Ekspertin fikrincə, qanunvericiliyin dəyişməsi inşaat bazarına da təsirsiz ötüşməyəcək: “İşıq, qaz və suyu olmayan evlərdə heç kim yaşamaq istəməyəcək. Nəticədə tikinti məhsulları bazarında təklif tələbi üstələyəcək. Çünki inşaat məhsulları bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evləridir. Qanuna edilən dəyişikliyə əsasən, çıxarışı olmayan torpaqlarda evlərin inşası zəifləyəcək". (Report)
Gələn il Azərbaycanın daşınmaz əmlak bazarında - Hansı Yeniliklər Gözlənilir?

Bu il Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana insan axınının və paralel olaraq kapital axınının güclənməsi fonunda ölkənin daşınmaz əmlak sahəsində aktivliyin artması, qiyməti sürətlə artan mənzillərin və fərdi evlərin etibarlı yatırıma çevrilməsi, eləcə də Rəqabət Məcəlləsinin qəbul edilməsi, biznes mühitinin inkişafı gələn il də əmlak bazarında builki tendensiyanın qorunub-saxlanılacağına zəmin yaradır. Bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
“Mənzillər bir qədər də bahalaşacaq”
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda mənzillər bir qədər də bahalaşacaq: “Böyük ehtimalla gələn il də bir sıra ölkələrin vətəndaşlarının, o cümlədən həmvətənlərimizin Azərbaycana kütləvi axını davam edəcək, onlar ölkənin daşınmaz əmlak bazarında pay sahibi olmaq istəyəcək, bunlar isə mənzil bazarında qiymətləri bir qədər də artıracaq. Əsas tələbat isə yeni binalarda 1-2, köhnə binalarda isə 2-3 otaqlı mənzillərə olacaq. Son illər müşahidə olunan tendensiya onu söyləməyə əsas yaradır ki, daşınmaz əmlak bazarının hərəkətverici qüvvəsi rolunda çıxış edən sosial ipoteka istifadəçiləri daha çox yeni binalara üz tutur. Eyni zamanda kiçik sahəyə malik yeni mənzillər həm investisiya qoyuluşu üçün münasibdir, həm də yeni ailə qurmuş şəxslərin əsas seçimidir. Köhnə mənzillərə gəlincə isə “Leninqrad”, “Kiyev” və “Eksperimental” layihəli binalara əsas seçimlər olacaq. Bazarın böyüməsi həm də İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti ilə birbaşa bağlı olacaq".
“İlkin mənzil bazarı daha rentabellidir”
Ekspert qeyd edib ki, ilkin mənzil bazarı ümumi mənzil portfelinin təxminən yarısını əhatə edir və bu nisbətin gələn ildə də dəyişməyəcəyini proqnozlaşdırmaq olar: "Yeni tikililərin inşasında müəyyən fasilələr yaransa da, son dövrlər bu sahədə yenidən aktivlik nəzərə çarpır. Əsasən də, sökülən evlərin yerində pilot layihələrin inşası zamanı sürətli artım müşahidə olunur. Xüsusən sosial ipoteka şərtləri ilə mənzillərin satışı, ilkin mənzil bazarına aid subyektlərin əksəriyyətində çıxarışların verilməsi, müasir tələblər meyarına daha çox bu bazarın adekvat olması, gənc ailələrin ilkin mənzil bazarına üstünlük verməsi, güzəştli şərtlərlə sosial mənzillərin satışa çıxarılması, paytaxtın müxtəlif ərazilərində müasir yaşayış komplekslərinin inşası, Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana üz tutan miqrantların sayının artması, Rusiyada və Ukraynada yaşayan soydaşlarımızın əmlak bazarına investisiya qoyuluşunun artması, eyni zamanda rəqabət meylliliyi bu bazarın əhəmiyyət yükünü artırır. Bu səbəbdən ilkin mənzil bazarı daha rentabelli və perspektivli bazar kimi səciyyələndirilə bilər. Təkrar mənzil bazarında olduğu kimi, ilkin mənzil bazarında da İpoteka və Kredit Zəmanət Fondunun gələcək fəaliyyət istiqamətləri bazara təsir edən əsas faktorlardan olacaq. Hesab edirik ki, ənənəvi olaraq ilin əvvəlində yaşanan bahalaşma dalğası daşınmaz əmlak bazarına da təsir edəcək. İlin əvvəlində minimum əmək haqqı və müavinətlər 10-11 % civarında artırılacaq, bu da manatın alıcılıq qabiliyyətinə təsirsiz ötüşməyəcək. Ehtimal olunur ki, 2024-cü ildə 10-15 % aralığında mənzil bazarına edilən təklif qiymətləri yüksələcək. Ümumi artım tendensiyası köhnə binalara da təsir göstərəcək, amma bu, yeni tikililərdə olduğu qədər gözlənilmir”.
“Çıxarışlı torpaqlar, bağ və fərdi yaşayış evləri də bahalaşacaq”
V.Oruc torpaq sahələri, bağ və fərdi yaşayış evləri ilə də bağlı proqnozlarını da açıqlayıb: “Bu il oktyabrın 1-dən Azərbaycanda çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Odur ki, çıxarışlı torpaqların və həyət evlərinin qiymətləri artıb. 2024-cü ildə bu artım daha çox olacaq. Çünki qadağa yeni qüvvəyə minib və onun əsas təsirləri il ərzində müşahidə olunacaq. Bu gün Bakıda və Abşeronda çıxarışlı torpaq sahələrinin sayı azdır. Əksər torpaq sahələrində bələdiyyə sənədi, SSRİ dövründən qalmış, kolxoz və sovxozlardan verilmiş payçı sənədləri mövcuddur. İndiyə qədər bazara təklif olunan ən ucuz evlər də məhz bu kateqoriyaya aid evlər idi. Qiymətlər münasib olduğuna görə, aztəminatlı əhali üçün əlçatan idi. Təbii ki, qanunvericiliyə edilən son dəyişiklikdən sonra bu evləri alanlar olmayacaq. Bu seqment üzrə bazarda dərin qıtlıq hökm sürəcək. Əvəzində çıxarışlı torpaqlara və həyət evlərinə meyl olacaq".
“Tikinti materialları bazarında təklif tələbi üstələyəcək”
- 19.12.2023
- 238
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Bütün xəbərlərYeni Elanlar
- 122 100 AZNBugün, 20:45
Satılır Torpaq
Qəbələ ş.
111 sot - 420 000 AZNBugün, 20:42
Satılır Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 150 m² 13/18 mərtəbə - 1 400 AZNBugün, 20:42
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 160 m² 12/24 mərtəbə - 1 000 AZNBugün, 20:41
Kirayə (aylıq) Ofis
Nəsimi r.
4 otaqlı 110 m² - 90 AZNBugün, 20:38
Kirayə (günlük) Bağ evi
Novxanı, Abşeron r.
4 otaqlı 12 sot - 100 AZNBugün, 20:36
Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
3 otaqlı - 1 300 AZNBugün, 20:18
Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Tibb Universiteti, Nəsimi r.
4 otaqlı 180 m² 6/16 mərtəbə - 1 000 AZNBugün, 19:14
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 58 m² 4/14 mərtəbə - 140 000 AZNBugün, 19:12
Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 50 m² 3/17 mərtəbə - 2 800 AZNBugün, 19:06
Kirayə (aylıq) Obyekt
Aşağı Güzdək, Abşeron r.
500 m² - 900 AZNBugün, 18:58
Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Tibb Universiteti, Nəsimi r.
3 otaqlı 80 m² 15/18 mərtəbə - 1 000 AZNBugün, 18:55
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 75 m² 13/18 mərtəbə - 650 AZNBugün, 18:53
Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 40 m² 3/5 mərtəbə - 54 500 AZNBugün, 18:50
Satılır Torpaq
Hökməli, Abşeron r.
20 sot - 1 700 AZNBugün, 18:50
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., İzmir parkı, Yasamal r.
3 otaqlı 180 m² 15/21 mərtəbə - 188 000 AZNBugün, 18:47
Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 70 m² 13/20 mərtəbə - 2 200 AZNBugün, 18:46
Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 110 m² 11/20 mərtəbə - 1 000 AZNBugün, 18:44
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 77 m² 7/17 mərtəbə - 950 AZNBugün, 18:40
Kirayə (aylıq) Ofis
28 May m., Kubinka, Nəsimi r.
1 otaqlı 15 m² - 850 AZNBugün, 18:37
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 96 m² 10/16 mərtəbə - 34 000 AZNBugün, 18:36
Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 12 m² 5/5 mərtəbə - 850 AZNBugün, 18:36
Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 92 m² 1/5 mərtəbə - 1 000 AZNBugün, 18:28
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 110 m² 3/15 mərtəbə - 74 000 AZNBugün, 18:27
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 51 m² 4/6 mərtəbə - 850 AZNBugün, 18:26
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 55 m² 5/15 mərtəbə - 2 000 AZNBugün, 18:24
Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
70 m² - 139 500 AZNBugün, 18:23
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 61 m² 15/22 mərtəbə - 850 AZNBugün, 18:22
Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 70 m² 17/19 mərtəbə - 1 200 AZNBugün, 18:20
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 136 m² 2/13 mərtəbə - 130 000 AZNBugün, 18:20
Satılır Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 60 m² 5/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller