Evdən hərraca qatılmaqla əmlak almaq - Azərbaycanda ilk dəfə
Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Artıq özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirdiyi yenilik olan “Elektron Hərrac” sayəsində mümkün olub. Özü də bu imkandan təkcə Azərbaycan vətəndaşları deyil, xarici investorlar da istifadə edə bilər.
Elektron və ya onlayn hərraclar Azərbaycanda dövlət əmlakının özəlləşdirilmə prosesində tətbiq edilən ən böyük yenilikdir. Onlayn hərracın tətbiqi özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.
Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb edilməsinə imkan verəcək.
Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.
Elektron Hərrac vasitəsilə nəqliyyat vasitələrinə, həmçinin kiçik dövlət müəssisələrinə, səhmdar cəmiyyətlərin səhm paketlərinə, qeyri-yaşayış və torpaq sahələrinə sahib olmaq mümkündür. Hərracların elektron qaydada keçirilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.
Bu amil 26 dekabr tarixində keçirilən növbəti hərracda da özünü göstərib. Belə ki, budəfəki hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi olub.
Ümumilikdə isə bu hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsada 10 min 500 manata sahibini tapıb. Eyni zamanda Nəsimi rayonunda yerləşən sahəsi 15,2 kv.m olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək yüksəlib.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edilməlidir ki, iştirakçı Elektron Hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməni seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Onlayn rejimdə iştirak etmək istəyən şəxs Komitənin rəsmi səhifəsində Elektron xidmətlər portalında, «Onlayn hərrac» bölməsinə daxil olaraq “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır.
Onlayn hərrac da adi hərrac kimi, iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. Müvafiq xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə, istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1%-dən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir.
Bu zaman «İştirakçı nömrəsi» və «Cari qiymət» xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.
Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.
Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.
Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.
- 26.12.2017
- 1356
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
65 000Bugün, 14:19Satılır Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 80.5 m² 7/12 mərtəbə -
2 000Bugün, 14:19Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Papanin, Nəsimi r.
4 otaqlı 170 m² 3/16 mərtəbə -
5 600Bugün, 14:18Kirayə (aylıq) Ofis
Xətai m., Xətai r.
4 otaqlı 160 m² -
220 000Bugün, 14:12Satılır Köhnə Tikili
Gənclik m., Koala parkı, Nəsimi r.
3 otaqlı 68 m² 3/5 mərtəbə -
193 000Bugün, 14:12Satılır Yeni Tikili
Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 90 m² 9/16 mərtəbə -
200Bugün, 14:08Kirayə (aylıq) Obyekt
Əhmədli, Xətai r.
10 m² -
200Bugün, 14:08Kirayə (aylıq) Obyekt
Əhmədli, Xətai r.
70 m² -
34 500Bugün, 14:08Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 91 m² 14/14 mərtəbə -
800Bugün, 14:06Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 77 m² 1/1 mərtəbə -
700Bugün, 14:02Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 65 m² 1/11 mərtəbə -
800Bugün, 13:58Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
4 otaqlı 80 m² 7/9 mərtəbə -
35 000Bugün, 13:52Satılır Yeni Tikili
Abşeron r.
2 otaqlı 91 m² 14/14 mərtəbə -
420 000Bugün, 13:51Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 120 m² 5/16 mərtəbə -
135 000Bugün, 13:51Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 50 m² 2/5 mərtəbə -
25 000Bugün, 13:42Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 96 m² 2/19 mərtəbə -
600Bugün, 13:35Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
2 otaqlı 40 m² 9/9 mərtəbə -
800Bugün, 13:31Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 12/16 mərtəbə -
124 500Bugün, 13:31Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 35 m² 1/5 mərtəbə -
599Bugün, 13:29Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Sabunçu r.
3 otaqlı 70 m² 5/20 mərtəbə -
145 000Bugün, 13:28Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 84.5 m² 12/12 mərtəbə -
700Bugün, 13:26Kirayə (aylıq) Yeni Tikili
Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 105 m² 4/16 mərtəbə -
1 600 000Bugün, 13:26Satılır Obyekt
Binə qəs., Xəzər r.
900 m² -
1 100Bugün, 13:15Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 100 m² 5/5 mərtəbə -
72 900Bugün, 13:14Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 5/6 mərtəbə -
150 000Bugün, 13:14Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 38 m² 6/9 mərtəbə -
642 400Bugün, 13:11Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 146 m² 7/8 mərtəbə -
800Bugün, 13:11Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 65 m² 14/16 mərtəbə -
630Bugün, 13:03Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., Binəqədi r.
2 otaqlı 50 m² 14/17 mərtəbə -
650Bugün, 13:03Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 76 m² 4/9 mərtəbə -
129 000Bugün, 12:54Satılır Köhnə Tikili
Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 68 m² 7/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller