Şuşa - Bülbülün ev muzeyi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
- 27.09.2021
- 1279
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
3 000Bugün, 15:42Kirayə (aylıq) Bağ evi
Şağan, Xəzər r.
5 otaqlı 8 sot -
194 000Bugün, 15:41Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 62 m² 7/17 mərtəbə -
101 000Bugün, 15:41Satılır Həyət evi/villa
Həzi Aslanov m., Xətai r.
4 otaqlı 80 m² -
390 000Bugün, 15:37Satılır Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
3 otaqlı 103 m² 14/27 mərtəbə -
125 000Bugün, 15:37Satılır Yeni Tikili
Suraxanı r.
2 otaqlı 43 m² 6/16 mərtəbə -
245 000Bugün, 15:34Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nəriman Nərimanov parkı, Nərimanov r.
3 otaqlı 85 m² 3/5 mərtəbə -
288 000Bugün, 15:33Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 102 m² 10/18 mərtəbə -
600Bugün, 15:32Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 65 m² 2/5 mərtəbə -
189 000Bugün, 15:31Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 83 m² 4/9 mərtəbə -
550Bugün, 15:29Kirayə (aylıq) Yeni Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 70 m² 5/9 mərtəbə -
3 700 000Bugün, 15:29Satılır Obyekt
Memar Əcəmi m., Nəsimi r.
948 m² -
277 249Bugün, 15:27Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
1 otaqlı 46.72 m² 3/13 mərtəbə -
160 000Bugün, 15:26Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 150 m² -
172 000Bugün, 15:25Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 73 m² 5/5 mərtəbə -
550Bugün, 15:19Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 45 m² 12/17 mərtəbə -
168 000Bugün, 15:15Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 70 m² 5/12 mərtəbə -
500Bugün, 15:14Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 92 m² 6/10 mərtəbə -
450Bugün, 15:12Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
1 otaqlı 30 m² 2/5 mərtəbə -
39 000Bugün, 15:08Satılır Həyət evi/villa
Sabunçu qəs., Sabunçu r.
3 otaqlı 75 m² -
298 469Bugün, 15:06Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
1 otaqlı 47.58 m² 5/13 mərtəbə -
600Bugün, 15:05Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 55 m² 1/5 mərtəbə -
500Bugün, 15:04Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Səbail r.
1 otaqlı 30 m² 1/1 mərtəbə -
150 000Bugün, 15:01Satılır Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 49 m² 2/18 mərtəbə -
308 000Bugün, 14:58Satılır Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 120 m² 11/12 mərtəbə -
45 000Bugün, 14:58Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 95 m² 2/14 mərtəbə -
340 000Bugün, 14:52Satılır Torpaq
Badamdar qəs., Səbail r.
6 sot -
750Bugün, 14:51Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 60 m² 4/4 mərtəbə -
160 000Bugün, 14:48Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 75 m² 6/9 mərtəbə -
135 000Bugün, 14:47Satılır Obyekt
Gənclik m., Nəsimi r.
31 m² -
169 000Bugün, 14:46Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 70 m² 4/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller