Şuşa - Bülbülün ev muzeyi
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
- 27.09.2021
- 1300
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
150 000Bugün, 20:16Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 70 m² 1/9 mərtəbə -
2 200Bugün, 20:02Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
5 otaqlı 180 m² 8/26 mərtəbə -
155 000Bugün, 19:57Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Oskar saray, Nizami r.
2 otaqlı 31 m² 2/5 mərtəbə -
50Bugün, 19:50Kirayə (günlük) Həyət evi/villa
Lənkəran ş.
3 otaqlı 80 m² -
90 000Bugün, 19:48Satılır Həyət evi/villa
Xətai m., NZS, Xətai r.
3 otaqlı 90 m² -
2 200Bugün, 19:36Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
4 otaqlı 170 m² 6/16 mərtəbə -
599Bugün, 19:35Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 55 m² 4/5 mərtəbə -
750Bugün, 19:14Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 100 m² 7/11 mərtəbə -
190Bugün, 19:09Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
1 otaqlı 40 m² -
699Bugün, 19:02Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Xutor qəsəbəsi, Binəqədi r.
2 otaqlı 60 m² 13/14 mərtəbə -
800Bugün, 18:54Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 100 m² 4/16 mərtəbə -
849Bugün, 18:51Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., 3-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 162 m² 10/18 mərtəbə -
850Bugün, 18:42Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., 3-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 140 m² 15/18 mərtəbə -
155 000Bugün, 18:33Satılır Obyekt
İçərişəhər m., Yasamal r.
70 m² -
500Bugün, 18:15Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 51 m² 9/10 mərtəbə -
400Bugün, 18:11Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 2/9 mərtəbə -
98 000Bugün, 18:10Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 56 m² 1/4 mərtəbə -
2 500Bugün, 18:07Kirayə (aylıq) Bağ evi
Pirşağı qəs., Sabunçu r.
7 otaqlı 12 sot -
750Bugün, 18:06Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 75 m² 10/17 mərtəbə -
220 000Bugün, 18:01Satılır Həyət evi/villa
H.Aslanov qəs., Xətai r.
6 otaqlı 170 m² -
93 000Bugün, 17:58Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 3/15 mərtəbə -
700Bugün, 17:46Kirayə (aylıq) Köhnə Tikili
Bulvar, Səbail r.
1 otaqlı 70 m² 2/5 mərtəbə -
130 000Bugün, 17:45Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 80 m² 17/17 mərtəbə -
188 000Bugün, 17:44Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 80 m² 15/19 mərtəbə -
750Bugün, 17:44Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Caspian Plaza, Yasamal r.
2 otaqlı 80 m² 6/14 mərtəbə -
59 000Bugün, 17:42Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
3 otaqlı 90 m² -
220 000Bugün, 17:38Satılır Həyət evi/villa
H.Aslanov qəs., Xətai r.
6 otaqlı 170 m² -
650Bugün, 17:30Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt ş.
3 otaqlı 110 m² 10/14 mərtəbə -
5 000Bugün, 17:28Kirayə (aylıq) Obyekt
Digah, Abşeron r.
760 m² -
105 000Bugün, 17:28Satılır Torpaq
İsmayıllı ş.
15 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
