Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli yeni binası istifadəyə verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.
Qeyd edilibki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.
Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.
Azərbaycanda dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.
Marja.az
- 30.03.2023
- 2472
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
450Dünən, 22:07Kirayə (aylıq) Həyət evi/villa
1-ci məhəllə r., Sumqayıt ş.
5 otaqlı 200 m² -
125 000Dünən, 22:07Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 9/12 mərtəbə -
450Dünən, 22:00Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
5 otaqlı 130 m² -
600Dünən, 21:59Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 60 m² 3/9 mərtəbə -
150Dünən, 21:55Kirayə (aylıq) Həyət evi/villa
Azadlıq m., Rəsulzadə qəs., Binəqədi r.
5 otaqlı 100 m² -
200Dünən, 21:51Kirayə (aylıq) Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 50 m² -
340 000Dünən, 21:50Satılır Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 140 m² 15/16 mərtəbə -
600Dünən, 21:42Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 57 m² 6/9 mərtəbə -
280Dünən, 21:40Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 32 m² 2/3 mərtəbə -
84 000Dünən, 21:37Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 62 m² 6/17 mərtəbə -
100Dünən, 21:35Kirayə (günlük) Bağ evi
Novxanı, Abşeron r.
5 otaqlı 6 sot -
122 000Dünən, 21:15Satılır Yeni Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 70 m² 5/7 mərtəbə -
510 000Dünən, 21:10Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 188 m² 8/15 mərtəbə -
145 000Dünən, 21:00Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 4/14 mərtəbə -
132 000Dünən, 20:56Satılır Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 55 m² 2/17 mərtəbə -
162 000Dünən, 20:54Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
5 otaqlı 150 m² -
163 000Dünən, 20:53Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 72.2 m² 7/15 mərtəbə -
380 000Dünən, 20:50Satılır Obyekt
Suraxanı qəs., Suraxanı r.
225 m² -
133 000Dünən, 20:44Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
3 otaqlı 70 m² 3/5 mərtəbə -
24 000Dünən, 20:33Satılır Torpaq
Lənkəran ş.
12 sot -
88 000Dünən, 20:32Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 54 m² 2/6 mərtəbə -
188 000Dünən, 20:28Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
4 otaqlı 100 m² 6/9 mərtəbə -
163 500Dünən, 20:28Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 75 m² 19/20 mərtəbə -
99 000Dünən, 20:25Satılır Köhnə Tikili
Xırdalan ş.
3 otaqlı 60 m² 4/4 mərtəbə -
179 500Dünən, 20:19Satılır Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 96 m² 8/15 mərtəbə -
100Dünən, 20:10Kirayə (günlük) Bağ evi
Şüvəlan, ANS telekanalı, Xəzər r.
5 otaqlı 4 sot -
155 000Dünən, 20:06Satılır Həyət evi/villa
Mərdəkan, Gənclik Mall, Xəzər r.
4 otaqlı 252 m² -
34 000Dünən, 20:00Satılır Həyət evi/villa
Xırdalan ş.
1 otaqlı 40 m² -
500Dünən, 19:51Kirayə (aylıq) Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 51 m² 8/16 mərtəbə -
2 200Dünən, 19:50Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
55 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

