Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Diqqət! Əgər zəng etdiyiniz zaman nömrəni Arenda.az saytından götürdüyünüzü desəniz, sizə xüsusi endirim olunacaq.

Satılır 4 otaqlı Həyət evi/villa, Bakıxanov qəs., Sabunçu rayonu

Elanın kodu: 317484

Baxış sayı: 465

Əmlak sahibi özüməm, 1 ildir köçmüşük, ev və evə düşən torpaq sahəsi Prezidentin fərmanına əsasən Əmlak xidmətləri məkanında qeydə alınıb sənədləri veriləcək. Hal-hazırda heç bir sənədi yoxdur, qeydiyyat yolu ilə satılır. Təcili olduğu üçün ev dəyərindən 2 qat aşağı, qeydiyyata düşməklə satılır. Evi satmaq üçün tikmədiyimə görə evin inşası ən keyfiyyətli materiallardan istifadə olunub, makler evi deyil. Ev hər tərəfi 2 qat daşla, 10 daş üstündə kürsülü inşa edilib, hündür zirzəmisi, zirzəminin dəmir qapısı və pəncərələri var. Evin bütün beton işləri yüksək markalı sementlə tökülüb. Əlavə olaraq ev yağış itələyici materialla İzolatekslə suvanıb. Evin fundamenti çox dözümlü 20-lik armaturla dərin beton tökmə ilə qurulub. Zirzəmidən 1-ci mərtəbəyə qədər beton sütunlarla hörülüb, zirzəmi qurudur. Zirzəminin tavanı 3 qat 16-lıq armaturla toxunulmuş 17 sm. qalınlığında beton tökmə yəni monolitdir. Evin tavanı da həmçinin 16-lıq armaturla toxunulmuş 14 sm. qalınlığında beton tökmə yəni monolitdir. 2-ci və hətta 3-cü mərtəbəni, 1-ci mərtəbənin planından fərqli də istədiyiniz plana uyğun tikə bilərsiniz. Şəkillərədən də gördüyünüz kimi ev demək olar ki tam təmirlidir, oboylara hazır vəziyyətdə gətirilib. Ev yeni olduğu üçün oboy və pilləkən ustaların məsləhətinə görə bu il vurulacağına görə, yalnız oboyları və pilləkənin üzləməsi qalıb. Bu vəziyyətdə evin təxminən 1000-1500 manat xərci qalıb. Ev 1 qonaq otağı, 3 yataq otağı və mətbəxdən, evin içində tam təmirli ayrı-ayrı hamam tualetdən, enli və 8 m uzunluğunda koridordan ibarətdir. Tavanının hündürlüyü 3m-dir, evin içindən çardağa çıxışı da var. Zirzəmidə 29-luq zəmanəti bitməyən Polşa istehsalı olan Termet kombi və 3-ay əvvəl qoyulan təzə hidroforlu motoru var. Həyətdə, qaz, su, işıq daimidir. Evdə qətiyyən nəmişlik yoxdur, qışda isti, yayda isə sərindir. Hamam-tualet ayrıdır və evin içərisindədir, tam təmirlidir. Hamamda isti pol, yarım tonluq su çəni də var. Otaqların qapıları bahalı MDF qapılardır və üzləməsi də öz materialından olan MDF-lə üzlənilib. Ətrafda 2 qat monolitli, izolatekslə üzlənmiş yeganə evdir. Evdə bahalı hündür membran materialdan qurulmuş yeni mətbəx mebeli və müəyyən əşyalar qalacaq, istəyə uyğun olaraq bütün mebelləri də saxlamaq olar. Ev ümumi olaraq 8.5 sotluq həyətdədir lakin evə aid olan sahə təxminən evlə bir yerdə 3 sotdur. Həyətə giriş ümumi darvazadandır, istəyə uyğun olaraq alıcı həyəti çəpərləyib girişi ayıra da bilər. Həyətdə 1 maşınlıq yer var. Ev sürətli qatara 10 dəqiqəlik məsafədə yerləşir, yaxınlıqda məktəblər, park, marketlər var. Evin yaxınlığından şəhərin bütün istiqamətində marşrutlar işləyir, Koroğluya avtobusla 10, Neftçilərə isə 20 dəqiqlik məsafədədir. Maklerlərə ancaq 1% faiz veriləcək.

 

Ünvan: Elşən Mehdiyev küçəsi, Stimul Hospitalla üzbə-üz küçə, Bakıxanov körpüsünün yanı.

     

 

100 000 M

  • 4 otaq
  • 127 m2
  • 3 sot

Elanın tarixi: 05.03.2021

Elanın kodu: 317484

Baxış sayı: 465

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller