Türkiyə hökuməti fevral ayında baş verən zəlzələdən sonra ölkənin mənzil fondunun yenilənməsi və qəzala binaların sökülərək yeniləri ilə əvəz edilməsi ilə bağlı işlərə start verib. Dekabrın 23-də İstanbulda yeni tikinti işləri başlayıb.
Buna həsr edilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ümumilikdə ölkədə 31 milyon yaşayış yeri və 5 milyon ticarət sahəsi daxil olmaqla 36 milyon müstəqil ərazi var, onların 6 milyonu risk altındadır, 2 milyon tikili isə təcili yenidən qurulmalıdır.
İstanbul şəhəri yenidənqurmaya ən çox etiyacı olan ərazidir. Şəhərdə 6 milyon yaşayış və 1,5 milyon ticarət sahəsindən ibarət 7,5 milyon müstəqil ərazi var. Onların 600 mini təcili çevrilməlidir.
Yeni layihə çərəivəsində 800 min müstəqil bölmənin çevrilməsi nəzərdə tutulur.
İndiyədək ilkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.
Şərtlərə görə, İstanbulda hər mənzilin yenidən qurulmasına 1,5 lirə ayrılacaq. Bunun 100 min lirəsi ev hazır olanadək kirayə üçün veriəcək. Tikinti üçün qalan məbləğ isə yarı bölünəcək – 700 min lirəsini dövlət ödəyəcək, 700 min irə isə vətəndaşa güzəştli kredit kimi veriləcək. Onun ödənişinə mənzil hazır olandan 1 il sonra başlanacaq. Ona görə də layihə “Yarısı bizdən” adlanır.
Ərdoğan bildirib ki, Şəhərlərin yenidən qurulması ilə bağlı “Yarısı bizdən” kampaniyasına istanbullular böyük maraq göstərib. Kampaniya çərçivəsinlə evlərin yenidən qurulması üçün bu günə qədər 1 milyon 233 min müraciət edilib: “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.
Bildirilib ki, indiyədək kampaniyaya müraciət edib 100 faiz razılığa gəlinilən əmlak sayı 71 mini keçib. Əlli faiz və daha çox razılıq alanların sayı isə 158 minə çatıb. Yüz bina olmaqla 500 nəfərlə ilk müqavilələr bağlanıb.
Türkiyə Prezidenti elan edib ki, İstanbulun yenidən qurulması layihəsi çərçivəsində söküntü işləri də başlamalıdır.
Bu il fevralın 6-da ölkənin 11 vilayətində 14 milyon insana təsir göstərən dağıdıcı zəlzələni xatırladan Ərdoğan bildirib ki, «İstanbul başda olmaqla, 81 əyalətimizə edə biləcəyimiz ən böyük yaxşılıq şəhərsalmadır».
Ümumilikdə hökumət bu işlərə 500 milyard lirəyə yaxın vəsait xərcləyəcək. Bunun 128 milyard lirəsi İstanbula ayrılacaq.
Evlərin yeniən qurulması ilə yanaşı, qarşıdakı dövrdə İstanbul ətrafında 400 min yeni evin inşa ediləcəyi və bunlardan 100 min mənzilin sosial ev olacağı bildirilib. Ərdoğan hökumətin şərtləri ilə razılaşan ailələri çağırıb ki, öz qonşularını da buna inandırsınlar.
Zəlzələdə 50 min nəfərin həlak olduğunu xatırladan Ərdoğan bildirib ki, Türkiyənin 66 faizi zəlzələ riski olan ərazilərdə yerləşir. Biz ötən əsrdə 6 və daha yüksək bal gücündə 230-dan çox zəlzələyə məruz qalmışıq. 130 mindən çox qardaşımız dünyasını dəyişdi. İqtisadi cəhətdən də ağır qiymət ödədik. 17 avqustun təsirini illərdir hiss edirik. Fevralın 6-nın dəyəri 104 milyard dollardan çoxdur. Düzgün diaqnoz qoymaq müalicənin yarısıdır. Biz zəlzələləri yox, çürük, sağlam olmayan binaların öldürməsi prinsipini özümüzə daxil etməliyik. Şübhəsiz ki, Türkiyənin əsas məsələsi bina fondunun sürətlə yenilənməsidir».
«Məqsədimiz 5 il ərzində 600 mini təcili olmaqla cəmi 1,5 milyon müstəqil riskli tikilini yenilən qurmaqdır. Bu məqsədlə mütəxəssislərin fikirlərini götürərək yol xəritəsi hazırladıq. Bu yaxınlarda qanunvericiliyə düzəlişlər etdik»-deyə prezident elan edib.