Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır 3 otaqlı Yeni Tikili, Abşeron rayonuKreditlə

Elanın kodu: 9777497

Baxış sayı: 182

Mənzil Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində, Bakı Sumqayıt yolunun düz kənarında, Ər Riyad Mebel Şəhərciyi üzbəüz yerləşir. İnfrastruktur cəhətdən çox əla yerdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası, təcili yardım, Böyüklər və uşaqlar üçün poliklinika, Dost Mərkəzi,məktəb, baxça hamısı binanın 100-150 metrliyində yerləşir. Şəhərcikdən üzü şəhərə 20 yanvar, Avtovağzal, Gənclik metrosuna 199 nömrəli marşurut işləyir. Bundan əlavə Bakı Sumqayıt marşrutları keçir. Şəhərcikdə iri marketlər, Araz market, Oba, Al və digər ərzaq mağazaları, geyim mağazaları, təmir tikinti mağazaları, restoran və kafelər, aptek, uşaq oyun meydançası, futbol meydançası və bir çox digər obyektlər yerləşir. Demək olar yaşam üçün hər şey mövcuddur. Mənzil 11 mərtəbəli binanın 4 cü mərtəbəsində yerləşir. Mənzil orta mənzildir. Künc deyil. Binanın bütün ətrafı binalar olduğuna və mənzil orta mənzil olduğuna görə qışda kombi sistemini aşağı temperaturda istifadə edirik. Nəmişlik qəti yoxdur.Mənzildə qaz, su, işıq, internet daimidir. Əlavə olaraq ehtiyyat üçün su çəni qoyulub. Mənzil qanuni 2 otaqlı olub.Mənzilin proyektində dəyişikliklər edilib.Dəhliz hissəsi kiçildilib, qonaq otağı genişlənib. Mətbəx yataq otağı olub. Mətbəx eyvana səliqəli şəkildə köçürülüb. Mətbəx mebeli səliqəli şəkildə qalıb. Hamam və ayaqyolu ayrı ayrıdır. Giriş qapısı Türkiyənin bahalı seyf qapısı ilə əvəz olunub.Otaq qapıları hamısı keyfiyyətli yığılıb.Kombi belə bahalı və keyfiyyətli firmaya məxsusdur. Mənzil nağd və kredit yolu ilə satılır. Nağd qiyməti əşyasız 84000. Kredit yolu ilə isə 60900 ilkin ödəniş,aylıq 407 manat ödəniş etmək şərti ilə. Bu günə Banka qalan ana borc 23100 manat. Mənzil satılan zaman kondisioner, mətbəx mebeli, dəhliz dolabı qalacaq. Mənzil kreditdə olduğuna görə kupça almamışıq. Amma bütün şəhərcikdə yerləşən mənzillər kupça ilə təmin olunub.Şirkətin xidmət haqqi əmlakın ümumi dəyərin 1%-ini təşkil edir(xidmət haqqına alqı satqı prosesi zamanı bütün hüquqi xidmətlər daxildir).

 

Ünvan: Gənclər Şəhərciyi

60 900 M

  • 3 otaq
  • 70 m2

Elanın tarixi: 30.10.2023

Elanın kodu: 9777497

Baxış sayı: 182

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller