Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq – ƏRAZİLƏR, KOMPENSASİYALAR

"Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək".
B u barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
O bildirib ki, ilkin mərhələdə 13 qəzalı binada söküntü işləri görüləcək: "Bu binalar, əsasən, 1945-55-ci illərdə inşa edilib və təxminən 75 ildən artıqdır ki, istismar olunur. Sözügedən binalar bir və iki mərtəbəlidir. Bu proses nəticəsində 1 000-dən çox ailənin köçürüləcəyi gözlənilir. Sökülməsi planlaşdırılan binalar arasında "fin evi" kimi tanınan tikililər də var. Həmin tikililər ikimərtəbəli olmaqla uzunmüddətli istismar üçün uyğun hesab edilmir. Bu binaların da sökülməsi gözlənilir. Söküntü prosesində əsas məqsəd həmin binalarda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və onların yeni yaşayış mənzilləri ilə təmin olunmasıdır.
Hazırda 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə qəzalı binaların mövcud olduğuna dair məlumatlar mövcuddur. Layihəyə uyğun olaraq, həmin ərazilərdə söküntü işləri aparılacaq".
Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?
Sədr söküləcək binalarla bağlı kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirib:
"Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, ilkin hesablamalar aparmışıq. Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.
Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.
Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.
Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar".
O vurğulayıb ki, hazırda Sumqayıt ərazisində söküləcək olan 21 bina və 450-dən çox mənzilin olduğuna dair məlumatlar var:
"Prosesin əhatə dairəsi genişləndiriləndən sonra söküləcək binaların sayının 40-a, mənzillərin sayının isə 1500-ə çatacağı gözlənilir".
Vüqar Oruc onu da qeyd edib ki, həm Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı çərçivəsində, həm də Azərbaycan Respublikası ərazisində qəzalı binaların risk yaratması səbəbindən sökülməsi və onların yerində yeni binaların inşa olunması istiqamətində müəyyən qərarlar qəbul edilib:
"Həmin qərarlar müvafiq icra qurumları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu proses yalnız Bakı ilə məhdudlaşmır və bütün ölkə ərazisində mərhələli qaydada icra olunacaq.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının rəyinə əsasən qəzalı hesab edilən binalar vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sökülməlidir. Bu, məcburi xarakter daşıyan bir prosesdir. Həmin binalarda yaşayan sakinlər mülkiyyətlərinin dəyərinə uyğun kompensasiya ilə təmin olunmalı, ya da əgər həmin ərazidə yeni binalar inşa edilirsə, yeni mənzillərlə təmin edilməlidirlər.
Azərbaycanın digər rayonlarında da qəzalı binalar müəyyən edilib və bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kifayət qədər məlumat mövcuddur.
Ümumilikdə, ölkə üzrə qəzalı binalar müvafiq dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib. Gələcəkdə Gəncə və digər regionlarda da eyni prosesin aparılması gözlənilir.
Proses, əsasən, üç mərhələdən ibarətdir. Birinci mərhələdə ekspertiza keçirilir və binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmadığı müəyyən edilir. Bu barədə rəy hazırlanaraq müvafiq dövlət qurumuna təqdim olunur. İkinci mərhələdə inventarizasiya aparılır - mənzillərin ölçüləri, yerləşməsi və digər texniki məlumatlar toplanır. Üçüncü mərhələdə isə qiymətləndirmə həyata keçirilir və kompensasiya məbləği müəyyən olunur.
Bundan sonra ərazidə bina tikintisinin investor, dövlət büdcəsi və ya dövlət-investor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul edilir və prosesə start verilir"
- 26.01.2026
- 62
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
155 000Bugün, 00:21Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
3 otaqlı 80 m² 5/9 mərtəbə -
165 000Bugün, 00:21Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 112 m² 8/16 mərtəbə -
105 000Bugün, 00:20Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
4 otaqlı 120 m² -
300Bugün, 00:11Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
1 otaqlı 15 m² -
130 000Bugün, 00:10Satılır Həyət evi/villa
İsmayıllı ş.
3 otaqlı 95 m² -
450Bugün, 00:07Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 54 m² 16/17 mərtəbə -
250Bugün, 00:05Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 25 m² 5/14 mərtəbə -
400Bugün, 00:03Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
1 otaqlı 35 m² 3/9 mərtəbə -
220 000Bugün, 00:03Satılır Köhnə Tikili
Əhmədli, Xətai r.
5 otaqlı 110 m² 5/9 mərtəbə -
7 000Bugün, 00:02Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
70 m² -
600Bugün, 00:02Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 60 m² 2/9 mərtəbə -
50 000Bugün, 00:00Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 55 m² -
60 000Bugün, 00:00Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 75 m² -
60 000Dünən, 23:59Satılır Həyət evi/villa
Xaçmaz ş.
5 otaqlı 100 m² -
73 000Dünən, 23:55Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 2/6 mərtəbə -
44 000Dünən, 23:55Satılır Yeni Tikili
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 69.55 m² 3/16 mərtəbə -
142 000Dünən, 22:30Satılır Yeni Tikili
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
2 otaqlı 82 m² 3/20 mərtəbə -
500Dünən, 22:30Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 35 m² 3/5 mərtəbə -
85 000Dünən, 22:30Satılır Torpaq
Qəbələ ş.
8 sot -
250 000Dünən, 22:30Satılır Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
90 m² -
90 000Dünən, 22:29Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 130 m² -
110 000Dünən, 22:29Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 150 m² -
140Dünən, 22:28Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı -
53 000Dünən, 22:28Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 30 m² 6/18 mərtəbə -
1 000Dünən, 22:28Kirayə (aylıq) Obyekt
Xətai m., Ağ şəhər, Xətai r.
34 m² -
122 000Dünən, 22:27Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
2 500Dünən, 22:27Kirayə (aylıq) Obyekt
İçərişəhər m., MUM, Səbail r.
70 m² -
599Dünən, 22:26Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
1 otaqlı 34 m² 9/20 mərtəbə -
750Dünən, 22:25Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Rəssamlıq Akademiyası, Nərimanov r.
2 otaqlı 90 m² 9/14 mərtəbə -
360Dünən, 22:24Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 77 m² 1/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
