Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, qüvvədə olan qaydalara əsasən, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır:

"Dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək üçün imtiyazlı şəxslər yalnız bir dəfə növbəyə götürülə bilərlər. Mənzil təminatının əsas məqsədi vətəndaşı ideal və ya genişləndirilmiş yaşayış şəraiti ilə təmin etmək deyil, yalnız minimum yaşayış ehtiyacını aradan qaldırmaqdır. Ailə tərkibinin artması və ya subyektiv məmnunsuzluq kimi hallar hüquqi baxımdan yeni təminat hüququ yaratmır".

Əliməmməd Nuriyev qeyd edib ki, təkrar müraciətlər yalnız çox ciddi və istisna hallarda qiymətləndirilə bilər:

"Yalnız təbii fəlakət və ya yaşayış sahəsinin tam yararsız vəziyyətə düşməsi kimi hallar yeni hüquqi situasiya kimi qəbul olunaraq təkrar müraciətlər üçün əsas ola bilər. Lakin bir şəxsin eyni əsasla ikinci dəfə mənzil tələb etməsi, digər ehtiyacı olan vətəndaşların hüquqlarına müdaxilə hesab olunur və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir".

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi üçün hazırlanıb. Nazirlik tərəfindən əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. İndiyədək bu kateqoriyadan olan 16 000-dən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.

Beləliklə, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını "birdəfəlik" prinsip üzərində qurur və təkrar müraciətlər yalnız fövqəladə hallar istisna olmaqla mümkün hesab edilmir.

  • 27.04.2026
  • 29
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller