İkinci Qarabağ müharibəsi zamanı ziyan dəyən 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri yekunlaşdı

Azərbaycanda 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlamasında deyilir.
"İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12 000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib", - məlumatda deyilir.
Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə paralel olaraq start verib: ilk mərhələdə zəruri hazırlıq işləri aparılıb, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılıb, iş həcmi dəqiqləşdirilib, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılıb, həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanıb.
Hazırda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Tikinti və təmir-bərpa işlərinin surətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.
"Hazırkı mərhələdə 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə surətlə davam edir. Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir. Bununla yanaşı 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib", - komitənin məlumatında bildirilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların mümkün ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri resurslarını səfərbər edib və 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. (Apa)
- 11.07.2021
- 409
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
380 000Bugün, 13:12Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
5 otaqlı 340 m² -
899Bugün, 13:12Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 110 m² 13/16 mərtəbə -
900Bugün, 13:08Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 110 m² 13/16 mərtəbə -
110 000Bugün, 13:03Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 75 m² 3/5 mərtəbə -
765 000Bugün, 12:59Satılır Yeni Tikili
Sahil m., Səbail r.
4 otaqlı 168 m² 5/10 mərtəbə -
1 196Bugün, 12:56Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Montin qəs., Funda Tibb Mərkəzi, Nərimanov r.
6 otaqlı 180 m² -
235 000Bugün, 12:53Satılır Köhnə Tikili
Sahil m., Sahil bağı, Səbail r.
3 otaqlı 86 m² 2/5 mərtəbə -
800Bugün, 12:51Kirayə (aylıq) Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 87 m² 6/16 mərtəbə -
24 999Bugün, 12:48Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 107 m² 12/17 mərtəbə -
1 400Bugün, 12:46Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 140 m² 8/16 mərtəbə -
82 000Bugün, 12:45Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 82.4 m² 14/16 mərtəbə -
92 000Bugün, 12:45Satılır Həyət evi/villa
Saray, Abşeron r.
4 otaqlı 125 m² -
127 000Bugün, 12:37Satılır Bağ evi
Zığ qəs., Suraxanı r.
4 otaqlı 1.5 sot -
3 000Bugün, 12:37Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
500 m² -
65 700Bugün, 12:33Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 73 m² 15/16 mərtəbə -
1 400Bugün, 12:33Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
100 m² -
112 000Bugün, 12:33Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 92.4 m² 4/9 mərtəbə -
290 000Bugün, 12:30Satılır Həyət evi/villa
Xırdalan ş.
7 otaqlı 220 m² -
200Bugün, 12:29Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 140 m² 13/14 mərtəbə -
118 000Bugün, 12:24Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 72 m² 14/14 mərtəbə -
3 500Bugün, 12:24Kirayə (aylıq) Obyekt
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
950 m² -
235 000Bugün, 12:22Satılır Yeni Tikili
Nardaran qəs., Sea Breeze, Sabunçu r.
1 otaqlı 57 m² 7/10 mərtəbə -
165 000Bugün, 12:20Satılır Həyət evi/villa
Xırdalan ş.
6 otaqlı 180 m² -
232 000Bugün, 12:20Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 69 m² 14/16 mərtəbə -
3 500Bugün, 12:16Kirayə (aylıq) Obyekt
Nərimanov r.
125 m² -
315 000Bugün, 12:14Satılır Torpaq
Şüvəlan, Xəzər r.
12 sot -
500Bugün, 12:13Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 60 m² 14/14 mərtəbə -
1 200Bugün, 12:12Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 97 m² 17/27 mərtəbə -
400Bugün, 12:11Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
15 m² -
599Bugün, 12:09Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 72 m² 4/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

