Sənədsiz evə görə cərimə nə qədərdir?
Son illər ölkədə qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilib. Lakin müşahidələr özbaşına aparılan tikinti proseslərinin davam etdiyini göstərir. Bu isə “sənədsiz evlər” adlandırılan, əslində isə qeyri-qanuni tikililərin sayının artmasına gətirib çıxarır. Halbuki, son illər belə tikililərə qarşı qanunvericiliyə müəyyən dəyişikliklər edilib.
Maraqlıdır, bəs, ümumiyyətlə, qanunvericilikdə özbaşına tikililərlə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?
Əvvəlcə ondan başlayaq ki, qanunvericiliyə görə, nəinki özbaşına tikinti aparmaq, həmçinin torpaq sahəsindən təyinatına uyğun olmadan istifadə etmək də məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə görə, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. Torpaq kənd təsərrüfatı təyinatlı olduqda isə cərimə məbləği daha çox olur. Fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunur.
Bundan başqa, Cinayət Məcəlləsinin 188.2-ci maddəsində şəxsin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmasına görə məsuliyyət müəyyən edilib. Belə ki, şəxs qeyd olunan əməllərin törədilməsinə görə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə törədildikdə isə şəxsi daha ağır cəza gözləyir. Belə ki, bu halda şəxs 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsində, eyni zamanda, icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutulub. Buraya magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonaları aiddir. Qanunla bu ərazilərdə tikinti və ya quraşdırma işlərinin aparılmasına görə şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tikilinin özünə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İcazəsiz inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında verildiyi hallarda şəxs inzibati məsuliyyət daşımır.
Tikintisinə icazə tələb olunmayan – mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin qanunvericiliyin tələblərinə əməl edilmədən tikilməsinə görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə olunur. Bu cərimələr 30 may 2023-cü ildən sonra tikintisinə başlanılmış tikililərə şamil olunur.
Tikintisi qeyd edilən əməllərin törədilməsi aparılan tikili üçün çıxarışın – sənədin alınması üçün də əngəl törədir. Qanunvericiliyə əsasən isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız çıxarış ilə təsdiq olunur. Çıxarışı olmayan yaşayış sahəsi heç kəsin mülkiyyəti deyil və belə tikili hüquqi baxımdan rəsmi şəkildə satıla bilməz.
-
251
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
M 133 000Bugün, 09:18Satılır Həyət evi/villa
Koroğlu m., Sabunçu r.
5 otaqlı 200 m² -
M 79 000Bugün, 08:51Satılır Yeni Tikili
AAAF PARK, Abşeron r.
2 otaqlı 50 m² 6/7 mərtəbə -
M 260 000Bugün, 08:47Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
5 otaqlı 77 m² 8/9 mərtəbə -
M 190 000Bugün, 08:23Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 77 m² 4/20 mərtəbə -
M 150 000Bugün, 07:47Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 200 m² -
M 98 000Bugün, 04:23Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 120 m² -
M 157 000Bugün, 03:13Satılır Həyət evi/villa
Səngəçal qəs., Qaradağ r.
5 otaqlı 210 m² -
M 36 800Bugün, 01:48Satılır Yeni Tikili
Binəqədi qəs., Banu Çiçək ş/s, Binəqədi r.
1 otaqlı 27 m² 4/4 mərtəbə -
M 120Bugün, 01:40Kirayə (aylıq) Həyət evi/villa
Qazax ş.
4 otaqlı 60 m² -
M 70 000Bugün, 01:18Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 62 m² -
M 2 500Bugün, 01:11Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 100 m² -
M 2 000Bugün, 00:58Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 66 m² -
M 129 500Bugün, 00:50Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 62 m² 7/9 mərtəbə -
M 110 000Bugün, 00:39Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 47 m² 11/15 mərtəbə -
M 750Bugün, 00:29Kirayə (aylıq) Həyət evi/villa
Ağ şəhər, Babək Plaza, Xətai r.
3 otaqlı 120 m² -
M 800Bugün, 00:01Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 9/15 mərtəbə -
M 500Bugün, 00:00Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 20 m² 4/5 mərtəbə -
M 156 000Dünən, 23:49Satılır Bağ evi
Sabunçu r.
3 otaqlı 11 sot -
M 50Dünən, 23:36Kirayə (günlük) Həyət evi/villa
Gəncə ş.
2 otaqlı 120 m² -
M 99 000Dünən, 22:49Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 66 m² 16/16 mərtəbə -
M 100Dünən, 22:38Kirayə (günlük) Bağ evi
Novxanı, Abşeron r.
2 otaqlı 5 sot -
M 75 000Dünən, 22:01Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 48 m² 1/6 mərtəbə -
M 169 000Dünən, 21:09Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
3 otaqlı 100 m² -
M 163Dünən, 20:57Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 43 m² 2/5 mərtəbə -
M 86 000Dünən, 20:33Satılır Yeni Tikili
Masazır, Abşeron r.
4 otaqlı 83 m² 6/6 mərtəbə -
M 6 500Dünən, 19:55Kirayə (aylıq) Obyekt
Neftçilər m., Keşlə qəs., Nizami r.
460 m² -
M 267 000Dünən, 19:33Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 200 m² -
M 1 000Dünən, 19:16Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 80 m² 9/18 mərtəbə -
M 550Dünən, 19:11Kirayə (aylıq) Obyekt
28 May m., Nərimanov r.
20 m² -
M 89 000Dünən, 18:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 43 m² 2/7 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
Qısa məlumat
Qısa məlumat