Tikinti obyektləriylə əlaqədar su təchizatı və kanalizasiya sisteminə dair şərtlər müəyyənləşir
Tikinti obyektləriylə əlaqədar su təchizatı sisteminin genişləndirilməsinə dair şərtlər müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, su təchizatı sistemi olmayan ərazilərdə yerləşən obyektlərin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı sisteminin genişləndirilməsi və obyektlərin qoşulması işləri bu barədə müraciət etmiş orqan və ya obyekt sahibi hesabına aparılır. Mövcud su təchizatı sisteminin genişləndirilməsinin (magistral su kəmərləri də daxil olmaqla) dəyəri istehlakçılardan alınacaq ödənişlərin miqdarından artıq olduqda su təchizatı müəssisələri müraciət edənlərdən su təchizatı sisteminin genişləndirilməsinə tələb olunan xərclərin bir hissəsini qabaqcadan ödəməyi tələb edə bilərlər. Bu halda belə ödəniş adi qoşulmağa tələb olunan ödənişə əlavə kimi götürülür.
Layihəyə əsasən, tikinti obyektlərinin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Sifarişçinin tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədi ilə su təchizatı sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdiriləcək.
Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.
Yuxarıda qeyd olunan hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası da müəyyənləşir. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.
Layihədə tikinti obyektlərinin kanalizasiya sistemlərinə qoşulması qaydasında dəyişiklik təklif olunur.
Məişət abonentlərinin və sutka ərzində tələb olunan 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.
Son iki hal istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- 19.02.2024
- 280
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
200Bugün, 09:31Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Şəki restoranı Əhməd Rəcəbli, Nərimanov r.
2 otaqlı 60 m² 4/5 mərtəbə -
30Bugün, 09:24Kirayə (günlük) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
1 otaqlı 40 m² 4/9 mərtəbə -
10 500Bugün, 08:34Satılır Torpaq
Quba ş.
16 sot -
40Bugün, 07:25Kirayə (günlük) Həyət evi/villa
Naxçıvan MR ş.
2 otaqlı -
165 000Bugün, 04:05Satılır Obyekt
Xırdalan ş.
33 m² -
55 000Bugün, 03:37Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 70 m² -
125 000Bugün, 03:36Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
4 otaqlı 200 m² -
133 000Bugün, 00:41Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Elmlər Akademiyası, Yasamal r.
1 otaqlı 38 m² 4/5 mərtəbə -
400Bugün, 00:07Kirayə (aylıq) Köhnə Tikili
Lökbatan qəs., Qaradağ r.
2 otaqlı 49 m² 3/5 mərtəbə -
500Bugün, 00:06Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 45 m² 3/5 mərtəbə -
100 000Dünən, 23:55Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 80 m² 3/6 mərtəbə -
800Dünən, 23:53Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 100 m² 8/12 mərtəbə -
279 000Dünən, 23:48Satılır Yeni Tikili
Nərimanov r.
2 otaqlı 74 m² 8/16 mərtəbə -
100Dünən, 23:44Kirayə (günlük) Həyət evi/villa
Lənkəran ş.
5 otaqlı -
54 000Dünən, 23:17Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 40 m² 4/7 mərtəbə -
60Dünən, 22:45Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
2 500Dünən, 22:07Kirayə (aylıq) Obyekt
Qara Qarayev m., Nizami r.
180 m² -
230 000Dünən, 21:48Satılır Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 127 m² 2/16 mərtəbə -
130 000Dünən, 21:34Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 40 m² 8/9 mərtəbə -
300 000Dünən, 21:31Satılır Həyət evi/villa
Xırdalan ş.
6 otaqlı 400 m² -
4 000Dünən, 21:31Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
600 m² -
550Dünən, 21:28Kirayə (aylıq) Köhnə Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 60 m² 1/5 mərtəbə -
70 000Dünən, 21:28Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 83 m² 5/6 mərtəbə -
650Dünən, 21:27Kirayə (aylıq) Köhnə Tikili
Səbail r.
2 otaqlı 62 m² 2/2 mərtəbə -
65 000Dünən, 21:21Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 4/6 mərtəbə -
130Dünən, 21:20Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı -
550Dünən, 21:19Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
85 000Dünən, 21:15Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 85 m² 6/6 mərtəbə -
105 000Dünən, 21:11Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 61 m² 12/12 mərtəbə -
272 000Dünən, 21:10Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 85 m² 3/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller