Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

Satılır 4 otaqlı Köhnə Tikili, Neftçilər metrosu, 8-ci kilometr, Nizami rayonuKreditlə

Elanın kodu: 3662153

Baxış sayı: 182

Təcili olaraq şəxsi istifadə üçün yüksək keyfiyyətlə təmir edilmiş 4 otaqlı mənzil satılır. Mənzil eksperimental layihəli 9 mərtəbəli daş binanın 8-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 110 m²-dir. Ev skvaznoydur, bu səbəbdən həm yay aylarında sərin, həm də qış aylarında isti olur. Mənzilin yan divarı tam izolyasiya edilib, rütubət problemi yoxdur. Mənzil şəxsi yaşayış üçün təmir olunduğundan istifadə olunan materiallar keyfiyyətlidir və ev səliqəli vəziyyətdə saxlanılıb. Otaqlar geniş və işıqlıdır. Mənzərəsi Bakıxanov meşəsinə, Sahib Əz-Zaman məscidinə və həyətə açılır. Bina 1994-cü ildə tikilib. Mənzilin çıxarışı (kupça) və texniki pasportu mövcuddur. İpotekaya tam yararlıdır. Ərazi infrastruktur baxımından çox əlverişlidir. Mənzil Nazlı Şadlıq Sarayı, Podium Mall, Məlhəm Hospital və 8-ci km bazarının yaxınlığında yerləşir. Ətrafda Bravo, Araz, AL Market və Bazarstore supermarketləri fəaliyyət göstərir. Yaxınlıqda 250 və 251 nömrəli məktəblər, İnci uşaq bağçası və Dojo İdman Akademiyası mövcuddur. Xəritədə dəqiq ünvan göstərilib. Binanın yanında avtobus dayanacaqları yerləşir. 30 və 32 nömrəli avtobuslarla Xalqlar Dostluğu və Neftçilər metro stansiyalarına təxminən 5 dəqiqəyə çatmaq mümkündür. Binanın həyəti geniş və təhlükəsizdir. Giriş şəxsi pultla idarə olunan şlaqbaum vasitəsilə həyata keçirilir. Mehriban və sakit qonşular yaşayır. Lift daim işlək vəziyyətdədir. Ailəvi yaşayış üçün komfortlu, rahat yerləşimə malik və bütün vacib infrastrukturlara yaxın mənzildir. Real alıcı ilə danışıq zamanı cüzi endirim nəzərdə tutulur. Mənzilin sahibiyəm. Vasitəçilərdən xahiş olunur ki, evin şəkillərini icazəsiz paylaşmasınlar.

  • Təmirli
  • Qaz
  • Su
  • İşıq
  • Telefon
  • İnternet
  • Kabel TV
  • Lift
  • PVC pəncərə
  • Balkon
  • Kombi
  • Kondisioner
  • Mətbəx mebeli
  • Avtodayanacaq
 

Ünvan: Elşən Süleymanov küçəsi 57

M 250 000

  • 110 m 2

Elanın tarixi: 16.05.2026

Elanın kodu: 3662153

Baxış sayı: 182

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

     

 

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller