Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin 30%-i təmirli satılır. Lakin 20 il bundan qabaq təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi.
Bəs hansı mənzili almaq daha sərfəlidir - təmirli, yoxsa təmirsiz?
əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, yeni çoxmərtəbəli binalarda satılan mənzillərin əksəriyyəti təmirsiz olur.
"Vətəndaşlar bu mənzillərin təmirini öz üzərinə götürürlər. Lakin bəzi tikinti şirkətləri kreditli şərtlərlə təmirli mənzillər satırlar və vətəndaş onu belə vəziyyətdə almağa məcbur olur.
Köhnə tikili binalara nəzər salsaq, görərik ki, mənzillərin hər biri yüksək olmasa da, təmirli formada satılır. Belə binalarda mənzil alan şəxslər əksər hallarda köhnə təmiri sökərək, özləri yenidən təmir edirlər. Lakin vətəndaşlar təmirsiz mənzil alarkən diqqətli olmalıdır.Təmir edən şirkət və ya qrup peşəkar olmalıdır. Əsas da elektrik naqillərinin, sanitar qovşaqların borularına diqqət etməlidirlər", - o bildirib.
Ekspert qeyd edib ki, yay aylarında həyət evlərinin satışı yüksəlir.
"Bu aylarda təmirli alınan mənzildə fəsadlar qış aylarında üzə çıxır. Mənzil alan vətəndaş mütləq şəkildə peşəkar ustalara müraciət edərək, tikilinin təmirinin keyfiyyətini yoxlatmalıdır".
Əmlak satışı ilə məşğul olan Cəlil Əliyev isə bildirib ki, hansı mənzilin daha sərfəli olduğunu seçmək bir neçə amildən asılıdır və bu qərar sizin şəxsi tələblərinizə, maliyyə vəziyyətinizə və uzunmüddətli məqsədlərinizə bağlıdır.
"Təmirli və təmirsiz mənzillərin hər birinin üstünlükləri və çatışmazlıqları var. Üstünlüklərinə nəzər salsaq, görərik ki, belə mənzillər insana vaxt qazandırır. Təmirli mənzilə daxil olub dərhal yaşayışa başlaya bilərsiniz. Bu, xüsusilə tələbləriniz varsa, əhəmiyyətlidir.
Təmirli mənzillərdə sizə təmir, boyama və digər əlavə xərclər lazım olmayacaq. Lakin təmirə ciddi fikir vermək lazımdır. Çünki bəzi tikinti şirkətləri mənzillərin təmirində tanınmış firmaların materiallarından istifadə edəcəyini reklamlarında bildirsə də, nəticədə ucuz və keyfiytətsiz materiallardan istifadə edir.
Bu da həmin şirkətdən mənzil alan şəxslərin ikiqat ziyana düşməsinə səbəb olur. Təmirli mənzilin dizaynı və üslubu bəzən sizin şəxsi zövqünüzə uyğun gəlməyə bilər. Belə mənzillərin qiyməti də təmirsiz mənzillərə nisbətən daha yüksək olur.
C.Əliyev qeyd edib ki, təmirli mənzillərə nisbətən təmirsiz mənzillərin qiyməti daha aşağıdır.
"Belə mənzilləri öz zövqünüzə görə təmir edib bəzəyə bilərsiniz. Lakin qısa müddətdə yeni evə köçmək istəyirsinizsə və əlavə zamanınız və büdcəniz yoxdursa, təmirli mənzil almaq daha sərfəli ola bilər. Əgər müəyyən bir büdcə ilə işləyirsinizsə və ya öz zövqünüzə uyğun şəkildə evinizi təmir etmək istəyirsinizsə, təmirsiz mənzil daha sərfəli və uyğun seçim ola bilər.
Nəticədə, hər iki seçimin özünəməxsus üstünlükləri var. Ən yaxşı qərarı vermək üçün sizin maliyyə vəziyyətiniz, vaxt məhdudiyyətləriniz və şəxsi ehtiyaclarınız nəzərə alınmalıdır", - deyə o qeyd edib.
- 11.04.2025
- 449
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
63 500Dünən, 23:48Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
3 otaqlı 127 m² 9/9 mərtəbə -
110 000Dünən, 23:21Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
4 otaqlı 110 m² -
60 000Dünən, 23:16Satılır Torpaq
Gəncə ş.
10 sot -
450Dünən, 23:14Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 55 m² 1/5 mərtəbə -
295 000Dünən, 22:38Satılır Həyət evi/villa
Digah, Abşeron r.
5 otaqlı 550 m² -
68 500Dünən, 22:37Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 85 m² -
650Dünən, 22:28Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Kimyaçılar şəhərciyi, Gənclik Mall, Nəsimi r.
2 otaqlı 86 m² 3/14 mərtəbə -
741Dünən, 22:23Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
1 otaqlı 55 m² 8/18 mərtəbə -
400Dünən, 21:52Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 65 m² 9/11 mərtəbə -
450Dünən, 21:52Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 40 m² 6/11 mərtəbə -
500Dünən, 21:49Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
30 m² -
500Dünən, 21:45Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
5 otaqlı 120 m² 5/5 mərtəbə -
100 000Dünən, 21:41Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
7 otaqlı 180 m² -
185 000Dünən, 21:37Satılır Köhnə Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 80 m² 1/9 mərtəbə -
215 000Dünən, 20:20Satılır Köhnə Tikili
Xətai r.
4 otaqlı 100 m² 2/10 mərtəbə -
155 000Dünən, 20:15Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 45 m² 4/5 mərtəbə -
400Dünən, 19:53Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 38 m² 3/9 mərtəbə -
700Dünən, 19:51Kirayə (aylıq) Obyekt
Nəsimi r.
40 m² -
2 200Dünən, 19:47Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Nərimanov heykəli, Yasamal r.
4 otaqlı 114 m² -
250 000Dünən, 19:45Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 72 m² 4/4 mərtəbə -
270 000Dünən, 19:32Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 106 m² 6/9 mərtəbə -
285 000Dünən, 19:18Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 100 m² 9/9 mərtəbə -
500Dünən, 19:12Kirayə (aylıq) Həyət evi/villa
Azadlıq m., Rəsulzadə qəs., Binəqədi r.
2 otaqlı 42 m² -
126 000Dünən, 19:05Satılır Torpaq
Quba ş.
126 sot -
410 000Dünən, 19:02Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
5 otaqlı 150 m² 6/17 mərtəbə -
62 000Dünən, 19:01Satılır Torpaq
Buzovna, Xəzər r.
4 sot -
165 000Dünən, 18:45Satılır Yeni Tikili
Ulduz m., Nərimanov r.
1 otaqlı 53.4 m² 8/14 mərtəbə -
64 000Dünən, 18:22Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 43 m² 3/7 mərtəbə -
1 100Dünən, 18:14Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 70 m² 8/15 mərtəbə -
1 100Dünən, 18:01Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 110 m² 6/18 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller