Sənədsiz evə görə cərimə nə qədərdir?

Son illər ölkədə qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilib. Lakin müşahidələr özbaşına aparılan tikinti proseslərinin davam etdiyini göstərir. Bu isə “sənədsiz evlər” adlandırılan, əslində isə qeyri-qanuni tikililərin sayının artmasına gətirib çıxarır. Halbuki, son illər belə tikililərə qarşı qanunvericiliyə müəyyən dəyişikliklər edilib.
Maraqlıdır, bəs, ümumiyyətlə, qanunvericilikdə özbaşına tikililərlə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?
Əvvəlcə ondan başlayaq ki, qanunvericiliyə görə, nəinki özbaşına tikinti aparmaq, həmçinin torpaq sahəsindən təyinatına uyğun olmadan istifadə etmək də məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə görə, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. Torpaq kənd təsərrüfatı təyinatlı olduqda isə cərimə məbləği daha çox olur. Fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunur.
Bundan başqa, Cinayət Məcəlləsinin 188.2-ci maddəsində şəxsin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmasına görə məsuliyyət müəyyən edilib. Belə ki, şəxs qeyd olunan əməllərin törədilməsinə görə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə törədildikdə isə şəxsi daha ağır cəza gözləyir. Belə ki, bu halda şəxs 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsində, eyni zamanda, icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutulub. Buraya magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonaları aiddir. Qanunla bu ərazilərdə tikinti və ya quraşdırma işlərinin aparılmasına görə şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tikilinin özünə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İcazəsiz inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında verildiyi hallarda şəxs inzibati məsuliyyət daşımır.
Tikintisinə icazə tələb olunmayan – mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin qanunvericiliyin tələblərinə əməl edilmədən tikilməsinə görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə olunur. Bu cərimələr 30 may 2023-cü ildən sonra tikintisinə başlanılmış tikililərə şamil olunur.
Tikintisi qeyd edilən əməllərin törədilməsi aparılan tikili üçün çıxarışın – sənədin alınması üçün də əngəl törədir. Qanunvericiliyə əsasən isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız çıxarış ilə təsdiq olunur. Çıxarışı olmayan yaşayış sahəsi heç kəsin mülkiyyəti deyil və belə tikili hüquqi baxımdan rəsmi şəkildə satıla bilməz.
- 28.04.2026
- 70
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
799Bugün, 08:54Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 40 m² -
2 250Bugün, 08:21Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
3 otaqlı 120 m² -
684 500Bugün, 07:49Satılır Yeni Tikili
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 185 m² 13/19 mərtəbə -
330Bugün, 07:33Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 30 m² 10/17 mərtəbə -
2 800Bugün, 05:12Kirayə (günlük) Həyət evi/villa
Dübəndi, ADA universiteti, Xəzər r.
6 otaqlı 350 m² -
38 000Bugün, 04:28Satılır Həyət evi/villa
Hökməli, Abşeron r.
3 otaqlı 52 m² -
1 100Bugün, 04:11Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
40 m² -
123 000Bugün, 02:58Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
4 otaqlı 120 m² -
500Bugün, 02:27Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 80 m² -
75 000Bugün, 02:03Satılır Həyət evi/villa
Quba ş.
6 otaqlı 140 m² -
121 000Bugün, 01:59Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
5 otaqlı 180 m² -
14 500Bugün, 01:56Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
388 m² -
500Bugün, 00:37Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 50 m² 2/4 mərtəbə -
75 000Bugün, 00:36Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 41 m² 4/6 mərtəbə -
650Bugün, 00:17Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
1 otaqlı 45 m² 14/16 mərtəbə -
3 500Bugün, 00:13Kirayə (aylıq) Obyekt
Nəsimi r.
338 m² -
175 000Bugün, 00:08Satılır Həyət evi/villa
Xəzər r.
3 otaqlı 120 m² -
153 000Bugün, 00:03Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 86 m² 8/12 mərtəbə -
250 000Dünən, 23:58Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 67 m² 13/15 mərtəbə -
300Dünən, 23:53Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 70 m² -
150Dünən, 23:43Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 100 m² 8/9 mərtəbə -
315 000Dünən, 23:38Satılır Yeni Tikili
Nərimanov r.
3 otaqlı 96 m² 15/20 mərtəbə -
3 000Dünən, 23:32Kirayə (aylıq) Obyekt
Nəsimi r.
200 m² -
225 000Dünən, 23:23Satılır Yeni Tikili
Nəsimi r.
2 otaqlı 51 m² 11/16 mərtəbə -
225 000Dünən, 23:13Satılır Yeni Tikili
Yasamal r.
3 otaqlı 82 m² 14/17 mərtəbə -
350Dünən, 23:06Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Xətai r.
60 m² -
220 000Dünən, 23:05Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 76 m² 9/9 mərtəbə -
120 000Dünən, 23:03Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 120 m² -
178 000Dünən, 22:58Satılır Yeni Tikili
Binəqədi r.
3 otaqlı 51 m² 7/9 mərtəbə -
350Dünən, 22:55Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 50 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

