Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq – ƏRAZİLƏR, KOMPENSASİYALAR
"Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək".
B u barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
O bildirib ki, ilkin mərhələdə 13 qəzalı binada söküntü işləri görüləcək: "Bu binalar, əsasən, 1945-55-ci illərdə inşa edilib və təxminən 75 ildən artıqdır ki, istismar olunur. Sözügedən binalar bir və iki mərtəbəlidir. Bu proses nəticəsində 1 000-dən çox ailənin köçürüləcəyi gözlənilir. Sökülməsi planlaşdırılan binalar arasında "fin evi" kimi tanınan tikililər də var. Həmin tikililər ikimərtəbəli olmaqla uzunmüddətli istismar üçün uyğun hesab edilmir. Bu binaların da sökülməsi gözlənilir. Söküntü prosesində əsas məqsəd həmin binalarda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və onların yeni yaşayış mənzilləri ilə təmin olunmasıdır.
Hazırda 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə qəzalı binaların mövcud olduğuna dair məlumatlar mövcuddur. Layihəyə uyğun olaraq, həmin ərazilərdə söküntü işləri aparılacaq".
Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?
Sədr söküləcək binalarla bağlı kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirib:
"Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, ilkin hesablamalar aparmışıq. Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.
Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.
Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.
Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar".
O vurğulayıb ki, hazırda Sumqayıt ərazisində söküləcək olan 21 bina və 450-dən çox mənzilin olduğuna dair məlumatlar var:
"Prosesin əhatə dairəsi genişləndiriləndən sonra söküləcək binaların sayının 40-a, mənzillərin sayının isə 1500-ə çatacağı gözlənilir".
Vüqar Oruc onu da qeyd edib ki, həm Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı çərçivəsində, həm də Azərbaycan Respublikası ərazisində qəzalı binaların risk yaratması səbəbindən sökülməsi və onların yerində yeni binaların inşa olunması istiqamətində müəyyən qərarlar qəbul edilib:
"Həmin qərarlar müvafiq icra qurumları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu proses yalnız Bakı ilə məhdudlaşmır və bütün ölkə ərazisində mərhələli qaydada icra olunacaq.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının rəyinə əsasən qəzalı hesab edilən binalar vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sökülməlidir. Bu, məcburi xarakter daşıyan bir prosesdir. Həmin binalarda yaşayan sakinlər mülkiyyətlərinin dəyərinə uyğun kompensasiya ilə təmin olunmalı, ya da əgər həmin ərazidə yeni binalar inşa edilirsə, yeni mənzillərlə təmin edilməlidirlər.
Azərbaycanın digər rayonlarında da qəzalı binalar müəyyən edilib və bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kifayət qədər məlumat mövcuddur.
Ümumilikdə, ölkə üzrə qəzalı binalar müvafiq dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib. Gələcəkdə Gəncə və digər regionlarda da eyni prosesin aparılması gözlənilir.
Proses, əsasən, üç mərhələdən ibarətdir. Birinci mərhələdə ekspertiza keçirilir və binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmadığı müəyyən edilir. Bu barədə rəy hazırlanaraq müvafiq dövlət qurumuna təqdim olunur. İkinci mərhələdə inventarizasiya aparılır - mənzillərin ölçüləri, yerləşməsi və digər texniki məlumatlar toplanır. Üçüncü mərhələdə isə qiymətləndirmə həyata keçirilir və kompensasiya məbləği müəyyən olunur.
Bundan sonra ərazidə bina tikintisinin investor, dövlət büdcəsi və ya dövlət-investor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul edilir və prosesə start verilir"
- 26.01.2026
- 237
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
86 000Bugün, 22:07Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 55 m² 5/6 mərtəbə -
300Bugün, 22:06Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Gənclik Mall, Yasamal r.
3 otaqlı 62 m² 1/1 mərtəbə -
700Bugün, 22:00Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi r.
30 m² -
220 000Bugün, 21:45Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 100 m² 2/3 mərtəbə -
150 000Bugün, 21:42Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 90 m² 2/9 mərtəbə -
57 000Bugün, 21:26Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 65 m² -
270 000Bugün, 21:23Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 80 m² 4/9 mərtəbə -
77 000Bugün, 21:18Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 42 m² 4/9 mərtəbə -
2 200Bugün, 21:02Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Böyükşor qəs., Olimpia Stadionu, Nərimanov r.
5 otaqlı 200 m² 8/16 mərtəbə -
750Bugün, 20:40Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 100 m² 9/12 mərtəbə -
393 000Bugün, 20:33Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 4 sot -
190 000Bugün, 20:27Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.5 sot -
1 500Bugün, 20:15Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
4 otaqlı 200 m² 8/18 mərtəbə -
85 000Bugün, 20:12Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 112 m² -
62 000Bugün, 20:05Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 6/6 mərtəbə -
750Bugün, 19:53Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 85 m² 8/9 mərtəbə -
400Bugün, 19:48Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., kənd Əhmədli, Xətai r.
2 otaqlı 90 m² 3/3 mərtəbə -
4 000Bugün, 19:39Kirayə (aylıq) Bağ evi
Buzovna, Xəzər r.
4 otaqlı 12 sot -
207 000Bugün, 19:36Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
5 otaqlı 120 m² 8/9 mərtəbə -
78 000Bugün, 19:20Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 55 m² 3/6 mərtəbə -
165 000Bugün, 19:14Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 98 m² 9/16 mərtəbə -
750Bugün, 19:12Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 14/16 mərtəbə -
85 000Bugün, 19:11Satılır Bağ evi
Türkan, Xəzər r.
4 otaqlı 10 sot -
150 000Bugün, 19:08Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
5 otaqlı 130 m² -
166 000Bugün, 19:04Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 60 m² 16/19 mərtəbə -
147 000Bugün, 18:57Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Memarlıq və İnşaat Universiteti, Yasamal r.
1 otaqlı 40 m² 1/5 mərtəbə -
180 000Bugün, 18:56Satılır Obyekt
6-ci mikrorayon r., Sumqayıt ş.
120 m² -
40Bugün, 18:52Kirayə (günlük) Bağ evi
Quba ş.
5 otaqlı 5 sot -
800Bugün, 18:46Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 100 m² 3/16 mərtəbə -
280 000Bugün, 18:41Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 66 m² 2/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller