Şuşa - Bülbülün ev muzeyi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
- 27.09.2021
- 1208
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
65031 Mart 2026Kirayə (aylıq) Həyət evi/villa
Sulutəpə qəs., Binəqədi r.
4 otaqlı 150 m² -
168 00031 Mart 2026Satılır Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 85 m² 8/9 mərtəbə -
550 00031 Mart 2026Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 110 m² 3/4 mərtəbə -
110 00031 Mart 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 66 m² 8/9 mərtəbə -
70031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 75 m² 6/18 mərtəbə -
149 00031 Mart 2026Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 52 m² 14/14 mərtəbə -
550 00031 Mart 2026Satılır Torpaq
Mərdəkan, Xəzər r.
21 sot -
37 00031 Mart 2026Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 72 m² -
175 00031 Mart 2026Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 5/9 mərtəbə -
90031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., Binəqədi r.
2 otaqlı 71 m² 6/18 mərtəbə -
350 00031 Mart 2026Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 120 m² 6/18 mərtəbə -
127 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 55 m² 7/9 mərtəbə -
65031 Mart 2026Kirayə (aylıq) Həyət evi/villa
Xocaəsən m., Sulutəpə qəs., Binəqədi r.
4 otaqlı 110 m² -
9 00031 Mart 2026Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
100 m² -
113 00031 Mart 2026Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 58 m² 1/8 mərtəbə -
128 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 65 m² 1/9 mərtəbə -
125 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 1/9 mərtəbə -
615 00031 Mart 2026Satılır Yeni Tikili
Gənclik m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 220 m² 13/19 mərtəbə -
8 00031 Mart 2026Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
85 m² -
60031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nərimanov r.
1 otaqlı 40 m² 2/16 mərtəbə -
175 00031 Mart 2026Satılır Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 110 m² 18/18 mərtəbə -
65031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 3/18 mərtəbə -
135 00031 Mart 2026Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 65 m² 2/9 mərtəbə -
87 00031 Mart 2026Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 4/11 mərtəbə -
2 30031 Mart 2026Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
190 m² -
185 00031 Mart 2026Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 80 m² 8/9 mərtəbə -
76 00031 Mart 2026Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 2/5 mərtəbə -
279 00031 Mart 2026Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
4 otaqlı 101 m² 6/17 mərtəbə -
289 00031 Mart 2026Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
4 otaqlı 120 m² 8/9 mərtəbə -
640 00031 Mart 2026Satılır Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
5 otaqlı 200 m² 3/4 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

