Evdən hərraca qatılmaqla əmlak almaq - Azərbaycanda ilk dəfə

Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Artıq özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirdiyi yenilik olan “Elektron Hərrac” sayəsində mümkün olub. Özü də bu imkandan təkcə Azərbaycan vətəndaşları deyil, xarici investorlar da istifadə edə bilər.
Elektron və ya onlayn hərraclar Azərbaycanda dövlət əmlakının özəlləşdirilmə prosesində tətbiq edilən ən böyük yenilikdir. Onlayn hərracın tətbiqi özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.
Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb edilməsinə imkan verəcək.
Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.
Elektron Hərrac vasitəsilə nəqliyyat vasitələrinə, həmçinin kiçik dövlət müəssisələrinə, səhmdar cəmiyyətlərin səhm paketlərinə, qeyri-yaşayış və torpaq sahələrinə sahib olmaq mümkündür. Hərracların elektron qaydada keçirilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.
Bu amil 26 dekabr tarixində keçirilən növbəti hərracda da özünü göstərib. Belə ki, budəfəki hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi olub.
Ümumilikdə isə bu hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsada 10 min 500 manata sahibini tapıb. Eyni zamanda Nəsimi rayonunda yerləşən sahəsi 15,2 kv.m olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək yüksəlib.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edilməlidir ki, iştirakçı Elektron Hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməni seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Onlayn rejimdə iştirak etmək istəyən şəxs Komitənin rəsmi səhifəsində Elektron xidmətlər portalında, «Onlayn hərrac» bölməsinə daxil olaraq “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır.
Onlayn hərrac da adi hərrac kimi, iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. Müvafiq xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə, istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1%-dən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir.
Bu zaman «İştirakçı nömrəsi» və «Cari qiymət» xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.
Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.
Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.
Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.
- 26.12.2017
- 1348
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
270 000Dünən, 23:44Satılır Bağ evi
Goradil, Abşeron r.
7 otaqlı 4 sot -
200 000Dünən, 22:57Satılır Bağ evi
Buzovna, Xəzər r.
5 otaqlı 6 sot -
195 000Dünən, 22:44Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 200 m² -
200 000Dünən, 22:42Satılır Torpaq
Əhmədli m., Əhmədli, Xətai r.
5 sot -
2 500Dünən, 22:36Kirayə (aylıq) Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
8 otaqlı 305 m² -
1 500Dünən, 22:33Kirayə (aylıq) Obyekt
Xırdalan ş.
60 m² -
62 000Dünən, 22:17Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
3 otaqlı 85 m² -
15 000Dünən, 22:11Satılır Torpaq
Yaşma bağları r., Sumqayıt ş.
6 sot -
87 000Dünən, 22:07Satılır Torpaq
Zirə, Xəzər r.
12 sot -
280Dünən, 21:58Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 43 m² -
47 000Dünən, 21:54Satılır Həyət evi/villa
İnşaatçılar r., Sumqayıt ş.
4 otaqlı 150 m² -
1 200Dünən, 21:48Kirayə (aylıq) Obyekt
Dərnəgül m., Binəqədi r.
80 m² -
229 000Dünən, 21:45Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
5 otaqlı 120 m² 4/5 mərtəbə -
103 000Dünən, 21:22Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 75 m² 3/6 mərtəbə -
47 000Dünən, 21:21Satılır Obyekt
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
22 m² -
1 800Dünən, 21:18Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
82 m² -
400Dünən, 20:07Kirayə (aylıq) Yeni Tikili
72-ci məhəllə r., Sumqayıt ş.
3 otaqlı 86 m² 3/12 mərtəbə -
999 000Dünən, 20:02Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 3/7 mərtəbə -
850Dünən, 19:46Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Səbail r.
2 otaqlı 45 m² 2/3 mərtəbə -
500Dünən, 19:43Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
1 otaqlı 50 m² 9/16 mərtəbə -
115 000Dünən, 19:43Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 53 m² 9/15 mərtəbə -
400Dünən, 19:30Kirayə (aylıq) Obyekt
Koroğlu m., Sabunçu qəs., Sabunçu r.
30 m² -
90 000Dünən, 19:27Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 75 m² 5/6 mərtəbə -
400Dünən, 18:59Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
51 000Dünən, 18:55Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 33 m² 2/16 mərtəbə -
1 500Dünən, 18:51Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 105 m² 13/24 mərtəbə -
90 000Dünən, 18:49Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 72 m² 5/6 mərtəbə -
1 500Dünən, 18:45Kirayə (aylıq) Yeni Tikili
28 May m., Azərbaycan Dillər Universiteti, Nəsimi r.
4 otaqlı 150 m² 6/9 mərtəbə -
1 500Dünən, 18:44Kirayə (aylıq) Torpaq
Xaçmaz ş.
8 sot -
275 000Dünən, 18:30Satılır Yeni Tikili
Nərimanov r.
2 otaqlı 85 m² 3/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
