Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır 10 otaqlı Həyət evi/villa, Şüvəlan, Xəzər rayonu

Elanın kodu: 497678

Baxış sayı: 199

Şüvəlanidə 15 sot torpaq sahəsində inşa olunmuş villa satılır. Evin və torpağın mülkiyyət sənədi, qeydiyyat şəhadətnaməsi kupçası mövcuddur. Evdə heç kim yaşamıyıb! Villa “Mayak” ərazisinin mərkəzində, prestijli yerdə və dənizdən 600 metr,çimərlikdən 2 dəqiqə məsafədə yerləşir. Həmçinin, əsas yola yaxın və yoldan qapıya qədər asfalt üzlük olduğu üçün villaya rahat keçid mümkündür. Villadan dənizə gözəl panorama mövcuddur. Ətrafında daimi məskunlaşmış ziyalı qonşular yaşayır.Birinci mərtəbədə 44 m2 qonaq otağı, 36 m 2 mətbəx-yemək otağı, 36 m 2 şüşə örtüklü (cam balkon), yataq otağı, ayrıca çıxışı olan çamaşırxana, hamam otağı layihələndirilib. İkinci mərtəbədə 35 m2 sahəyə malik zal, eyvan, 4 yataq otağı və 3 s / q mövcuddur. Əsas yataq otağının planında vanna və qarderob otağı layihələndirilib. 86 m2 sahəyə malik böyük və hündür mansarda planına hamam otağı da daxildir. Həmçinin 2 maşının yerləşə biləcəyi qaraj və onun üstündə mühafizəçilər və ya qonaqlar üçün nəzərdə tutulmuş mətbəx və mebel ilə təchiz olunmuş otaq, hamam otağı var. Həyətdə cakuzili böyük bir hovuz, besedka, bir istirahət otağı olan sauna, hamam və mini hovuz var.Tikintidə yalnız keyfiyyətli materiallardan istifadə olunub. Mətbəxdəki bütün texniki avadanlıqlar Bosch, mebellər Ampresto, masaüstləri (stoleşnisalar)Corian firmasına məxsusdur. Birinci mərtəbə, eyvan (cam balkon), sauna və bütün hamam otaqlarında İtalyan boruları ilə təchiz olunmuş isti pol quraşdırılmışdır. Hamaların tavan örtüyü fransız dartma tavanlar üslubundadır. Elektrik yuvaları (rozetkalar) və keçidlər (viklyuçatel) İtalya istehsalıdır. İkinci və üçüncü mərtəbədə döşəmə örtüyü bərk akasiya parketdir. Həyətdə manqal, təndir, anbar otağı, kombi (2 ədəd) üçün qazanxana, isti su üçün ayrıca boyler sistemi quraşdırılmışdır. Villa 24 saatlıq video nəzarət ilə təchiz edilmişdir. Yüksək sürətli İnternet bağlantısı üçün fiber optik kabel 5 metr məsafədədir. Qaz, su və işıq problemi yoxdur - 24/7. Həyətdə şirin suyu olan bir artesian quyusu mövcuddur. Su suvarma və məişət ehtiyacları üçün olduqca uyğundur. Real alıcıyla qiymətdə razılaşma ola bilər.

 

Ünvan: Bakı şəhəri, Şüvəlan qəsəbəsi

949 000 M

  • 10 otaq
  • 540 m2
  • 10 sot

Elanın tarixi: 29.08.2022

Elanın kodu: 497678

Baxış sayı: 199

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller