Türkiyədə zəlzələdə dağılan binalar doğrudanmı standarta uyğun tikilib?

Türkiyədə baş verən son zəlzələlər zamanı bir çox binanın dağılmasına əsas səbəb kimi ölkədə tikinti qaydalarına ciddi əməl olunmaması göstərilir və bu, insanların qəzəbini getdikcə artırır.
Arenda.az FED.az-a istinadən xəbər verir ki, "BBC New Azərbaycanca" son təbii fəlakət nəticəsində təzə tikilən binalarda baş vermiş dağıntı nümunələrini araşdırıb.
Malatyada olan bir binanın (aşağıdakı şəkildə) tikintisi ötən il tamamlanıb və sosial mediada yayılan binanın reklamında tikilinin “zəlzələyə davamlılıqla bağlı son qaydalara uyğun inşa edildiyi” deyilir.
Reklam mətnində həmçinin tikinti zamanı “ən yüksək keyfiyyətli materiallardan istifadə edildiyi” qeyd olunub.
Hazırda bu reklamın onlayn resurslarda nümunəsi qalmasa da, bəzi insanlar həmin binanın şəkil və videolarını çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Reklamda göstərilən binanın parametrləri tikinti şirkətinin veb saytındakı bina ilə üst-üstə düşür.
Liman şəhəri sayılan İskenderunda yeni tikilən başqa bir binanın tamamilə dağıldığını göstərən şəkillər də var.
Bu binanı inşa edən tikinti şirkəti binanın 2019-cu ildə təhvil verildiyini göstərən şəkil paylaşıb.
BBC dağılan binanın (sağda) şirkət tərəfindən çəkilən binanın (solda) ərazisinə uyğun gəldiyini təsdiqləyib.
Bununla bağlı şərh almaq üçün tikinti şirkəti ilə əlaqə saxlasaq da, hələlik cavab almaq mümkün olmayıb.
Seysmoloji Xidmətin rəhbəri: "Tikinti şirkətlərini və məsul şəxsləri - BAŞA SALA BİLMİRƏM"
Antakyada yerləşən və açılışı 2019-cu ildə reallaşan digər bir binanın da tamamilə dağıldığını göstərən şəklin gerçək olduğu BBC tərəfindən təsdiqlənib.
Biz 2019-cu ilin noyabrında açılış mərasimi keçirilən həmin yaşayış kompleksinin videosunu tapdıq və həmin görüntülərdə tikinti şirkətinin sahibi bildirir ki, “The Guclu Bahce City layihəsi həm ərazi, həm də tikinti keyfiyyətinə görə digərlərindən xüsusilə fərqlənir”.

Zəlzələnin güclü olduğuna baxmayaraq, ekspertlər hesab edir ki, binalar qanunauyğun şəkildə inşa edilsəydi, dağılmazdı.
“Bu zəlzələnin maksimum gücü dağıdıcı xarakterdə olsa da, yaxşı inşa edilmiş binanı yxmaq əzmində deyil”, - College London universitetinin fövqəladə halların planlaşdırlması və idarəsi üzrə professoru David Alexander bildirib.
“Bir çox yerlərdə təkanların səviyyəsi zəlzələnin maksimum həddindən (7.7) aşağı olub. Beləliklə, minlərlə binanın dağılmasından çıxaracağımız nəticə budur ki, həmin tikililərin demək olar, heç biri tikinti məcəlləsinin tələblərinə uyğun inşa edilməyib”, - professor əlavə edib.
Tikinti qaydalarına əməl olunmaması
2018-ci ildə yaşanan fəlakətlərdən sonra Türkiyədə tikinti qaydaları sərtləşdirilib.
Daha ciddi təhlükəsizlik standartları ilk dəfə 1999-cu ildə ölkənin şimal-qərbində yerləşən İzmit şəhərində 17 min insanın həyatına son qoyan zəlzələdən sonra qəbul edilib.
Sonuncu qaydalar zəlzələyə meyilli ərazilərdə aparılan tikinti işləri zamanı yüksək keyfiyyətli armaturlardan istifadəni tələb edir. Bundan əlavə, həmin qaydalarda zəlzələnin yaratdığı təsirin sütun və dirəklər arasında bərabər bölünməsi üçün də zəruri tədbirlərin görülməli olduğu vurğulanıb.
Lakin tikinti zamanı bu qaydalara az əməl edilib.
“Problemin bir hissəsi ondan ibarətdir ki, mövcud binaların zəlzələyə dayanıqlığı işi zəif aparılıb və tikinti standartlarına da demək olar ki məhəl qoyulmayıb”, - Professor Alexander qeyd edib.
Zəlzələyə meyilli ərazidə yerləşən digər ölkə - Yaponiyada tikinti qaydaları olduqca sərtdir. Tikinti təhlükəsizliyi ilə bağlı tələblər tikilən binanın istifadə məqsədlərindən və zəlzələ riski yüksək olan əraziyə yaxınlığı baxımından fərqlənir.
İndi Seysmoloji Xidmət Mərkəzinə müraciətlər almırıq - Xidmət Rəhbəri
Niyə qaydalara ciddi əməl olunmayıb?
Hökumət periodik olaraq təhlükəsizlik sertifikatı almadan inşa edilən tikililərə hüquqi istisnalar olmaqla müəyyən ödəniş müqabilində “tikinti amnistiyası” tətbiq edib və bu qayda 1960-cı ildən bəri (sonuncu dəfə 2018-ci ildə) tətbiq olunub.
Tənqidçilər dəfələrlə xəbərdarlıq edib ki, bu cür amnistiyalar zəlzələ kimi təbii fəlakətlər zamanı böyük risk yaradır.
Türk Mühəndislər Palataları Birliyi və Şəhər Planlanması üzrə Memarlar Palatasının İstanbul nümayəndəliyinin rəhbəri Pelin Pınar Giritlioğlu hesab edir ki, Türkiyənin cənubunda zəlzələdən ziyan görən ərazilərdə 75 minə yaxın bina tikinti amnistiyası almış binalardır.
Sonuncu fəlakətdən sadəcə bir neçə gün əvvəl Türkiyə mediası yazıb ki, mövcud tikinti işlərinə daha çox amnistiya tətbiq etmək məqsədilə hazırlanan yeni qanun layihəsi parlamentə təqdim olunub.
Geologiya üzrə mütəxəssis Celal Şengör ilin əvvəlində verdiyi açıqlamasında deyib ki, ölkənin tektonik ərazilərində bu cür tikinti amnistyiyalarını tətbiq etmək “cinayət” sayılmalıdır.
2020-ci ildə İzmir əyalətinin qərbində baş verən ölümcül zəlzələdən sonra BBC Tükrcə xidmətinin hazırladığı hesabatda göstərilir ki, İzmirdəki binaların 672 mini sonuncu amnistiyadan yararlanaraq inşa edilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə istinadən hazırlanan həmin hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Türkiyədə tikilən binaların 50 faizi və ya təxminən 13 milyon bina tikinti qaydalarının pozulması şəraitində inşa edilib.
Sonuncu zəlzələdən sonra nazirliklə əlaqə saxladıq və oradan bildirildi ki, “bizim qurum tərəfindən tikilən heç bir bina dağılmayıb. Zərərin qiymətləndirilməsi ilə bağlı araşdırmalar sürətlə davam edir”.
- 10.02.2023
- 3501
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Bugün, 15:00Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 30 m² -
78 000Bugün, 21:04Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 84 m² 2/15 mərtəbə -
68 000Bugün, 20:47Satılır Köhnə Tikili
Gəncə ş.
3 otaqlı 60 m² 4/4 mərtəbə -
350Bugün, 20:38Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
2 otaqlı 25 m² -
79 000Bugün, 20:37Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 68 m² 18/18 mərtəbə -
70Bugün, 20:33Kirayə (günlük) Bağ evi
Qusar ş.
3 otaqlı 300 sot -
167 000Bugün, 20:32Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 80 m² 2/9 mərtəbə -
98 000Bugün, 20:31Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 72 m² 5/8 mərtəbə -
186 000Bugün, 20:31Satılır Köhnə Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 65 m² 2/4 mərtəbə -
450Bugün, 20:30Kirayə (aylıq) Köhnə Tikili
Zabrat qəs., Sabunçu r.
3 otaqlı 62 m² 8/9 mərtəbə -
76 500Bugün, 20:30Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 70 m² 4/8 mərtəbə -
1 000Bugün, 20:29Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 70 m² 10/20 mərtəbə -
125 000Bugün, 20:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 82 m² 5/11 mərtəbə -
155 000Bugün, 20:29Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
5 otaqlı 200 m² -
89 000Bugün, 20:27Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 11/14 mərtəbə -
5 000Bugün, 20:26Kirayə (aylıq) Obyekt
Xətai r.
30 m² -
800Bugün, 20:26Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
2 otaqlı 93 m² 9/16 mərtəbə -
80 000Bugün, 20:26Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 16/18 mərtəbə -
63 000Bugün, 20:25Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 5/6 mərtəbə -
1 700Bugün, 20:25Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 100 m² 8/8 mərtəbə -
800Bugün, 20:24Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 80 m² 5/5 mərtəbə -
1 695Bugün, 20:23Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 60 m² -
338 000Bugün, 20:23Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 68 m² 12/17 mərtəbə -
1 200Bugün, 20:23Kirayə (aylıq) Obyekt
Nərimanov r.
144 m² -
1 500Bugün, 20:22Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 160 m² 8/20 mərtəbə -
600Bugün, 20:22Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 75 m² 3/9 mərtəbə -
70Bugün, 20:22Kirayə (günlük) Həyət evi/villa
Lerik ş.
3 otaqlı -
1 400Bugün, 18:53Kirayə (aylıq) Yeni Tikili
28 May m., Azərbaycan Dillər Universiteti, Nəsimi r.
5 otaqlı 200 m² 5/18 mərtəbə -
1 700Bugün, 18:47Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
3 otaqlı 100 m² 8/8 mərtəbə -
745Bugün, 18:33Kirayə (aylıq) Ofis
Nərimanov r.
3 otaqlı 70 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

