada tikinti qaydaları olduqca sərtdir. Tikinti təhlükəsizliyi ilə bağlı tələblər tikilən binanın istifadə məqsədlərindən və zəlzələ riski yüksək olan əraziyə yaxınlığı baxımından fərqlənir.
İndi Seysmoloji Xidmət Mərkəzinə müraciətlər almırıq - Xidmət Rəhbəri
Niyə qaydalara ciddi əməl olunmayıb?
Hökumət periodik olaraq təhlükəsizlik sertifikatı almadan inşa edilən tikililərə hüquqi istisnalar olmaqla müəyyən ödəniş müqabilində “tikinti amnistiyası” tətbiq edib və bu qayda 1960-cı ildən bəri (sonuncu dəfə 2018-ci ildə) tətbiq olunub.
Tənqidçilər dəfələrlə xəbərdarlıq edib ki, bu cür amnistiyalar zəlzələ kimi təbii fəlakətlər zamanı böyük risk yaradır.
Türk Mühəndislər Palataları Birliyi və Şəhər Planlanması üzrə Memarlar Palatasının İstanbul nümayəndəliyinin rəhbəri Pelin Pınar Giritlioğlu hesab edir ki, Türkiyənin cənubunda zəlzələdən ziyan görən ərazilərdə 75 minə yaxın bina tikinti amnistiyası almış binalardır.
Sonuncu fəlakətdən sadəcə bir neçə gün əvvəl Türkiyə mediası yazıb ki, mövcud tikinti işlərinə daha çox amnistiya tətbiq etmək məqsədilə hazırlanan yeni qanun layihəsi parlamentə təqdim olunub.
Geologiya üzrə mütəxəssis Celal Şengör ilin əvvəlində verdiyi açıqlamasında deyib ki, ölkənin tektonik ərazilərində bu cür tikinti amnistyiyalarını tətbiq etmək “cinayət” sayılmalıdır.
2020-ci ildə İzmir əyalətinin qərbində baş verən ölümcül zəlzələdən sonra BBC Tükrcə xidmətinin hazırladığı hesabatda göstərilir ki, İzmirdəki binaların 672 mini sonuncu amnistiyadan yararlanaraq inşa edilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə istinadən hazırlanan həmin hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Türkiyədə tikilən binaların 50 faizi və ya təxminən 13 milyon bina tikinti qaydalarının pozulması şəraitində inşa edilib.
Sonuncu zəlzələdən sonra nazirliklə əlaqə saxladıq və oradan bildirildi ki, “bizim qurum tərəfindən tikilən heç bir bina dağılmayıb. Zərərin qiymətləndirilməsi ilə bağlı araşdırmalar sürətlə davam edir”.
- 10.02.2023
- 3503
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Dünən, 15:00Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 30 m² -
450Bugün, 07:57Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 55 m² 1/5 mərtəbə -
250Bugün, 07:57Kirayə (aylıq) Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 26 m² -
200Bugün, 07:54Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
6 otaqlı -
700Bugün, 07:52Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Bravo Əhmədli, Xətai r.
50 m² -
135 000Bugün, 07:50Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 85 m² 2/16 mərtəbə -
550 000Bugün, 07:49Satılır Yeni Tikili
Papanin, Nəsimi r.
3 otaqlı 150 m² 5/14 mərtəbə -
2 250 000Bugün, 07:33Satılır Obyekt
20 Yanvar m., Alatava, Yasamal r.
464 m² -
82 000Bugün, 07:33Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 5/11 mərtəbə -
155 000Bugün, 07:29Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 2/7 mərtəbə -
142 000Bugün, 07:28Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 110 m² 10/14 mərtəbə -
137 000Bugün, 07:28Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 83 m² 2/9 mərtəbə -
145 000Bugün, 07:27Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 93 m² 2/16 mərtəbə -
150 000Bugün, 07:27Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 1/17 mərtəbə -
165 000Bugün, 07:26Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 7/16 mərtəbə -
170 000Bugün, 07:26Satılır Həyət evi/villa
Xırdalan ş.
6 otaqlı 200 m² -
116 000Bugün, 07:26Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 63 m² 4/8 mərtəbə -
80 000Bugün, 07:25Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 110 m² -
82 000Bugün, 07:25Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 57 m² 4/8 mərtəbə -
73 000Bugün, 07:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 54 m² 3/5 mərtəbə -
82 500Bugün, 07:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 8/9 mərtəbə -
700Bugün, 07:21Kirayə (aylıq) Obyekt
8-ci mikrorayon, Binəqədi r.
28 m² -
600Bugün, 07:18Kirayə (aylıq) Həyət evi/villa
28 Mall, Nərimanov r.
4 otaqlı 80 m² -
32 000Bugün, 07:17Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 72 m² 3/16 mərtəbə -
1 000Bugün, 07:17Kirayə (aylıq) Obyekt
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
80 m² -
1 200Bugün, 07:12Kirayə (aylıq) Obyekt
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
200 m² -
130 000Bugün, 07:10Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 45 m² 2/5 mərtəbə -
95 000Bugün, 07:10Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 75 m² 3/11 mərtəbə -
7 000Bugün, 07:09Satılır Torpaq
Yaşma bağları r., Sumqayıt ş.
6 sot -
340Bugün, 00:52Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Ayna Sultanova heykəli, Binəqədi r.
1 otaqlı 25 m² 5/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
