Dubayda mülklər ucuzlaşır - Ekspertlər azərbaycanlılara nə tövsiyə edir?

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr Azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, - deyə E.Azadov əlavə edib. (Trend)
- 30.03.2026
- 103
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
230 000Bugün, 21:35Satılır Köhnə Tikili
Gənclik m., Neftçi bazası, Nərimanov r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
90 000Bugün, 21:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 62 m² 12/13 mərtəbə -
150Bugün, 21:16Kirayə (aylıq) Köhnə Tikili
Suraxanı r.
2 otaqlı 60 m² 2/9 mərtəbə -
220 000Bugün, 21:14Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 67 m² 2/4 mərtəbə -
750Bugün, 20:53Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
3 otaqlı 93 m² 4/7 mərtəbə -
239 800Bugün, 20:44Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
8 otaqlı 220 m² -
199 800Bugün, 20:24Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
5 otaqlı 190 m² -
20 000Bugün, 20:20Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
1 otaqlı 35 m² -
50 000Bugün, 20:17Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 75 m² -
31 000Bugün, 20:13Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 65 m² -
38 500Bugün, 20:05Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
2 otaqlı 45 m² -
600 000Bugün, 20:03Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 400 m² -
330 000Bugün, 19:59Satılır Həyət evi/villa
Saray, Abşeron r.
12 otaqlı 743 m² -
90 000Bugün, 19:48Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 90 m² -
2 000Bugün, 19:46Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 100 m² 6/17 mərtəbə -
232 000Bugün, 19:45Satılır Köhnə Tikili
Gənclik m., Atatürk parkı, Nərimanov r.
3 otaqlı 65 m² 6/9 mərtəbə -
108 000Bugün, 19:44Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 3/7 mərtəbə -
2 000Bugün, 19:35Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
3 otaqlı 130 m² 6/17 mərtəbə -
560 000Bugün, 19:33Satılır Yeni Tikili
Nizami m., Dövlət Statistika Komitəsi, Yasamal r.
3 otaqlı 175 m² 9/10 mərtəbə -
209 000Bugün, 19:32Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 67 m² 4/4 mərtəbə -
2 000Bugün, 19:32Kirayə (aylıq) Ofis
Sahil m., Səbail r.
4 otaqlı 110 m² -
750 000Bugün, 19:27Satılır Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
136 m² -
2 000Bugün, 19:22Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 180 m² 15/17 mərtəbə -
112 000Bugün, 19:21Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 45 m² 2/9 mərtəbə -
820 000Bugün, 19:04Satılır Obyekt
Nəsimi r.
100 m² -
185 000Bugün, 19:01Satılır Köhnə Tikili
Xətai r.
3 otaqlı 70 m² 2/9 mərtəbə -
366 000Bugün, 19:01Satılır Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 116 m² 11/16 mərtəbə -
2 700Bugün, 18:55Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nərimanov r.
85 m² -
480 000Bugün, 18:53Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 160 m² 17/17 mərtəbə -
920Bugün, 18:51Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 130 m² 13/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller