Sənədsiz evə görə cərimə nə qədərdir?
Son illər ölkədə qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilib. Lakin müşahidələr özbaşına aparılan tikinti proseslərinin davam etdiyini göstərir. Bu isə “sənədsiz evlər” adlandırılan, əslində isə qeyri-qanuni tikililərin sayının artmasına gətirib çıxarır. Halbuki, son illər belə tikililərə qarşı qanunvericiliyə müəyyən dəyişikliklər edilib.
Maraqlıdır, bəs, ümumiyyətlə, qanunvericilikdə özbaşına tikililərlə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?
Əvvəlcə ondan başlayaq ki, qanunvericiliyə görə, nəinki özbaşına tikinti aparmaq, həmçinin torpaq sahəsindən təyinatına uyğun olmadan istifadə etmək də məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə görə, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. Torpaq kənd təsərrüfatı təyinatlı olduqda isə cərimə məbləği daha çox olur. Fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunur.
Bundan başqa, Cinayət Məcəlləsinin 188.2-ci maddəsində şəxsin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmasına görə məsuliyyət müəyyən edilib. Belə ki, şəxs qeyd olunan əməllərin törədilməsinə görə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə törədildikdə isə şəxsi daha ağır cəza gözləyir. Belə ki, bu halda şəxs 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsində, eyni zamanda, icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutulub. Buraya magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonaları aiddir. Qanunla bu ərazilərdə tikinti və ya quraşdırma işlərinin aparılmasına görə şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tikilinin özünə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İcazəsiz inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında verildiyi hallarda şəxs inzibati məsuliyyət daşımır.
Tikintisinə icazə tələb olunmayan – mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin qanunvericiliyin tələblərinə əməl edilmədən tikilməsinə görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə olunur. Bu cərimələr 30 may 2023-cü ildən sonra tikintisinə başlanılmış tikililərə şamil olunur.
Tikintisi qeyd edilən əməllərin törədilməsi aparılan tikili üçün çıxarışın – sənədin alınması üçün də əngəl törədir. Qanunvericiliyə əsasən isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız çıxarış ilə təsdiq olunur. Çıxarışı olmayan yaşayış sahəsi heç kəsin mülkiyyəti deyil və belə tikili hüquqi baxımdan rəsmi şəkildə satıla bilməz.
- 28.04.2026
- 56
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
17030 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 78 m² 15/16 mərtəbə -
60 00030 Aprel 2026Satılır Bağ evi
Sumqayıt ş.
3 otaqlı 4 sot -
200 00030 Aprel 2026Satılır Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 70 m² 2/3 mərtəbə -
47 00030 Aprel 2026Satılır Torpaq
Novxanı, Abşeron r.
10 sot -
103 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 3/8 mərtəbə -
20030 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Sevinc k/t, Nizami r.
2 otaqlı 60 m² 11/17 mərtəbə -
90 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 86 m² 6/6 mərtəbə -
6030 Aprel 2026Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 75 m² -
76 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 3/6 mərtəbə -
69 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 5/6 mərtəbə -
39330 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 95 m² 8/19 mərtəbə -
126 00030 Aprel 2026Satılır Bağ evi
Qəbələ ş.
4 otaqlı 3 sot -
371 00030 Aprel 2026Satılır Yeni Tikili
Xətai m., AGA Business Center, Xətai r.
2 otaqlı 96 m² 10/24 mərtəbə -
226 00030 Aprel 2026Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 85 m² 4/5 mərtəbə -
91 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 56 m² 8/11 mərtəbə -
148 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 78 m² 3/11 mərtəbə -
5030 Aprel 2026Kirayə (günlük) Həyət evi/villa
Gəncə ş.
2 otaqlı 120 m² -
70030 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 55 m² 5/20 mərtəbə -
320 00030 Aprel 2026Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 120 m² 6/15 mərtəbə -
91 00030 Aprel 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 70 m² 3/6 mərtəbə -
110 00030 Aprel 2026Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 54 m² 4/16 mərtəbə -
59930 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 100 m² 9/14 mərtəbə -
92 00030 Aprel 2026Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 90 m² -
60030 Aprel 2026Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 70 m² 3/9 mərtəbə -
225 00030 Aprel 2026Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
4 otaqlı 80 m² 6/9 mərtəbə -
98 00030 Aprel 2026Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 42 m² 4/14 mərtəbə -
250 00030 Aprel 2026Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nəriman Nərimanov parkı, Nərimanov r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
106 00030 Aprel 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 40 m² 4/9 mərtəbə -
1 00030 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 100 m² 11/14 mərtəbə -
75030 Aprel 2026Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi bazarı, Nəsimi r.
2 otaqlı 90 m² 13/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller