Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

Real Əmlak Əcəmi daşınmaz əmlak agentliyi

Real Əmlak Əcəmi daşınmaz əmlak agentliyi

Real Əmlak  - rahatlıq evdən başlayır devizi ilə fəaliyyətə başlayıb. Şirkətimizin filialları yaşayış və kommersiya əmlakının satışı, kirayəsi, qiymətləndirilməsi, dizayn və təmiri, əmlaka aid məsləhətlərin verilməsi üzrə təcrübəli mütəxəssisləri ilə birgə Bakıda və Abşeron rayonunda sizin xidmətinizdədir.

(050) 209-37-23

228 elan
   

Satılır 7 otaqlı Bağ evi, Goradil, Abşeron rayonu

Elanın kodu: 1255961

Baxış sayı: 267

Görədildə, "Dəniz market"dən aşağı. Yol üstü, hündürdə, prestijli, sakit, geniş küçə. Dəniz səsli və nəfəsli təmiz hava. Əla panorama. Daimi su, qaz, işıq, optik internet. Qapıya kimi asfalt. Hər tərəfdən açıq və sərbəst yer. 9,15 sotda ürəkdən, xoş ruhla, müxtəlif variantlar arasında ən doğru, optimal seçimlər edə-edə tikilmiş, monolit dəmir-beton konstruksiyalı 4 fəsil yaşayışa hər bir şəraiti olan rahat, işıqlı, uyumlu ev. 2 mərtəbə+ zirzəmi+mansard. Ümumi sahə ~440 m². Mansardın döşəməsi dəmir-keramzitbeton. 5 yataq, 2 mətbəx mebeli, digər əşya və avadanlıqlarla bir yerdə satılır. HƏYƏT. Zirzəmi-anbarı olan san.qovşaq+ mətbəx. Mətbəx mebeli, paltaryuyan. Anbarda müxtəlif ev təmir və istismar avadanlıqları. Relyefin üstünlüklərindən max. bəhrələnən maraqlı konstuktor və dizayn həlli - 2 səviyyəli, original yaşıl həyət. Yağış sularının yığılması və həyətdə xalça-palas yuyulması üçün aktiv drenaj yapısı. Üzümluk və 2 meyvə bağçası. Suvarma xətləri şəbəkəsi. Əkin üçün yararlı münbit torpaq. 50 başlıq qapalı toyuq damı. Gəzinti üçün səkilər və talvarlar. Gecə işıqlanma sistemi. Təndir və manqal. Təhlükəsizlik kameraları, uşaq yelləncəyi, mexaniki alət yeri. Qaz nasosu. Alt bağçada şambo. ZİRZƏMİ. Əla təmirli, içdən və çoldən girişi olan hundür (2.4m) 4 avto tutan qaraj+emalatxana+trenajor otağı+aralıq profilli sahə. bir neçə aşamalı elektrik mühafizə sxemi. 3 fazlı çevirici, işıq stabilizatoru, avtonom generator. İsitmə sistemi kombisi. 2 çənli (3 ton və 0,5 ton) daxili su-hidrofor sistemi. Su təmizləyicisi, san.qovşaq. 1-ci MƏRTƏBƏ. Holl+zal+otaq+mətbəx+2 əd. san.qovşaq. Böyük san.qovşaqda sauna üçün imkan var. Mətbəxtdən iri sahəli və paltarquruducusu olan elliptik balkona çıxış. Domofon, kameraların idarəetmə və çöl işıqlanma yerləri. TV, isti su qaz kombisi, 120 lt. ariston. Elektrik axar su qızdırıcısı, MİTSUBİSHİ kondisioneri+zalda SAMSUNG kondisioneri. Mətbəxtdə divariçi yığılmış bütün hündurlük boyu şkaf. Çölə hava təmizləyici (aspirator) çıxış. Həmçinin, bütün san.qovşaqlarından və qarajdan dama çıxışı olan fərdi şaxta-havalanma sistemləri. 2-ci MƏRTƏBƏ. Təmirli 5 yataq otağı+san.qovşaq +eksklüziv balkon. MİTSUBİSHİ kondisioneri, TV və telefon qoşulma imkanları. MANSARD. Təmirli zal+san.qovşaq+3 əd. köməkci otaq/anbar+balkon. Gücləndirilmiş dam izolyasiyası. Çoxçıxışlı peyk antennası. Ev özümündür. Səliqəli və diqqətli yaşayış olub. Bütün mebel və avadanlıqlar saz və yararlı vəziyyətdə. Evcanlı ailənin rahat, sağlam və mənalı yaşayışı üçün doğru məkan. Çıxarış, tex. pasport.VASTECI (MAKLER) haqqi 1 %.

 

Ünvan: Goradil qesebesi

400 000 M

  • 7 otaq
  • 9.15 sot

Elanın tarixi: 06.06.2024

Elanın kodu: 1255961

Baxış sayı: 267

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller