Əmlak bazarında çaşqınlıq: Ev almaq üçün rəsmi deklarasiya tələb olunur? - Ekspertlərtin RƏYİ + FOTO

Daşınmaz əmlak bazarında alıcılar üçün problemlər yaranıb. Belə ki, ev, mənzil, bağ sahəsi və s. almaq istəyən vətəndaşlardan yazılı deklarasiya tələb olunur. Bakı şəhərindəki bəzi notariuslar 20 000 manatdan yuxarı olan məbləğlərə görə alıcıdan pulun mənbəyini təqdim etməsi üçün sənəd tələb edir və vətəndaşlara bildirir ki, “Yanvarın birindən təzə qərar çıxıb, deklarasiyasız mümkün deyil. Əlinizdə sənəd olmalıdır ki, bu pulu haradan qazanmısınız və ya haradan əldə etmisiniz”. Nəticədə bir neçə gündür ki, daşınmaz əmlakla bağlı bir çox alqı-satqı ləğv olunub və ya baş tutmayıb.
Səkkiz ildir daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Mülkədar Rüstəmov problemi belə izah edib:
“Əmlak satışı ilə məşğul olanlardan notarial qaydada əmlak alqı-satqısında deklarasiya tələb olunur. Notariuslar deyirlər ki, dövlət tərəfindən şərt qoyulub. Göstərilməlidir ki, bu pulun mənbəyi haradır - pulu kreditlə əldə etmisən, etmisənsə, hansı sahə üzrə əldə etmisən? Ola bilər, “çirkli pul” olsun və s.
Tutaq ki, başqa ölkədə yaşayan qardaş, ya bacı pul göndərir və vətəndaş burada ev almaq istəyir. Bunu deklarasiya ilə göstərmək mümkün deyil. O zaman necə olmalıdır? Aydın məsələdir ki, hər kəs rəsmi pul qazanmır. Heç kimə gizli olmayan “qara bazar” deyilən bir şey var. Bəzi notariuslar isə məhz deklarasiya səbəbindən alqı-satqı etmirlər. Nəticədə əmlak bazarına problem yaşanır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sadəcə, sorğu formasında ola biləcəyini qeyd edib:
“Sözügedən məsələ haqqında onu deyə bilərəm ki, vətəndaşdan pulun mənbəyini göstərməklə bağlı hər hansı rəsmi sənəd tələb olunmur. Bu, sadəcə, sorğu formasında ola bilər. Yəni vətəndaşdan vəsaiti haradan əldə etdiyi, işləyib-işləmədiyi, gəlirinin haradan və necə formalaşması soruşulur. Hesab edirəm ki, ciddi əhəmiyyət veriləsi bir məsələ deyil. Burada məqsəd - bu sahədə fəaliyyət göstərən sahibkarların bəzi hallarda qiymət azaldılması cəhdlərinin qarşısının alınması məsələsidir”.
İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə, bu gün üçün belə bir tələbin icrası mümkün deyil:
“İlk olaraq qeyd edim ki, notariuslarda daşınmaz əmlak alıcılarından pulun mənbəyi ilə bağlı deklarasiya istənilməsi halına mən rast gəlməmişəm. Düşünürəm ki, bu, hansısa subyektiv faktorlardan qaynaqlanan hal ola bilər. Məsələnin ikinci tərəfinə gəldikdə isə (əgər belə bir hal varsa) bildirməliyəm ki, iqtisadiyyatın hazırkı vəziyyəti üçün vətəndaşlardan belə bir deklarasiyanın tələb edilməsi doğru deyil. Çünki iqtisadiyyatın tamamilə ağardılması hələ ki mümkün olmayıb. Yəni, məsələn, deyək ki, vətəndaş neçə illər bazarda satıcı işləməklə, rayondan meyvə-tərəvəz gətirməklə və yaxud digər topdansatış mərkəzlərində məhsul alıb-satmaqla, hər hansı mağazada kiminsə satıcısı olmaqla pul toplayıb, yaxud da kiminsə nənəsindən qızıllar qalıb. Bütün bu kimi hallara görə hər hansı bir formada deklarasiya təqdim etmək praktiki olaraq mümkün deyil.
Birmənalı olaraq rəsmi deklarasiyanın tələb edilməsi bütün gəlirlərin şəffaf şəkildə olduğu halda mümkündür. Bu səbəbdən hazırda hər hansı deklarasiya tələbinin məntiqi nəticəsi və məntiqi izahı yoxdur. Bəli, şifahi olaraq vətəndaşa sual verilə bilər, müəyyən qeydlər aparıla bilər, amma rəsmi deklarasiya tələbi bu gün üçün ağlasığan hal deyil. Gələcəkdə isə hesab edirəm, bu olacaq. Düzdür, neçə il sonra olacağını deyə bilmərəm, amma deyə bilərəm ki, bu o zaman mümkün olacaq ki, vətəndaşların gəlirləri birmənalı olaraq qeydiyyata alınacaq, bütün iqtisadi fəaliyyət sahələrində iqtisadi proseslər birmənalı olaraq rəsmiləşdiriləcək. Bildirim ki, əslində, bu, yenilik deyil. Bu gün dünyanın aparıcı iqtisadiyyatlarında belə bir təcrübə var - vətəndaş hər hansı məbləği təqdim edəndə pulun haradan əldə edildiyi barədə rəsmi məlumat istənilir”.
Qeyd edək ki, “Gəlir deklarasiyası haqqında” Qanun Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib.
- 11.01.2024
- 378
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
79 000Bugün, 20:44Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 3/6 mərtəbə -
260 000Bugün, 19:51Satılır Həyət evi/villa
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Afrodita şadlıq sarayı, Xətai r.
3 otaqlı 100 m² -
355 000Bugün, 19:48Satılır Yeni Tikili
Nərimanov r.
3 otaqlı 107 m² 9/17 mərtəbə -
5 000Bugün, 19:40Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
380 m² -
118 000Bugün, 19:40Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 78 m² 14/14 mərtəbə -
195 000Bugün, 19:37Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
3 otaqlı 60 m² 12/19 mərtəbə -
120 000Bugün, 19:32Satılır Həyət evi/villa
Xəzər r.
3 otaqlı 120 m² -
67 000Bugün, 19:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 6/6 mərtəbə -
348 000Bugün, 19:26Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
3 otaqlı 146 m² 9/18 mərtəbə -
149 000Bugün, 19:25Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 86 m² 2/12 mərtəbə -
350Bugün, 19:24Kirayə (aylıq) Obyekt
28 May m., 28 Mall, Nəsimi r.
100 m² -
26 000Bugün, 19:23Satılır Torpaq
Qəbələ ş.
4 sot -
250 000Bugün, 19:17Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 311 m² -
350 000Bugün, 19:16Satılır Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
3 otaqlı 97 m² 10/20 mərtəbə -
70 000Bugün, 19:12Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
3 otaqlı 100 m² -
700Bugün, 19:09Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 100 m² 9/14 mərtəbə -
349 000Bugün, 19:07Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 95 m² 13/16 mərtəbə -
81 000Bugün, 19:04Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 3/6 mərtəbə -
121 000Bugün, 18:55Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 35 m² 4/5 mərtəbə -
500Bugün, 18:49Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
1 otaqlı 60 m² 5/8 mərtəbə -
600Bugün, 18:46Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
2 otaqlı 144 m² 17/20 mərtəbə -
215 000Bugün, 18:40Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 52 m² 3/17 mərtəbə -
850Bugün, 18:36Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 80 m² 16/19 mərtəbə -
200 000Bugün, 18:35Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
4 otaqlı 100 m² -
1 300Bugün, 18:32Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
1 otaqlı 39 m² -
124 000Bugün, 18:21Satılır Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 45 m² 9/9 mərtəbə -
200Bugün, 18:21Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 90 m² -
165 000Bugün, 18:09Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
3 otaqlı 105 m² -
600Bugün, 18:05Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 90 m² 10/18 mərtəbə -
234 900Bugün, 18:03Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 130 m² 3/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller