Füzuli Mərkəzi Parkı yaradılacaq - 22.4 Ha sahəsni əhatə edəcək

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının ərazisində müasir, rahat və inklüziv idman infrastrukturunun yaradılması ilə bağlı idman sahəsinin və cəmiyyətin digər müvafiq nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Maliyyə və maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, QDF-in donoru Avrora Qrup-un prezidenti Ceyhun Abbasov, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov, Sidney Olimpiya oyunlarının (2000-ci il) yüngül atletika üzrə iştirakçısı, sahibkar Faiq Bağırov, “AzFit” MMC-nin direktoru İbrahim Mirzəyev, “First Fitness” MMC-nin direktoru Fəyyaz İldırımzadə, eləcə də aidiyyəti qurumların nümayəndələri, idman mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. Bütün bu işlər Füzuli rayonunu da əhatə edir. Belə ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq burada multifunksional mərkəzi parkın salınması nəzərdə tutulur. Parkın salınması həm də ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verəcək.
Layihələndirilən park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.
Eyni zamanda park sahəsində istirahət və piknik zonaları, açıq yaşıllıq sahələri, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərlə yanaşı, müxtəlif yaş qrupları nəzərə alınmaqla idman məqsədilə istifadə ediləcək sahələrin, təbii hərəkətlilik və piyada gəzinti imkanlarının yaradılması məqsədi ilə rahat gəzinti və velosipedlər üçün yolların yaradılması da nəzərdə tutulub.
Fondun İdarə Heyətinin sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bölgələrdə yeni yaradılan parklarda insanların idmanla məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Rəhman Hacıyev qeyd edib ki, görüşün keçirilməsində də məqsəd Füzuli Mərkəzi Parkında idman infrastrukturunun yaradılması zamanı cəmiyyətin müxtəlif nümayəndələrinin maraq və gözləntilərini nəzərə almaqla, müxtəlif, o cümlədən, yaşlı və fiziki imkanları məhdud olan insanların idmanla məşğul olmaları üçün rahat və keyfiyyətli şəraitin yaradılmasıdır.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkında yaradılacaq idman infrastrukturu ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 22.4 hektar ərazini əhatə edəcək parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğularının, o cümlədən piyada, qaçış və velosiped yollarının, minifutbol və multifunksional idman sahələrinin, yaşlı, sabit fiziki və ya hissiyyat pozuntuları olan insanların da tələbatlarını nəzərə alan idman meydançalarının, müxtəlif təyinatlı idman qurğularının layihələndirilməsi nəzərdə tutulur.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları - Gənclər və İdman Nazirliyinin şöbə müdirləri Elnur Məmmədov və Elmir Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və digər iştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, dünyada ən tanınmış parklarda istifadə olunan yanaşmalar və həllərə istinad olunmasını müsbət qiymətləndiriblər.
İki saatdan artıq davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
- 31.01.2023
- 1302
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
380Bugün, 21:29Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 68 m² 13/14 mərtəbə -
165Bugün, 21:29Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 7-ci mikrorayon, Gənclik Mall, Binəqədi r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
580 000Bugün, 21:28Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
4 otaqlı 174 m² 4/16 mərtəbə -
230 000Bugün, 21:28Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Şərq Bazarı, Nərimanov r.
2 otaqlı 55 m² 12/16 mərtəbə -
90 000Bugün, 21:27Satılır Torpaq
Buzovna, Xəzər r.
3 sot -
260 000Bugün, 21:26Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
4 otaqlı 100 m² 7/9 mərtəbə -
175 000Bugün, 21:24Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
650Bugün, 21:24Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 95 m² 7/16 mərtəbə -
268 000Bugün, 21:23Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 66 m² 17/18 mərtəbə -
160 000Bugün, 21:23Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 8/9 mərtəbə -
560 000Bugün, 21:23Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 136 m² 9/17 mərtəbə -
125 000Bugün, 21:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 76 m² 7/16 mərtəbə -
560 000Bugün, 21:22Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 125 m² 13/18 mərtəbə -
23 000Bugün, 21:21Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 52 m² 9/12 mərtəbə -
398 000Bugün, 21:21Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 98 m² 14/17 mərtəbə -
35 500Bugün, 21:21Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 91 m² 2/14 mərtəbə -
290 000Bugün, 21:20Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 70 m² 18/21 mərtəbə -
163 000Bugün, 21:20Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 72 m² 7/15 mərtəbə -
59 000Bugün, 21:19Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 6/6 mərtəbə -
250 000Bugün, 21:18Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 100 m² 6/16 mərtəbə -
424 000Bugün, 21:18Satılır Yeni Tikili
28 May m., Qış parkı, Nəsimi r.
3 otaqlı 106 m² 8/20 mərtəbə -
600Bugün, 21:18Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 70 m² 16/17 mərtəbə -
525 000Bugün, 21:15Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
4 otaqlı 176 m² 4/16 mərtəbə -
120 000Bugün, 21:15Satılır Həyət evi/villa
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 110 m² -
50 000Bugün, 21:14Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 54 m² -
160 000Bugün, 21:14Satılır Obyekt
Sahil m., Nəsimi r.
50 m² -
385 000Bugün, 21:14Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
4 otaqlı 149 m² 8/16 mərtəbə -
290 000Bugün, 21:12Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 85 m² 10/14 mərtəbə -
900Bugün, 21:11Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 140 m² 15/18 mərtəbə -
245 000Bugün, 21:11Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 62 m² 16/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

